Partiyanın proqramı

PROQRAM

Son dərəcə əlverişli geosiyasi və geoiqtisadi mövqe­yə, qədim və zəngin tarixə malik olan Azərbaycan yü­zilliklər boyu milli-tarixi taleyində silinməz izlər bura­xan proseslərin obyekti olmuşdur. Quzeydən və Güney­dən Qafqaza can atan qonşu dövlətlər iqtisadi və siya­si maraqlarını, regional nüfuzlarını təmin etmək üçün ölkəmizi daim imperiya sərhədləri daxilində əsarətdə saxlamağa çalışmışlar. Azərbaycan uğrunda fars və rus şovinistlərinin XIX yüzilliyin 30-cu illərinədək aparılan amansız müharibələri, nəhayət, məmləkətimizin ikiyə parçalanması ilə nəticələndi və bölünmüş Azərbaycan hələ də bölünmüş olaraq qalmaqdadır. Tarixi proseslə­rin gedişində imperiyaların zülmünə, təzyiq və tədriclə­rinə baxmayaraq, Azərbaycan xalqı milli, maddi və mə­nəvi varlığını qoruyub saxlamış, dünya sivilizasiyası ta­rixinə öz töhfələrini vermişdir.

Ardı-arası kəsilməyən azadlıq mübarizəsinin mənti­qi nəticəsi kimi Azərbaycan tarixin ayrı-ayrı mərhələ- rində dövlət müstəqilliyini qazanmış, lakin istilaçı im­periyaların gücü qarşısında davam gətirə bilməmiş, ke­çən əsrin birinci yarısında İran və Rusiya tərəfindən iş­ğal edilərək iki hissəyə bölünmüş, tarixi ərazilərində Rusiyanın strateji maraqlarına xidmət edən və beləlik­lə, Rusiya imperiyası tərəfindən Ermənistan vilayəti adı

ilə Ermənistan dövləti yaradılmışdır. Sonrakı illərdə öl­kəmizdə baş qaldıran azadlıq hərəkatları bir daha rus və fars şovinistləri tərəfindən qan içində boğulmuş, lakin xalqın mübarizə əzmi qırılmamışdır.

XX əsrin əvvəllərində Rusiya imperiyasının xara­balıqları üzərində Quzey Azərbaycanda dövlət müstə­qilliyi bərpa edilmiş, demokratik respublika yaradılmış­dır. Lakin minlərlə soydaşımızın qanı hesabına əldə olunmuş müstəqillik bolşevik Rusiyası tərəfindən süqu­ta uğradılmış, Quzey Azərbaycan sovet imperiyası tərə­findən zəbt edilmiş, ərazisinin xeyli hissəsi qonşu res­publikalar arasında bölüşdürülmüşdür.

XX əsrin sonlarında ictimai-siyasi və tarixi proseslə­rin obyektiv inkişafı, xalqın mübarizə əzmi nəticəsində Azərbaycan yenidən dövlət müstəqilliyi qazanmışdır.

Tarixi-coğrafi ərazisinin bir hissəsində müstəqilliyi­ni bərpa edən Azərbaycan iqtisadi cəhətd ən böyük po­tensiala, təbii ehtiyatlara, əlverişli təsərrüfat mühitinə malikdir. Uzun illər boyu bu sərvətlər xarici monopo­listlər tərəfindən vəhşicəsinə istismar olunduğundan müstəqillik qazanıldığı zaman kəsiyində ölkənin təbii zənginliklərinin yerinə dağıdılmış iqtisadiyyat, fiziki və mənəvi cəhətdən köhnəlmiş texnologiya, böhranlı eko­loji vəziyyət miras qalmışdı.

Azərbaycanın əhəmiyyətli siyasi, iqtisadi və coğrafi mövqeyi onun ərazisinin və dövlətinin taleyini müəy­yən edir. Ona görə də Ana Vətən Partiyası (AVP) özü­nün başlıca vəzifələrindən biri kimi belə hesab edir ki, güclü qonşu dövlətlərin Azərbaycanda ənənəvi maraq­ları neytrailaşdırılmalı, respublikanın iqtisadi və regio­nal mövqelərini beynəlxalq siyasətin təcavüz və birtə­rəfli maraq obyektinə çevrilməsinə yol verilməməlidir.

