Partiyanın tarixi

Partiyanın təvəllüd və təşəkkül tarixindən

Ana Vətən Partiyasının təşəkkül tarixi kifayət qədər ziddiyyətli və siyasi proseslərin olduqca sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Azərbaycan Xalq Cəbhəsi bir çox hallarda siyasi proseslərin önündə gedə bilmir əksinə, onun arxasınca sürünürdü. Eyni zamanda müxtəlif siyasi baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi açıq siyasi iradə nümayiş etdirmirdi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən AXC rəhbərliyinə yeridilmiş bəzi funksionerlər xalqın içindən çıxan vətənpərvər liderləri sıxışdırır, təşkilatın içində onların mühüm vəzifələrə gəlməsinə maneçiliklər törədirdilər.
1990-cı ilin 20 yanvar faciəsindən sonra AXC rəhbərlərinin bir qisminin həbs olunduğu və ya gizlənmək məcburiyyətində qaldığı bir dövrdə digər AXC rəhbərləri açıq – aydın şəhərdə asudə gəzir və fəaliyyət göstərirdilər. Həmin günlər gizlənmək məcburiyyətində qalan şəxslərdən biri də məhz Fəzail Ağamalı idi. Təsadüf nəticəsində evdə olmayan F. Ağamalı bu ünvana gəlmiş 20 sovet əsgərinin təqibindən qurtara bilmişdi. Hadisələrin bu cür anlaşılmaz və ziddiyyətli gedişi ilə razılaşmayan bir qrup ziyalı və tələbə 1990-cı ilin sentyabr ayında vətənpərvər insanların yeni birliyini formalaşdırmaq üçün təşkilat komitəsi yaradır. Üç aya yaxın gedən hazırlıq prosesindən sonra 1990- cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis konfransı keçirilir. Partiyaya sədr yekdil səslə Vahid Azərbaycan ideyasını önə çəkən F. Ağamalı seçilir. O vaxtdan Ana Vətən Partiyası Azərbaycan cəmiyyətinin siyasi sistemində ilk partiyalardan biri kimi aktiv fəaliyyətə başlayır.
Siyasi partiyaların formalaşma¬sında, inkişafında və əldə etdiyi uğur¬larda onun liderinin rolu əvəzsizdir.Başqa sözlə, partiyaların keçdiyi yola nəzər salarkən liderin kimliyinə xüsusi diqqət ayırmağa ehtiyac vardır. Ana Vətən Partiyasının tarixini vərəq¬ləyərkən onun liderinin də keçdiyi həyat yoluna nəzər salmamaq mümkün deyildir. Bizim reallıqda isə Ana Vətən Partiyası deyildikdə ilk növbədə Fəzail Ağamalı, Fəzail Ağamalı deyildikdə isə Ana Vətən Partiyası göz önündə canlanır. Fəzail Ağamalı 26 avqust 1947-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Şıxlar kəndində anadan olub.
Orta məktəbi kənddə bitirən F.Ağamalı təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini uğurla başa vurduqdan sonra, təyinatla Naxçıvan şəhərinə göndərilib. Əmək fəaliyyətinə Naxçıvan şəhəri 1 nömrəli orta məktəbdə müəllim kimi başlayan Fəzail Ağamalı, sonradan Naxçıvan Dövlət Pedaqoji Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib.
1983-ci ildə Gəncə Texnologiya İnstitutunda kafedra müdiri vəzifəsinə irəli çəkilən F.Ağamalı 1988-ci ildə Bakı şəhərinə köçür və Azərbaycan İqtisad Universitetində müəllim kimi fəaliyyətini davam etdirir.
O, 1993-1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, I müavini və nazir vəzifələrində çalışır. 1996-ci ildən ardıcıl 6 çağırış Milli Məclisin deputatıdır.
Tarix elmləri doktoru, professordur. Onlarla kitabın müəllifidir.
Evlidir, 3 övladı, 8 nəvəsi var.
Siyasi fəaliyyətə çox gənc yaşlarından başlayan F.Ağamalı Universitetdə təhsil aldığı illərdən vahid və müstəqil Azərbaycan uğranda mübarizə aparan tələbə hərəkatına qoşulur və onun aparıcı üzvlərindən birinə çevrilir. Sovet illərində uzun müddət DTK-nın təzyiqlərinə məruz qalan F.Ağamalı 1988-ci ildə baş qaldıran Milli Azadlıq hərəkatına qoşulur və onun liderlərindən birinə çevrilir. Müstəqillik uğranda gedən mübarizə zamanı fikir ayrılığı səbəbindən
AXC sıralarından istefa verən F.Ağamalı alternativ siyasi qurumun yaradılması üçün fəaliyyətə başlayır və 24 noyabr 1990-ci ildə Ana Vətən Partiyasının təsis konfransında onun sədri seçilir. O zamandan onun mübariz vətənkeş yolu davam etməkdədir.
Partiyanın proqramı haqqında

