Amalımız azad, qüdrətli, bütöv  və demokratik Azərbaycandır!

Fəzail Ağamalı

- 8 may 2014-cü ildə Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 22 il ötür- Xeyirxahlıq bizim qanımızdadır

Ana Vətən Partiyasında ümummulli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü qeyd olundu

Ana Vətən Partiyasında ümummulli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü qeyd olundu

 

Ana Vətən Partiyasının üzvləri ümummulli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin memorialını ziyarət etmişdirlər. Memorial qarşısına tər çiçəklər qoyan ana vətənçilər Ulu öndərin xatirəsini yad etmişdirlər.    

 

Bakıda “Anti-Azərbaycan kampaniyası Avropa Oyunları müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

“Bakı-2015” Avropa Oyunlarına dəstək dostluq qrupu “Anti-Azərbaycan kampaniyası Avropa Oyunları müstəvisində” mövzusunda dəyirmi masa keçirib  

Ana Vətən Partiyası tədbir keçirdi

04 may 2015-ci il tarixdə Ana Vətən Partiyasının ofisində Bakı, Sumqayıt şəhər, Abşeron, Füzuli, Cəbrayıl və Qubadlı rayon təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir. İlk növbədə rayon təşkilatlarındakı vəziyyət müzakirə olunmuş və partiyaya yeni üzvlərin cəlb olunması məsələsinə baxılmışdır. Rayon təşkilatlarının sədrləri bu barədə məlumat vermiş və təkilatlanma ilə bağlı gördükləri işlərdən danışmışlar.  

qtidaryönlü deputat Fəzail Ağamalı Steynar Gilin fikirlərinin anti-Azərbaycan siyasətinin davamı olduğunu qeyd etdi

“Onun  səfir kimi ölkəmizdəki ”fəaliyyəti" yaddaşlarımızdan silinməyib. Azərbaycan xalqı onu yaxşı xatırlayır. O, radikal müxalifətin üsyan zorakılığı ilə körpələri təpik altına salaraq, hakimiyyətə gəlmək məqsədlərini müdafiə, himayə edən şəxs idi. Hətta bu işlərə təşkilatçılıq da edirdi. Baxmayaraq ki, onun səfirlik fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışmaq qadağan idi. Bunu beynəlxalq sənədlər də qadağan edirdi. Azərbaycanın milli qanunvericiliyi də bu hallara imkan vermir.  

“Sirrimi aça biləcəyim deputat yoxdur”

“Mənə Rusiya, Türkiyə, Cənubi Azərbacandan, Avropadan da dostluq göndərirlər”

AzVision.az saytının
 “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır. 

-Fəzail bəy, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, sizin də bu il deputatlıq fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu?
 

"ABŞ ölkəmizə qarşı münasibətində ermənipərəst mövqeyindən əl çəkmir"

Millət vəkili Fəzail Ağamalı da düşünür ki, burada təəccüblənəsi nəsə yoxdur. Çünki ABŞ-ın neçə illərdir ki, ölkəmiz əleyhinə iş apardığı hamıya məlumdur: “Dövlət katibi Con Kerrinin ermənipərəstliyini sübut edən faktlardan xəbərdarsınız. Ona görə də o adamdan başqa fəaliyyət gözləmirəm. Ümumilikdə ABŞ 90-cı illərin əvvəllərindən başlayaraq ölkəmiz əleyhinə davranışları, antiazərbaycan mövqeyi ilə seçilir. Xatırladım ki, Qorbaçova müraciət edib, erməniləri müdafiə edən, Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri də məhz Con Kerri idi. Məncə, onun erməni diasporunun pulu ilə yaşadığı heç kimə sirr deyil”.  