Başlıca vəzifəsini beynəlxalq hüquq normaları əsasın­da Azərbaycanın əzəli ərazi bütövlüyünün təmin edilmə­sində və vahid Azərbaycanda sənaye cəmiyyətinin qurul­masında görən AVP xalqımızın mədəni və milli ənənə­ləri zəminində müstəqilliyin bütün atributlarına malik de­mokratik hüquqi və dünyəvi dövlət qurmaq, onu nüfuzlu beynəlxalq subyektə çevirmək uğrunda mübarizə aparır.

AVP-nin təməl prinsipləri

AVP proqram məqsədlərini Azərbaycançılıq, Döv­lətçilik, Demokratiya və Vətənkeşlik prinsipləri əsasın­da həyata keçirir.

Azərbaycançılıq – tarixi və coğrafi baxımdan “vahid və bütöv Azərbaycan” amalına xidmət edən prinsip ol­maqla, milli baxımdan tarixən bu ərazidə yaşamış türk­lərin və milli azlıqların bərabər hüquqlar əsasında birgə yaşayış ənənələrini, mənəvi-siyasi birliyinin qorunub saxlanması və inkişaf etdirilməsini qəbul etmək demək­dir.

Azərbaycançılıq – türkçülüyə qayıdışı və dünyəvili­yə irəliləyişi özündə birləşdirən ideya olub milli döv­lətçiliyimizə xidmət edir.

Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxla­maq, onu dünyanın yüksək inkişaf etmiş dövlətləri cər­gəsində görmək istəyən və buna çalışan AVP – Azər- baycançılıq məfkurəsini – milli ideologiya səviyyəsində qəbul etməklə onu təbliğ etməyi özünün proqram vəzi­fələrindən biri hesab edir.

AVP dünyəvi, hüquqi dövlətin tərəfdarıdır. AVP-yə görə dövlətçiliyin əsasını dövlətin mənafeyini hər şey­dən üstün tutulması təşkil edir. Demokratik dövlət xal­qın iradəsidir. AVP dövlət və dövlətçilik məsələlərin­də mühafizəkar mövqedə dayanır, dövlət maşınının sü­kanı arxasında məhz seçilmişlərin ən layiqlisinin olma­sım əsas götürür. AVP belə hesab edir ki, siyasi müba­rizənin mahiyyətinin demokratik yollarla hakimiyyət uğrunda mübarizə təşkil edir.

AVP-nin ali məqsədlərindən biri cəmiyyətin bütün sahələrinin demokratikləşməsi, dövlətin demokratik prinsiplərlə idarə edilməsi, cəmiyyətdə qanunun aliliyi- nin və insan hüquqlarının qorunmasının təmin olunma­sını həyata keçirməkdən ibarətdir.

Azərbaycançılığm və milli dövlətçiliyimizin həyata keçirilməsində əməli tədbirlərdən ən mühümü Vetən- keşlikdir. Vətənkeşlik – Azərbaycançılıq ideyasının əməli cəhətdən həyata keçməsi deməkdir. Başqa sözlə, müstəqil və bütöv Azərbaycan dövlətinin yaranması və inkişafı probleminin praktiki cəhətdən həyata keçməsi Vətənkeşlik prinsipi ilə şərtlənir.

AVP belə hesab edir ki, Vətənkeşlik hərəkətdə, fəa­liyyətdə olan şüurlu və peşəkar vətənpərvərlikdir. Və- tənkeşliyin sosial bazası vətəndaş təşəbbüskarlığına, si­yasi əsası isə güclü və demokratik dövlətçiliyə əsaslanır.