Ana Vətən Partiyasının əsas vəzifələri onun proqramında öz əksini tapmışdır. Proqram giriş, təməl prinsiplər, siyasi, hərbi, iqtisadi, sosial və humanitar vəzifələrini əks etdirən bölmələrdən ibarətdir.
Proqramda deyilir:
“Əlverişli coğrafi-siyasi mövqeyə, qədim və zəngin tarixə malik olan Azərbaycan yüzilliklər boyu milli-tarixi taleyində silinməz izlər buraxan proseslərin obyekti olmuşdur. Şimaldan və Cənubdan Qafqaza can atan qonşu güclü dövlətlər iqtisadi və siyasi maraqlarını, regional nüfuzlarını təmin etmək üçün Azərbaycan daim imperiya sərhədləri daxilində əsarətdə saxlamağa çalışmışlar. Tarixi proseslərin gedişində imperiya zülmünə, təzyiq və tədriclərə baxmayaraq Azərbaycan xalqı maddi və mənəvi varlığını qoruyub saxlamış, dünya sivilizasiyası tarixinə öz tövhələrini vermişdir.
Azərbaycanın əhəmiyyətli siyasi, iqtisadi və coğrafi mövqeyi onun ərazisinin və dövlətinin taleyini müəyyən edir. Ona görə də Ana Vətən Partiyası (AVP) özünün başlıca vəzifələrindən biri kimi belə hesab edir ki, güclü qonşu dövlətlərin Azərbaycanda ənənəvi maraqları neytrallaşdırılmalı, respublikanın iqtisadi və regional ımövqeylərinin beynəlxalq siyasətin təcavüz və birtərəfli maraq obyektinə çevrilməsinə yol verilməməlidir.
Başlıca vəzifəsini beynəlxalq hüquq normaları əsasında Azərbaycanın əzəli ərazi bütövlüyünün təmin edilməsində və vahid Azərbaycanda sənaye cəmiyyətinin qurulmasında görən AVP xalqımızın mədəni və milli ənənələri zəminində müstəqilliyin bütün atributlarına malik demokratik hüquqi və dünyəvi dövlət qurmaq, onu nüfuzlu beynəlxalq subyektə çevirmək uğrunda mübarizə aparır.
Siyasi sahədə vəzifələrimiz:

Partiya Azərbaycanda Prezidentli Respublika tərəfdarı olmaqla belə hesab edir ki, cəmiyyətin ictimai-siyasi rejimini demokratik, çoxpartiyalı siyasi sistem təşkil etməli, dövlət partiyalara siyasi rəqabət üçün bərabər hüquq və imkanlar əsasında normal şərait yaradılmasının təminatçısı olmalıdır. Qanunverici, icraedici və məhkəmə hakimiyyətləri ayrılıqda müstəqil fəaliyyət göstərməli, hakimiyyət orqanları seçkili olmalı, ordu, milli təhlükəsizlik, hüquq-mühafizə və məhkəmə orqanları, habelə din siyasətə qarışmamalıdır. Milli, irqi, dini, sinfi və sosial ayrı-seçkiliyin əleyhinə olan Ana Vətən Partiyası şovinizmin hər cür formasını və milli qapalılığmı rədd edərək hesab edir ki, Azərbaycanın milli siyasəti milli ənənələr bazasında, vətəndaşların beynəlxalq hüquqda təsbit edilmiş mədəni, siyasi, sosial hüquqları nəzərə alınmaqla, respublikadakı millət və etnik qrupların bərabər hüquqlar əsasında birgə yaşayış ənənələrinə söykənməklə aparılmalıdır.
Ana Vətən Partiyasına görə, Azərbaycanın xarici siyasəti sülh, dinc- yanaşı yaşamaq kimi prinsiplər üzərində qurulmaqla Azərbaycanın dünyəvi dövlət olmasına xidmət etməlidir. Xarici siyasətin əsas istiqamətlərini xalqımızın tarixi-ərazi hüdudlarının beynəlxalq miqyasda rəsmən tanıdılması, Azərbaycanın ərazi bütövlüyünə nail olmaq üçün beynəlxalq normaların gücündən maksimum istifadə etmək, imperiyapərəst xarici qüvvələrin respublikamızdakı ənənəvi siyasi, iqtisadi, regional və hərbi maraqlarının neytrallaşdırılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması, geniş iqtisadi-mədəni əməkdaşlıq üçün münbit siyasi mühitin yaradılması təşkil edir.
Yaxın vəzifələr kimi Azərbaycan dövlətinin dünyanın siyasi xəritəsində mövqeyinin möhkəmləndirilməsi üçün tarazlaşdırıcı siyassi xətt yeridilməli, Qarabağ münaqişəsi sərhədlərin dəyişməzliyi, ərazi bütövlüyü və Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın saxlanılması prinsipi əsas götürülərək həll edilməlidir.