Fəzail Ağamalı: Nə qədər ki, Con Kerri aparıcı mövqedə dayanır, ABŞ-ın antiazərbaycan siyasəti davam edəcək

"ABŞ dövlət katibi Con Kerrinin antiazərbaycan mövqeyi hələ 90-cı illərin əvvəllərindən məlumdur. O zaman Qorbaçova məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri məhz Con Kerridir".
Bunu Trendmillət vəkili Fəzail Ağamalı son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının C.Kerrinin konqresdəki ofisindən idarə olunmasına münasibət bildirərkən deyib

 

“Düşmənlər isə Azərbaycanın iradəsi qarşısında sınacaqlar”

Ölkəmizə qarşı aparılanqarayaxma kampaniyaları” Azərbaycanı istəməyən anti-Azərbaycan qüvvələrinin yaratmış olduğu assosasiya, koalisiyadır. Buraya ən müxtəlif şəxslər, keçmiş diplomatlardan tutmuş, məmurlardan, bəzi QHT təmsilçiləri, jurnalistlər, siyasilər  daxildir”.  

Fəzail Ağamalı: “Bu, Azərbaycan dövlətinə xidmət etmək deyil”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının 

Publika.az

 

-a müsahibəsi:

 

– Bu günlərdə sizin təşəbbüsünüzlə “Bakı-2015” Avropa Oyunlarına dəstək üçün sosial şəbəkələrdə dostluq qrupu yaradılıb. Hazırda bu qrupa maraq necədir?

 

Partiya gənclərindən Oyunlarına dəstək

Ana Vətən Partiyasının gənc üzvləri Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətli olduğunu bəyan ediblər.  Ana Vətən Partiyası Mətbuat Xidmətinin rəhbəri Tünzalə İsmayılova deyib ki, idman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır: “Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyedib. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Bu ölkəmizin inkişafından xəbər verir və biz  bununla fəxr etməliyik”.  

Ana Vətən Partiyası Mətbuat xidmətinin məlumatı

 

Fəzail Ağamalı: “Offşor zonalar məsələsi ABŞ-ın ciddi projelərindən biridir”

“Seçki ilində nə dialoq? Bu, rəqabətdir, YAP-ın da, onu dəstəkləyən qüvvələrin də, müxalifətin də seçkilərdə öz marağı, öz namizədi var. Belə olan halda hansı dialoqdan söhbət gedə bilər? Hazırkı Seçki Məcəlləsi də seçkilərin azad, demokratik, şəffaf təmin edən qanundur”. Yuxarıdakı fikirlərin müəllifi Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır. Bunu həm də iqtidar-müxalifət dialoqu, yaxud Seçkilər Məcəlləsinin dəyişdiriləcəyi barədə gözləntilərin üstündən çəkilən xətt kimi də qəbul etmək olar. Məsələ burasındadır ki, bir qayda olaraq F.Ağamalının dedikləri həm də ciddi informasiya, hakimiyyətin mətbəxində qəbul olunan qərarların anonsu kimi qəbul edilir. Elə söhbətimizə də bu məqamdan başladıq.  

“Bu, atom bombasından da təhlükəlidir” – Müsahibə

“Dünyanın altını-üstünə çevirmək mümkündür”
“Bizdə başqa terror yoxdur, ancaq yol terroru var”
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının “Qafqazinfo”ya müsahibəsi:

AVP Mətbuat Xidmətinin məlumatı

Ana Vətən Partiyasının Salyan rayon təşkilatının növbəti konfransının keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Komitənin sədri Həsənov Həsənbala seçilmişdir. Konfransın keçirilməsi aprel ayına nəzərdə tutulmuşdur. 