AVP-yə görə Vətənkeşlik təlimi Azərbaycan xalqı­nın milli adət-ənənələrindən, onun ədalət və azadlıq ideyalarından, əxlaqi prisiplərindən, ictimai fikir tari­xindən, görkəmli tarixi şəxsiyyətlərin vətənpərvərlik ideyalarından qidalanır və ANA VƏTƏN təəssübkeşii- y indən qüvvət alır. Vətənkeşlik – vətən sevgisini hər bir fərdin əməli fəaliyyətində onun ANA VƏTƏNƏ xidmətində, öz xalqının yüksəlişi yolunda çalışmaq sə­viyyəsində ifadə edir.

Vətənkeşlik – bütün şüurlu həyatım Azərbaycanın azadlığı, müstəqilliyi, iııkişäfl və yüksəlişinə həsr et­mək deməkdir.

Vətənkeşlik – Ana Vətənin Və xälqımızm düşmənlə­rinə qarşı mübarizədə, torpaqlarımızın azadlığı uğrunda şəhidliyə hazır olmaq deməkdir.

Vətənkeşlik – yaşından, cinsindən, etnik mənsubiy­yətindən asılı olmayaraq, Azerbaycanı bütövlükdə qəl­bində gəzdirmək, göz bəbəyi kimi qoxumaq deməkdir.

Vətənkeşlik – müəyyən səbəblərdən taleyin hökmü ilə qürbətdə yaşayan soydaşlarımızın Azərbaycana olan ANA VƏTƏN sevgisinin əmƏli ifadəsidir.

AVP-yə görə Vətənkeşlik bütövlükdə xalqımızın məruz qaldığı problem və bəlalardan xilas olub yeni yüksəlişə qədəm qoymaq üçün yeganə, düzgün, səfər- bəredici milli vətəndaşlıq təlimidir.

 

VƏZİFƏLƏR

I .Siyasi sahədə

Ana Vətən Partiyasının strateji vəzifəsi Azərbayca­nın tarixi-ərazi bütövlüyünə, onun vahidliyinə nail ol­maqdır. Bu vəzifəni həyata keçirmək üçün partiya dün­ya azərbaycanlılarının bu məqsəd ətrafında birliyinə və beynəlxalq hüquq normalarına söykənir.

Partiyanın yaxın vəzifələri Şimali Azərbaycanın döv­lət müstəqilliyini, ərazi bütövlüyünü, unitarbğını qoru­maq, ölkədə demokratik, hüquqi dövlət quruculuğu və onun dünyanın nüfuzlu subyektinə çevrilməsi uğranda mübarizə aparmaqdan ibarətdir. AVP özünün ölkədə sə­naye cəmiyyəti yaradılması idealının tərkib hissəsi kimi Azərbaycan xalqının tarixi-ərazi hüquqlarını qorumaq, Azərbaycan dövlətinin və vətəndaşlarının təhlükəsizliyi­ni təmin etmək məqsədilə güclü hərbi sənaye yaradılma­sını, ölkənin daxili işlərində istifadəsinə yol verilməyən peşəkar nizami orduya malik olmasını zəruri hesab edir.

Partiya Azərbaycanda prezidentli respublika tərəf­darları olmaqla hesab edir ki, cəmiyyətin ictimai-siyasi rejimini demokratik, çoxpartiyalı siyasi sistem təşkil et­məli, dövlət partiyalara siyasi rəqabət üçün bərabər hü­quq və imkanlar əsasında normal şərait yaradılmasının təminatçısı olmalıdır. Qanunverici, icraedici və məhkə­mə hakimiyyətləri ayrılaraq müstəqil fəaliyyət göstər­məli, hakimiyyət orqanları seçkili olmalı, ordu, milli təhlükəsizlik, hüquq-mühafizə və məhkəmə orqanları, habelə din siyasətə qarışmamalıdır. Milli, irqi, dini, sin­fi və sosial ayrı-seçkiliyin əleyhinə olan Ana Vətən Partiyası şovinizmin hər cür formasını və milli qapalı- lığını rədd edərək hesab edir ki, Azərbaycanın milli si­yasəti, milli ənənələr bazasında, vətəndaşların beynəl­xalq hüquqda təsbit edilmiş mədəni, siyasi, sosial hü­quqları nəzərə alınmaqla, respublikadakı millət və etnik qrupların bərabər hüquqlar əsasında birgə yaşayış ənənələrinə söykənməklə aparılmalıdır.