Hərbi sahədə vəzfələrimiz:

Azərbaycan xalqı yurdsevər, el-oba qədri bilən, olduqca vətənpərvər xalqdır. Tarixin bütün mərhələlərində bu xalq doğma torpaq, Ana Vətən uğrunda saysız-hesabsız savaşların iştirakçısı və qalibi olub. Vətəni göz bəbəyi kimi qoruyub. Lakin üzbəüz hərb cəbhəsində məğlubedilməz olan mərd xalqımız hiyləgər düşmənlərin qurduğu siyasi kələk səhnəsində çoxlu itkilər vermişdir. Nəticədə Vətənimizin olduqca mühim bir hissəsi-İrəvan xanlığı, Vedibasar, Zəngəzur, Göyçə mahalı, Dərələyəz, Dilican ərazisi, Qəmərli, Naxçıvanın bir hissəsi, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar, habelə digər xanlıq, bölgə və vilayətlər zaman-zaman işğala məruz qalmış, yüz minlərlə insan qətlə yetirilmiş, milyonlarla soydaşımız doğma yurd-yuvasmdan didərgin salınmışdır. Bütün bunlar Azərbaycan xalqının son 200 ildə çar Rusiyası və onun varisi Sovet hökumətinin dövründə xalqın el¬liklə tərksilah edilməsi nəticəsində mümkün olmuşdur. Silahsız xalq torpağını lazımınca qoruya bilməmişdir.
Artıq zaman dəyişib. Azərbaycan Respublikası regionda güclü hərbi- iqtisadi, intellektual insan potensialına malik müstəqil dövlətdir. Biz tarixi haqqımızı geri almağı və ermənilər tərəfindən işğal edilən İrəvan xanlığına düşən bütün ərazini, Zəngəzuru, Dərələyəzi, Qarabağı azad etməyi bütöv Azərbaycana doğru mühüm addım hesab edirik. Ana Vətən Partiyası bu tarixi vəzifəni həyata keçirməyi özünün strateji vəzifəsi kimi bəyan edir. Ana Vətən Partiyasının hərbi vəzifələri xüsusi olaraq bu zərurətdən irəli gəlir.
Vətənkeş üçün Vətən anlayışı onun azadlığı, bütövlüyü və fırəvanlığı deməkdir. Bunları təmin etmək bizim borcumuzdur.
Vətənkeş üçün Ana Vətən – ölkə, dövlət və xalq deməkdir. Vətənimizi sevdiyimiz kimi qorumaq da borcumuzdur. Bu bizim hərbi strateji məqsədimizdir.
Vətənkeş üçüt vətən milli dövlət müstəqilliyi, əminamanlıq və sülh deməkdir.

İqtisadi sahədə vəzifəlirimiz:

AVP-nin iqtisadi siyasəti ölkədə yüksək inkişaf etmiş məhsuldar qüvvəyə və kütləvi istehlaka əsaslanan sənaye cəmiyyəti qurmaq məqsədinə xidmət edir. Bu cəmiyyətin ali məqsədi istehsalı hərtərəfli inkişaf etdirmək və vaxta qənaət rejimini həyata keçirməklə cəmiyyət üzvlərinin harmonik inkişafını təmin etməkdir.
Sənaye cəmiyyətinin siyasi əsası – hüquqi dövlət, iqtisadi əsası – mülkiyyətin müxtəlifliyidir. Sənaye cəmiyyətinin sosial bazası – öz vətəninin tam sahibi kimi çıxış edən azad, əmək fəaliyyəti ilə məşğul olan hərtərəfli inkişaf etmiş vətəndaşların birliyidir.