AVP Mətbuat Xidməti


 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına Novruz təbriki


"İSA QƏMBƏR MÜƏYYƏN ÜSTÜNLÜKLƏRƏ MALİKDİR”

Fəzail Ağamalı: “Siyasi partiyaların bir araya toplanması və müraciətə imza atması göstərdi ki, heç də müxalifətlə iqtidar arasında bütün körpülər yanmayıb”
“Mənim qənaətimcə, ölkə prezidenti İlham Əliyev 2013-cü ildə bir daha namizədliyini irəli sürməli, seçkilərdə iştirak etməlidir” 

“Qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”

Fəzail Ağamalı: “Biz gözləməli deyilik ki, Avropa Parlamenti hər hansı qərar qəbul etsin, sonra da düşək onun dalınca” 

“İran Azərbaycanı işğal etmək istəyir”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının “Qafqazinfo”ya müsahibəsi: 

DEPUTATLARIN TAKSİM TƏƏSSÜRATLARI

Fəzail Ağamalı: “Xocalı üçün havaya qalxan yumruqlar dünyana çox ciddi mesaj oldu”

 

26 fevral 2012-ci il, Xocalı soyqırımının 20 illiyi

 

"İctimai Palata kimi birliyi o zaman yaratmaq səmərəli olar..."

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Publika.Az-a müsahibəsi: 

AVP Mətbuat Xidmətinin məlumatı

2013-cü ilin mart ayında  Ana Vətən Partiyasının  yeni mərkəzi aparatı formalaşdırılmışdır. Aparata rəhbərlik müvəqqəti olaraq sədrin beynəlxalq məsələlər üzrə müavini  Elçin Ağamalıya  həvalə edilmişdir. Digər vəzifələrə  aşağıdakı  şəxslər  təyin olunmuşdur:

 

Təşkilat şöbəsinin məsləhətçisi  – Mikayıl  İbrahimov  

Mətbuat xidmətinin rəhbəri  – Ülviyyə Kaşiyeva

Qadın və gənclərlə iş şöbəsinin müdiri  – Yeganə Hacıyeva

Ümumi şöbənin məsləhətçiləri  - Həcər Məlikova və Tünzalə İsmayılova


 AVP  Mətbuat  xidməti  

Fəzail Ağamalıdan Eldəniz Əliyevə sərt ittihamlar

“Bu fikirlər onun nə ağarmış saçına, nə də təcrübəsinə yaraşır" 

“İqtidara alternativ olan hər hansı hərəkatın yaranacağını gözləmirəm”

Fəzail Ağamalı: “Rüstəm İbrahimbəyov kino sahəsinin görkəmli nümayəndəsi olsa da, siyasətdə diletantdır” 

”Nə o, mənə şillə atdı, nə də mən ona təpik...”

“Rüstəm İbrahimbəyovu Rəsul Quliyev danışdirır” 

"Elçibəy söz tapmadı, vəziyyətdən çıxmaq üçün elə dedi..."

Fəzail Ağamalı: “Hüseyn Abdullayev məndən üzr istədi”
 “İqbal Ağazadə səmimi insan deyil”

Azərbaycan iqtidarına ümummilli etimad var

 Fəzail AĞAMALI: «İctimai palata» adlanan qurum prezident seçkiləri ərəfəsində dağılacaq

Taksimdə səslənən şüarlar bəzi qüvvələri narahat edib

Xocalıya həsr olunmuş aksiya iştirakçıları "Həftə içi"nə danışdı 

“Bütün siyasi baxışlarımızı kənara qoyaraq bütövlük nümayiş etdirdik”

 

20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

Fəzail Ağamalı:
20 Yanvar faciəsinin törədilməsində məhz AXC İdarə Heyətinə daxil lana şəxslərin bilavasitə iştirakı vardı... 

Son xəbərlər

01.03.14 Vəsiqə

2014- cü ilin yanvar fevral aylarında Ana Vətən Partiyasının sıralarına 944 nəfər üzv qəbul olunmuşdur. Üzvlərin rayonlar üzrə qəbulu aşağıdakı kimidir:

 

26.02.14 Xocalı faciəsi İsmayıllıda anıldı

"Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyası Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

26.02.14 AVP Xətai Qadınlar Şurası Xocalını andı

    Ana Vətən Partiyası Xətai Rayon təşkilatının Qadınlar Şurasının bir qrup fəalı Xocalı faciəsinin 22 ci il dönümü ilə əlaqədar Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etmişlər.