Ana Vətən Partiyasına görə, Azərbaycanın xarici si­yasəti sülh, dinc-yanaşı yaşamaq, kütləvi silahlanmadan çəkinmək kimi prinsiplər üzərində qurulmaqla Azər­baycanın dünyəvi dövlət olmasına xidmət etməlidir. Xarici siyasətin əsas istiqamətlərini xalqımızın tarixi- ərazi hüquqlarının beynəlxalq miqyasda rəsmən tanıdıl­ması, Azərbaycanın vahidliyinə nail olması üçün bey­nəlxalq normaların gücündən maksimum istifadə et­mək, imperiyapərəst xarici qüvvələrin respublikamızda­kı ənənəvi siyasi, iqtisadi, regional və hərbi maraqları­nın neytrallaşdırılması, dünya azərbaycanlılarının hü­quqlarının qorunması, geniş iqtisadi-mədəni əməkdaşlıq üçün münbit siyasi mühitin yaradılması təşkil edir.

Yaxm vəzifələr kimi Azərbaycan dövlətinin dünya­nın siyasi xəritəsində mövqeyinin möhkəmləndirilməsi üçün tarazlaşdırım xətt yeridilməli, Qarabağ münaqişə­sinin sərhədlərin dəyişməzliyi, ərazi bütövlüyü və Dağ­lıq Qarabağ üzərində suveren hüquqlarımızın saxlanıl­ması prinsipi əsas götürülərək həll edilməlidir.

 

  1. İqtisadi sahədə

AVP-nin iqtisadi siyasəti ölkədə yüksək inkişaf et­miş məhsuldar qüvvəyə və kütləvi istehlaka əsaslanan sənaye cəmiyyəti qurmaq məqsədinə xidmət edir. Bu cəmiyyətin ali məqsədi istehsalı hərtərəfli inkişaf etdir­mək və vaxta qənaət rejimini həyata keçirməklə cəmiy­yət üzvlərinin harmonik inkişafını təmin etməkdir.

Sənaye cəmiyyətinin siyasi əsası – hüquqi dövlət, iq­tisadi əsası – mülkiyyətin müxtəlifliyidir. Sənaye cə­miyyətinin sosial bazası – öz vətəninin tam sahibi kimi çıxış edən, azad, sərbəst əmək fəaliyyəti ilə məşğul olan hərtərəfli inkişaf etmiş vətəndaşların birliyidir.

AVP hesab edir ki, inzibati idarəçilik metodlarına əsaslanan cəmiyyətlə sənaye cəmiyyəti arasında zəruri bazar iqtisadiyyatına keçid dövrü mövcuddur.

Bazar iqtisadiyyatı iqtisadi qərarların qeyri-mərkəz- ləşdirilmiş qaydada qəbul edilməsinə əsaslanır. Bazar iqtisadiyyatının fəaliyyəti başlıca olaraq rəqabətli bazar münasibətləri vasitəsilə həyata keçirilir. Bu münasibət formasının yaranmasının ilkin təməli müxtəlif mülkiy­yət formaları (şəxsi, kollektiv, səhmdar, dövlət və s.) və bazar infrastrukturlarının yaradılmasıdır.

AVP bazar iqtisadiyyatının yaradılması və inkişaf et­dirilməsi mexanizmini qərarların şəxsi maraqla əlaqə­ləndirilməsində görür.

AVP bazar iqtisadiyyatına keçid dövrünün ilkin mər­hələsində iqtisadi tənəzzülü dayandırmağı, stabil inkişa­fı təmin etməyi, xalq təsərrüfatının təşkili və idarəçili­yində struktur dəyişikliyi aparmaqla iqtisadi artıma na­il olmağı, ölkənin beynəlxalq ictimai əmək bölgüsünə və dünya bazarına çıxartmağı özünün yaxm müddət üçün vəzifələri hesab edir.