Sosial sahədə vəzifələrimiz:

AVP-yə görə əhalinin sosial müdafiəsinin təmin edilməsinin vacib şərti ölkədə əhalinin minimum istehlak tələbinə müvafiq gələn gəliri təmin etməyə nail olmaqdır. İstifadə olunan milli gəlirdən sosial müdafiə üçün ayrılan vəsait əhalinin ixtisas və peşə tərkibinə və onların təsərrüfat əhəmiyyətinə görə müəyyənləşdirilməlidir.
Dövlət müxtəlif əlamətlərinə görə (qocalıq, əlillik, çoxuşaqlılıq və s.) pensiya, müavinət alan və aztəminatlı ailələrin minimum istehlak tələbini qiymətlərin dəyişmə meylinə görə tənzimləməli, gənclərin istək və qabiliyyətlərinə görə ixtisas və peşə seçmələrinə həssaslıq göstərilməli, onların işlə,sosial ipoteka hesabına mənzillə təminatına imkan yaratmalıdır.
AVP elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışan əməkçilərin sosial müdafiəsini təmin etmək üçün onlara differensial güzəştlərin verilməsini məqsədəuyğun sayır, yeniyetmə və uşaqların mənəvi saflığı və fiziki sağlamlığının qorunmasını ümumi dövlət əhəmiyyətli iş hesab edir, qadınların ağır fiziki əməklə, səhhətlərinə zərərli işlə məşğul olmasını pisləyir və onların asüdə vaxtlarının artırılmasını dəstəkləyir, vətəndaşların mənzil almaq, ev tikmək və həyətyanı təsərrüfatını inkişaf etdirmək hüququna üstünlük verir.

Humanitar sahədə vəzifələrimiz:

AVP-yə görə
– Dövlətin humanitar siyasətinin əsas məqsədini cəmiyyətdə humanitar əlaqələr sisteminin insan və onun sosial, mədəni hüquqlarına, fiziki sağlamlığınaxidməti təşkil etməlidir;
– Azərbaycanda təhsilin və səhiyyənin dövlət və xüsusi sektorları inkişaf etdirməlidir. Orta təhsil məcburidir. Dini təhsil azaddır və dövlət sektorundan kənardır.
– Sağlamlıq ictimai mahiyyət daşıyaraq onun qorunmasında başlıca vasitə kimi özünü fiziki tərbiyəetmədir. Orta təhsil sistemində orta tibbi təhsil məcburidir.
– Dövlətin fiziki və huquqi şəxslərlə münasibəti yalnız ümumxalq əhəmiyyət dərəcəsi, ixtira və yeniliklər baxımından müəyyən edilir. Elmin
texniki sektoruna xüsusi üstünlük verilir;
– Əhaliyə ekoloji mədəniyyətin aşılanması istiqamətində kompleks tədbirlər görülür;
– Mədəniyyəti xalqın siması hesab edərək Azərbaycanın mədəni irsinin bərpası, qorunması və inkişaf vəzifələri əsas götürülür. Mənəvi formalaşmada əsas istiqamət milli qaynaqlara söykənməklə ümumbəşəri dəyərlərə doğrudur. Azərbaycanda yaşayan bütün xalqların milli-mədəni irsi qorunur, maddi və mənəvi sərvətləri Azərbaycan mədəniyyətinin tərkib hissəsi hesab edilir. Dövlət mədəniyyət müəssisələrinə başqa sahələrdən fərqli qayğı göstərir. Mədəniyyət işçilərinə xüsusi sosial güzəştlər müəyyən edir. Mədəniyyət hər cür idealogiyadan uzaqdır.

