Partiyanın tarixi

Partiyanın təvəllüd və təşəkkül tarixindən

Ana Vətən Partiyasının təşəkkül tarixi kifayət qədər ziddiyyətli və siyasi proseslərin olduqca sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Azərbaycan Xalq Cəbhəsi bir çox hallarda siyasi proseslərin önündə gedə bilmir əksinə, onun arxasınca sürünürdü. Eyni zamanda müxtəlif siyasi baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi açıq siyasi iradə nümayiş etdirmirdi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən AXC […]