AVP yaxm müddət üçün vəzifələrini həyata keçir­mək üçün hesab edir:

– təsərrüfat sistemində istehsal strukturu təkmilləşdi­rilməli, aşağı, orta, yuxarı (təsərrüfat, rayon, respubli­ka) idarəetmənin təşkilat strukturu və onların funksiya­ları dəqiqləşdirilməli, çevik qiymət siyasəti yeridilməli, nizam-intizam bərpa olunmalı, təsərrüfatçılığm müxtə­lif formalarının inkişafına şərait yaradılmalı, təsərrüfat­lara sərbəstlik və müstəqillik verən kompleks tədbirlər həyata keçirilməlidir.

– özəlləşdirmə prosesində meydana çıxan işsizliyin artmasının qarşısını almaq üçün dövlət investisiya qoyu­luşunun artırılması üstünlük təşkil etməlidir;

– fermer təsərrüfatlarının yaradılmasında yerli şərai­tin xüsusiyyətləri və torpaq ehtiyatlarının məhdudluğu nəzərə alınmalıdır;

– müxtəlif sektorlar (dövlət, özəl və s.) arasında iş­çi qüvvəsi axınının, qarşısı alınmalı, onlarm fəaliyyətin­dəki qeyri-bərabər iqtisadi şəraiti aradan qaldıran təsər­rüfat mexanizmi hazırlanmalıdır;

– mövcud torpaq fondundan, əmək ehtiyatlarından, texniki resurslardan, su və enerji mənbələrindən səmə­rəli istifadə olunmasının, əkin sahələrinin strukturunun dəyişməsinin, potensial imkanlardan effektli istifadə edilməsinin, intensiv texnologiyanın, elmin və qabaqcıl təcrübənin tətbiqi əsasında bütün aqrotexniki tədbirlə­rin optimal müddəti müəyyən edilməlidir.

AVP bazar iqtisadiyyatına keçid dövründə rəqabət mexanizminin fəaliyyətinə geniş yer ayrılmasına üstün­lük verir. Çünki rəqabət məhdud istehsal vasitələrindən daha tam və səmərəli istifadə edilməsinə səbəb olur.

AVP bazar iqtisadiyyatına keçid dövründə iqtisadi sahədə dövlətin tənzimləyici funksiyasını aşağıdakı is­tiqamətlərdə görür:

  • təkrar istehsal edilməyən ehtiyatların (yeraltı sər­vətlərin) qənaətlə istifadəsi;

ətraf mühitin qorunması;

  • bütün insanlara məxsus olan ehtiyatların (dəniz, göl, balıq) istifadəsi;
  • kollektiv istifadə olunan əmtəə və xidmətlərin is­tehsalı (yollar, ictimai nəqliyyat, təhsil, səhiyyə və s.) üçün stimulun yaradılması;
  • insanlann əmək və gəlir hüquqlarının təminatı;
  • əsaslı elmi tədqiqatların aparılması;
  • bütün insanlara məxsus olan ehtiyatların (yeraltı sərvətlərin) qənaətlə istifadəsi;

sahibkarların məhsuldarlığı artırmaq məqsədilə zə- hərləyici maddələrdən istifadəsi hallarının aradan qaldı­rılması;

  • sosial baxımdan lazım olan əmtəələrin istehsalı;
  • inflyasiya proseslərinin qarşısının alınması.

Bütün bunlar bazar iqtisadiyyatı şəraitində tənzim­lənmədiyi üçün onları dövlət öz üzərinə götürməlidir.

AVP bazar iqtisadiyyatına keçid dövrünü ziddiyyət­li dövr kimi qiymətləndirir. Bu dövrün antaqonist zid­diyyəti yadelli qüvvələrin məkrli siyasətilə mütərəqqi qüvvələrin apardığı müstəqillik siyasəti arasında, inzi­bati idarəçilik strukturu ilə iqtisadi idarəçilik strukturu arasında istehsal geriliyi ilə istehlak tələbinin artması arasında baş verir.