Təməl prinsiplərimiz
Siyasi fikir cərəyanı və siyasi partiya olmaq etibarı ilə AVP bir-birini tamamlayan və bütövlükdə vəhdət təşkil edən üç təməl prinsip üzərində bərqərar olmuşdur.
Azərbaycançılıq
Dövlətçilik
Vətənkeşlik
Azərbaycançılıq tarixi və coğrafi baxımdan «Vahid və bütöv Azərbaycan» amalına xidmət edir. Tarixən Azərbaycan xalqına mənsub olmuş əcdadlarımızın əsrlərlə üzərində yaşayıb nəsi artırdığı, lakin sonralar yadelli işğalçılar, dövlətlər tərəfindən zorla qəsb edilmiş torpaqlarımızın xilas edilib yenidən Azərbaycan adı altında birləşdirmək istəyi AVP-nin vəzifəsidir, başlıca təməl prinsipidir. Ona görə də Azərbaycançılıq xəttini qəbul etmədən AVP üzvü olmaq qeyri-mümkündür. Başqa sözlə desək, azərbaycançılıq vətənkeşliyin astanasıdır. Ana Vətənə yol burdan keçir. Azərbaycançılıq deyəndə, ilk növbədə Şah İsmayıl Xətai dövrünün xəritəsi göz önünə gəlir, indi 5-6 dövlətin ərazisinə çevrilmiş bütün torpaqlarımızı əhatə edən yaralanmış bütöv Azərbaycan.
Kim Azərbaycançılıq deyəndə bu bütövlüyü, bu böyüklüyü, bu zərurəti qəlbinə və beyninə həkk edə bilirsə, bu bütövlük, bu böyüklük və zərurət uğrunda vuruşmağa hazırdırsa, əsil vətənkeş odur.
Azərbaycançılığın tarixi – coğrafi baxımdan qısaca anlamı belədir.
Milli baxımdan Azərbaycançılıq tarixən bu ərazidə yaşamış bütün çoxsaylı və azsaylı xalqların bərabərhüquqlu əsasda toxunulmaz birgə yaşayış ənənələrinin qorunub saxlanması və inkişafını qəbul etmək deməkdir.
AVP Azərbaycanı özünə vətən bilən, onu sevən, qorumağı və abadlaşdırmağı bacaran hər bir kəsi mili – etnik mənsubiyyətindən asılı olmayaraq müdafiə edir. Başqa sözlə desək, Azərbaycanda yaşayan xalqların tarixən formalaşmış mənəvi – siyasi birliyini, dostluğunu hər hansı mülahizələrlə sarsıtmağı və zəiflətməyi yolverilməz hesab edir. Vətənkeşlərə görə, Azərbaycan – burada yaşayan, onu müdafiə edən və abadlaşdıran hər bir vətəndaşın şərikli vətənidir.
Siyasi baxımdan, Azərbaycançılıq Azərbaycan dövlətinin müstəqilliyinin formalaşması və möhkəmlənməsi üçün ən mühüm təminatdır. Azərbaycançılıq vətənimizi federativ komponentlərə ayırmaq, parçalamaq və yox etmək istəyən bədxahlarımızın ümidlərini puça çıxaran çox ciddi maneədir.
Nəticə: Azərbaycançılıq Azərbaycan xalqı üçün bu gün həm strateji və həm də taktiki baxımdan çox ciddi əhəmiyyət kəsb edən həyati məsələdir. Kim ona zidd hərəkət edirsə və ya bu fikri qəbul etmirsə o, Azərbaycanın bugününə və sabahına zərbə vurur. Azərbaycançılığın alternativi yoxdur.

