Ümumi müddəalar Ana Vətən Partiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında” Qanuna müvafiq qurur. Ana Vətən Partiyası Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü,-nüfuzlu beynəlxalq sübyektə çevrilməsi, Azərbaycanda sənaye cəmiyyətinin qurulması uğranda mübarizə aparan, onu dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarılmasına, soydaşlarımızın vahid bayraq altında cəmləşdirilməsinə, xalqımızın birliyinin yaradılmasına çalışan siyasi təşkilatdır. AVP Azərbaycanın bütövlüyünün […]