III. Sosial sahədə

AVP-nin sosial dayağı Azərbaycanın bütövlüyü və dövlətçiliyi uğrunda mübarizə aparan bütün vətənkeşlər- dir. O, sənaye cəmiyyəti quruculuğunda bu qrupların həmrəyliyinə və birgə fəaliyyətinə arxalanır. AVP səna­ye cəmiyyətinin iqtisadi əsası olan xüsusi mülkiyyətçili­yi müvəqqəti hal hesab etmir. Onu varisçilik hüququ ilə təsbit edir. AVP belə hesab edir ki, milli istehsalıntərəqqisi, istehsal bazarında qiymətlərin stabilliyini təmin et­məklə əmtəə və xidmətlər dövriyyəsinin artırılması əha­linin sosial vəziyyətinin yüksəldilməsinin real zəminidir. Lakin partiya özünün yaxın müddətli iqtisadi vəzifəsində respublika əhalisinin sosial müdafiəsini ön plana çəkir.

 

AVP-yə görə əhalinin sosial müdafiəsinin təmin edilməsinin vacib şərti ölkədə əhalinin minimum isteh- lak tələbinə müvafiq gələn milli gəlir istehsalına nail olmaq və ondan istifadənin səmərəliliyini artırmaqdır. İstifadə olunan milli gəlirdən sosial müdafiə üçün ay­rılan vəsait əhalinin ixtisas və peşə tərkibinə və onla­rın xalq təsərrüfatı əhəmiyyətinə görə müəyyənləşdiril­məlidir. Bununla yanaşı, dövlət bütün siyasi təsərrüfat­çılıq həddi ilə istehlak zənbili arasında optimal nisbətin yaradılmasına yönəldilməlidir.

Əmtəə və xidmətlərin qiymətləri ilə əhalinin real gəliri arasında optimal nisbətliyə nail olmadan qiymət­lərin dünya səviyyəsinə yaxınlaşdırılması yoxsulluq və mənəvi laqeydliyin artmasının səbəblərindəndir.

Dövlət müxtəlif sosial əlamətlərinə görə (qocalıq, əlillik, çoxuşaqlılıq və s.) pensiya, müavinət alan və az­təminatlı ailələrin minimum istehlak tələbini qiymətlə­rin dəyişmə meylinə görə tənzimləməli, gənclərin istək və qabiliyyətlərinə görə ixtisas və peşə seçmələrinə həssaslıq göstərilməli, onların müstəqil həyat fəaliyyə­tini hüquqi normativ aktlarla qorumalıdır.

AVP keçid dövründə korrupsiya və möhtəkirlik yolu ilə sosial təbəqələşməni pisləyir və mütərəqqi qüvvələ­rin bu kimi neqativ hallara qarşı mübarizəyə çağırır.

AVP əhalinin sabahkı günə inamını yaratmaq məq­sədilə onların əmək hüquqlarına və minimum yaşayış tərzinə verilən zəmanətdə qaçqınlara və köçkünlərə diferensial yanaşmağa üstünlük verir.

AVP qaçqınların və məcburi köçkünlərin sosial mü­dafiəsi sahəsində meydana çıxan problemlərin həllində, ilk növbədə, aşağıdakı vəzifələrin həyata keçirilməsini zəruri hesab edir:

  • məskunlaşdıqları ərazilərin ictimai, siyasi və iqti­sadi həyatında tam hüquqla iştirak etmələri;
  • qeyri-istehsal sahələri və xidmət növlərindən tam hüquqla istifadə etmələri;
  • məcburi köçkünlərə verilən əməkhaqqı, müavinət, pensiya və təqaüdlərin diferensiallaşdırılması;
  • məskunlaşdıqları ərazilərdə məcburi köçkünlərin ilkin zəruri xərclərini (dəfn, xəstələrin müalicəsi və s.) ödəmək üçün köçkünlər fondunun yaradılması.