 

07.11.13 Fəzail Ağamalı: “"İqtidarda Azərbaycan xalqının qanını sovuran ayrı-ayrı məmurlar var"

 

06.11.13 "Kommunal xərclərin artması kənd təsərrüfatını çökdürə bilər" - Etiraz

 

27.10.13 Делегация Азербайджана в Межпарламентской Ассамблее СНГ распространила заявление в связи с Орханом Зейналовым

 

22.10.13 “İnauqurasiyanın olacağını bir gün əvvəldən bilirdim”

 

24.09.13 Ana Vətən Partiyasının uzunmüddətli müşahidə qrupunun press relizi

AVP-nin uzunmüddətli  müşahidə  qrupunun sentyabrın  16-dan 23-dək apardıqları müşahidələrə əsasən müəyyən olunmuşdur ki, təbliğat-təşviqat kompaniyasını keçirtmək üçün bütün namizədlərə bərabər imkanlar yaradılıb, seçki təbliğatı aparmaq üçün qapalı və açıq yerlər müəyyənləşdirilib, namizədlərin təşviqatını təmin etmək üçün seçki məntəqələrinin önündə müvafiq lövhələr yerləşdirilib.


 

19.09.13 Azərbaycanda prezident seçkilərinin gedişinə heç bir dövlət müdaxilə edə bilməz - Fəzail Ağamalı

 

 "Ölkədə oktyabrın 9-da prezident seçkiləri keçiriləcək və növbəti beş il üçün Azərbaycan xalqının iradəsi ilə yeni dövlət başçısı müəyyənləşəcək." 

  Bunu SalamNews-a Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ölkədə mövcud ictimai-siyasi durumu şərh edərkən deyib.  
 

07.09.13 “VƏTƏNIN MƏCNUNU OLMAQ YETƏR, ARTIQ ONUN MÜBARİZİ OLMAQ LAZIMDIR”

"Biz dincə qoyulmuş və qəsdən unutdurulmuş Vətən yaddaşımızı təzələməli və təmizləməliyik"
Ana Vətən Partiyası Ali Məclisinin üzvü, AVP sədrinin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədovun Avropa.info-ya müsahibəsi  

07.08.13 Ana Vətən Partiyasinin sədri Fəzail Ağamalının Ramazan bayramı təbriki

Hörmətli həmvətənlər! 

Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. 

On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan  ayı insanları xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyir. Dünya müsəlmanları bu ayda Allah və din qarşısında öz borclarını vermək fürsəti qazanırlar. Xalqımız mübarək Ramazan ayını böyük fərəh qarşılayır və yola salır. Uca Tanrıdan  dünyamıza sülh,xalqımıza əmin amanlıq və firavan gələcək üçün diləklər edilir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunur.


22.07.13 22 iyul Milli Mətbuat Günü münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mətbuat nümayəndələrini təbrik edib

 Təbrikdə deyilir:

Hötmətli mətbuat numayəndələri! 

Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə çətin və şərəfli peşənizdə uğurlar arzulayıram. 

Təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycanın milli mətbuatı çox çətin inkişaf yolu keçmişdir. Milli azadlıq hərəkatın başlaması, Azərbaycanın müstəqillik qazanması yolunda jurnalistlər və jurnalistika ön sıralarda olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tövhələrini vermişlər. Keçən zaman kəsiyində Azərbaycan mətbuatı dördüncü hakimiyyət kimi özünü təsdiqləmişdir. 


 

20.07.13 AVP Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilmişdir

Ana Vətən Partiyası Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirilmişdir. İclasda  avqust və sentyabr ayları üçün iş planı təsdiq edilmişdir. İş planında qadınların partiya işinə  cəlb edilməsi, qadın problemləri ilə məşğul olan təşkilatlarla görüşlərin təşkil olunması, qadın zorakılığının və erkən nikahın qarşısının alınması yolunda maarifləndirici işlərin aparılması üçün problemlərin daha çox müşayiət olunduğu yerlərə səfərlərin təşkil edilməsi kimi işlər öz əksini tapmışdır.

