Ana Səhİfə Təşkilat şöbəsi

Təşkilat şöbəsinin müdiri

Bayramov  Ülvi  Əsgər  oğlu 18 Mart 1974 – cü ildə  Bakı  şəhərində anadan  olmuşdur. 1981 – ci ildə Nəriman Nərimanov rayonu 36 saylı  orta  məktəbin  birinci  sinifinə  getmiş,  1991 – ci ildə  həmin məktəbi  bitirmişdir.1991 – ci ildə Azərbaycan Sənaye Universiteti  Mingəçevir  filialının  Energetika fakültəsinə  daxil  olmuş  1996 – cı ildə  oranı  bitirmişdir.

1996 – cı ildən  2019 – cu ilədək  sahibkarlıq  fəaliyyəti   ilə  məşğul olmuşdur.1992 – ci  ildən Ana Vətən Partiyasının  fəal  üzvlərindən  olmuşdur. 2013 – cü ildə  AVP-nin VI qurultayında  Mərkəzi Nəzarət  Təftiş  Komissiyasının  sədri  seçilmişdir.  2019 –  cu   ilin  dekabr  ayınadək  həmin  vəzifəni  icra  etmişdir.

2019 – cu ilin  dekabr  ayından  Ana Vətən Partiyası təşkilat  şöbəsinin  müdiri  vəzifəsinə  təyin  olunmuş, hal – haziradək  həmin  vəzifəni  icra  edir.

Evlidir , iki övladı var. Qızı –  Bayramlı  Şəms; Oğlu – Bayramlı  Nihat