AVP elm, mədəniyyət, səhiyyə və təhsil sahələrin­də çalışan əməkçilərin sosial müdafiəsini təmin etmək üçün onlara diferensial güzəştlərin verilməsini məqsə­dəuyğun sayır, yeniyetmə və uşaqların mənəvi saflığı və fiziki sağlamlığının qorunmasını ümumi dövlət əhə­miyyətli iş hesab edir, qadınların ağır fiziki əməklə, səhhətlərinə zərərli işlə məşğul olmasını pisləyir və onların asudə vaxtlarının artırılmasını dəstəkləyir, və­təndaşların mənzil almaq, ev tikmək və həyətyanı tə­sərrüfatını inkişaf etdirmək hüququna üstünlük verir.

AVP belə hesab edir ki, Azərbaycan xalqı həm mil­li, həm də ictimai-fərdi azadlıq qazanmışdır və hər bir azərbaycanlı onun səmərəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan vətəndaşının şəxsiyyəti əl­də olunan imkanlardan maksimum faydalanmaqla, yəni azadlıqda bacardıqca düzgün və dolğun istifadə etmək­lə formalaşmalıdır.

AVP sosial sahədə qarşıya qoyduğu vəzifələrin hə­yata keçirilməsində əhali arasında ictimai əlaqələrin qı­rılmasına şərait yaradan təsərrüfatçılıq formalarına yol verilməməsinə, istehsal olunan milli gəlirdən adamba­şına düşən payın artırılmasına, inzibati ərazilərdə məh­suldar qüvvələrin bərabər yerləşdirilmesinə, kənd yer­lərində istehsalın infrastrukturunun yaradılmasına, kənddən şəhərə axının qarşısının alınmasına üstünlük verir. “İnkişafa mane olan hər nə varsa ləğv edilməli­dir!” – şüarını irəli sürür.

 

  1. Humanitar sahədə

AVP-yə görə:

 

  • Dövlətin humanitar siyasətinin əsas məqsədini cə­miyyətdə humanitar əlaqələr sisteminin

insan və onun sosial, mədəni hüquqlarına, fiziki sağlamlığına xidməti təşkil etməlidir;

Azərbaycanda təhsilin və səhiyyənin dövlət və xü­susi sektorları inkişaf etdirməlidir. Orta təhsil məcburi­dir. Təhsilin pedaqoji sisteminin əsasını vətənkeşlik tə­limi təşkil edir. Dini təhsil azaddır və dövlət sektorun­dan kənardır.

  • Sağlamlıq ictimai mahiyyət daşıyaraq, özünü fiziki tərbiyəetmədir. İxtisas yönümlü

səhiyyə və pedaqoji təhsil ocaqlarına dövlətin daimi fovqəlnəzarəti təmin edilir.

  • Azərbaycan elminin hər şeydən öncə, xidmət ob­yektləri müəyyənləşdirilir. Dövlətin fiziki

və hüquqi şəxslərlə münasibəti yalnız ümumxalq əhəmiyyət dərəcə­si, ixtira və yeniliklər baxımından müəyyən edilir. Elmin texniki və fundamental sahələrinə xüsusi üstünlük verilir;

Respublikanın iqtisadi şəbəkəsi ekoloji böhranın aradan qaldırılması üçün total səfərbərlik elan edilir. Əhaliyə ekoloji mədəniyyətin aşılanması istiqamətində kompleks tədbirlər görülür;

  • Mədəniyyəti xalqın siması hesab edərək Azərbay­canın mədəni irsinin bərpası, qorunması

və inkişaf və­zifələri əsas götürülür. Mənəvi formalaşmada əsas isti­qamət milli qaynaqlara söykənməklə ümumbəşəri də­yərlərə doğrudur. Azərbaycanda yaşayan bütün xalqla­rın milli-mədəni irsi qorunur, maddi və mənəvi sərvət­ləri Azərbaycan mədəniyyətinin tərkib hissəsi hesab edilir. Dövlət mədəniyyət müəssisələrinə başqa sahə­lərdən fərqli qayğı göstərir. Mədəniyyət hər cür ideologiyadan uzaqdır.