16.07.13 Ana Vətən Partiyası Qəbələdə

     Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov Qəbələ rayonunda səfərdə olmuşlar.

Səfər çərçivəsində Ana Vətən Partiyası Qəbələ rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

09.07.13 Fəzail Ağamalı Moldova Respublikasının Ombudsmanı xanım Aurelia Qriqoriuya təşəkkür məktubu göndərmişdir

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Moldova Respublikasının Ombudsmanı xanım Aurelia Qriqoriuya Ermənistan parlamentindəki ədalətli çıxışına görə təşəkkür məktubu göndərmişdir. Məktubda deyilir: 

02.07.13 Fəzail Ağamalı: "İsa Qəmbər və Əli Kərimli rejissor Rüstəm İbrahimbəyovun qarşısında baş əydilər"

   "Rüstəm İbrahimbəyovun müxalifətin radikal qanadının və Milli Şura adlanan qurumun vahid nazmizədi kimi təsdiqlənməsi Azərbaycan müxalifətinin biabırçı vəziyyətdə olduğunu göstərir."

Bunu SalamNews-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Şuranın Rüstəm İbrahimbəyovu vahid namizəd kimi təsdiqləməsinə münasibət bildirərkən söyləyib.

 

21.06.13 Fəzail Ağamalı: “Azərbaycan Avropanın deyil, dünyanın demokratik dəyərlərini qəbul edir”

 

“Avropa Parlamenti olmayan müxalifətə əlavə nəfəs vermək istəyir”

 

Milli Məclisin bu günki iclasının əsas hissəsi Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi çox kəskin qətnaməyə həsr edilib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bu qurumu sərt tənqid edənlər arasında olub. Moderator.az millət vəkilinin çıxışını  təqdim edir:

 

21.06.13 AVP Sumqayıt qərargahında görüş keçirilmişdir

20 İyun-Ümumdünya Qaçqınlar günü münasibətilə Ana Vətən Partiyası Sumqayıt şəhər təşkilatının qərərgahında filologiya elmləri üzrə Fəlsəfə doktoru, folklorşünas, “Qaçaq Safo” dastanının tədqiqatçısı, Qərbi Azərbaycanın Paşalı rayonu İstisu qəsəbəsində təvəllüd tapmış Alı Alıyevlə vətənkeşlərin görüşü keçirilmişdir.

15.06.13 Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Azərbaycan Respublikası Qadınlarının IV Qurultayında iştirak edib

  Heydər Əliyev adına  respublika sarayında Azərbaycan Respublikası Qadınlarının  IV Qurultayı keçirilmişdir. Qurultayda qadınların cəmiyyətdəki rolu, qadın və uşaq zorakılığı, insan  alveri, gender bərabərliyi, erkən nikah, uşaqların təhsildən yayınması, uşaq əməyinin istismarı və s. mövzularda müzakirələr aparılmışdır. Qurultayda xarici ölkələrdən də nümayəndələr iştirak etmişdir. Qurultayın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına, Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq təşkilatlara müraciətlər edilmişdir. 
Qurultayda Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Yeganə xanım Hacıyeva nümayəndə qismində iştirak etmişdir.    

10.06.13 Bu gün Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalının ad günüdür!

  Hörmətli Elçin müəllim!
Sizi ad gününüz münasibətilə təbrik edir, Sizə  uzun ömür, can sağlığı arzu edirik.
Sizin partiya işinə olan sevginiz, onun inkişafı və yeni-yeni uğurlara imza atması yolundakı fəaliyyətiniz hər bir ana vətənçi üçün nümunədir. Bu yolda Sizinlə bir addımlamağımızdan qürur hissi duyuruq.  Çətin və şərəfli  işinizdə Sizə uğurlar arzu edirik.
Bir daha doğum gününüz mübarək!


Hörmətlə,
Ana Vətən Partiyası Mərkəzi Aparatının kollektivi  

→ Daha ətraflı oxu