Dövlətçilik

Dövlətçilik Ana Vətən Partiyasının ideoloji-siyasi fəaliyyətinin bel sütununu təşkil edir. Vətənkeşlər üçün dövlətçilik geniş anlayışdır və onun əsasını dövlətin mənafeyini hər şeydən, hətta partiya mənafeyindən yüksək tutmaq ideyası təşkil edir. Bizim əqidəmizcə dövlət xalqın iradəsidir, o güclü, möhkəm və etibarlı olmalıdır. Onu zəiflətmək, laxlatmaq və gücdən salmaq xalqı zəif salmaq deməkdir. Bu, yolverilməz cinayətdir.
Dövlətçilik mövqeyində duran Ana Vətən Partiyası hakimiyyət uğrunda mübarizəni nəticədə hansısa siyasi təşkilat və partiyanın hakimiyyətə gəlməsi prosesi kimi yox, dövlətin peşəkarlar və qaliblər hesabına daha da güclənməsi kimi qəbul edir. Başqa sözlə desək, siyasi mübarizədə udan partiya deyil, dövlət olmalıdır. Siyasi mübarizədə
Dövlətin zəif düşməsi hesabına qazanılan qələbəni biz qəbul etmirik. Və bunu xalqa qarşı maskalanmış siyasi cinayət sayırıq.Vətənkeşlərin siyasi mübarizə şüarı belədir: Biz hakimiyyət uğrunda deyil, hakimiyyətə layiq olmaq uğrunda mübarizə aparırıq. Yaxşım pisdən seçmək xalqın öz hüququdur.
Bu şüarın mahiyyəti ondan ibarətdir ki, vətənkeşlər dövlət maşınının sükanı arxasında məhz, seçilmişin, ən layiqlisinin olmasını üstün tutur. Yəni mübarizə aparan qüvvələrin qələbəsinin bəhrəsini, fayda və səmərəsini partiyalar yox, dövlət və xalq görməlidir. Futbol yarışlarında olduğu kimi, qolun müəllifi ayrı-ayrı fərdlər olsa da qələbə komandaya məxsusdur.
AVP dövlət və dövlətçilik məsələlərində mühafizəkar mövqedə durur. Formalaşmış sağlam ənənə və vərdişlərin saxlanmasım, siyasi islahat və dəyişikliklərin tədricən, təkamül yolu ilə son dərəcə ehtiyatla aparılmasını vacib bilir. Dövlət cəmiyyətin beynidir, onunla kor bağırsaq kimi davranmaq olmaz.
Vətənkeşlər dövlət və dövlətçilik məsələsinə həmişə ciddi, elmi və xəlqi mövqedən yanaşılması tərəfdarı olmuş və belə olaraq da qalır. Bizim əqidəmizə görə heç vəchlə dövləti və dövlətçilik mənafeyini siyasi mübarizə məşqlərinə qurban vermək olmaz.
AVP belə hesab edir ki, dövləti həm daxildən və həm də xaricdən dağıdanlar özlərini sözdə necə adlandırsalar da, bizim mili düşmənlərimizdir. AVP dövlət və dövlət başçıları, dövlət və dövlət aparatı arasında bərabərlik işarəsi qoymur, yəni onları eyniləşdirmir. Bizə hansı dövlət lazımdır? Bu sualın cavabı isə çox qısa və aydındır: bizə azad, qüdrətli, bütöv və demokratik dövlət lazımdır.

Vətənkeşlik

Vətəkeşlik hərəkətdə, fəaliyyətdə olan şüurlu və peşəkar vətənpərvərlikdir. Vətənkeşlərin sosial bazası vətəndaş təşəbbüskarlığına, siyasi əsası isə güclü dövlətçiliyə söykənir.
«Vətən mənimdir, mən də Vətənin» amalı ilə yaşayan və qurub
yaradan faydalı insan-vətənkeş şəxsiyyətdir. «Gözəl düşüncə, gözəl söz və gözəl əməl» əsil vətənkeşin fəaliyyət devizidir.
Vətənkeşlərin ən birinci, ümdə keyfiyyəti Vətən üçün layiqli övlad olmağa onun mənəvi haqqı olmasındadır. Bunun üçün torpaq və yurd sevgisi kifayət deyil, onu əməli işlərlə sübut etmək, istək və sevgisini öz fəaliyyətində maddiləşdirməkdir.
Vətənkeşlik təlimi Azərbaycan xalqının milli adət-ənənələrindən, onun ədalət və azadlıq ideallarından, əxlaqi prinsiplərindən, müasir dövrümüzün gerçəkliyindən qidalanır və Ana Vətən təəssübkeşliyindən güc- qüvvət alır.
Bu gün vətənkekşlik təkcə AVP-nin təməl prinsipi deyil, həm də xalqın məruz qaldığı mövcud problem və bəlalardan xilas olmaq üçün yegana düzgün səfərbəredici mili vətəndaşlıq təlimidir. Onu mənimsəmək və bərqərar etmək bizim hamımızın borcudur.
Vətənkeşliyin ideya-mənəvi nüvəsində aşağıdakı müddəalar durur:
Həmişə və hər yerdə:
– Azərbaycanın və ümumən bəşəriyyətin xeyrinə çalışmaq. Vətənkeş öz əqli və əzələ enerjisini cəmiyyətin xeyrinə səfərbər və sərf edən vətənpərvər insandır.
– Vətənkeşin şəxsi mənafeyi cəmiyyət üçün faydalı vətəndaş olmaqdan, ətrafında sağlam ictimai mühüt yaratmaqdan, ümumbəşəri inkişafa və tərəqqiyə mane olan tüfeyli ünsürlərə qarşı mübarizə aparmaqdan ibarətdir.
– Vətənkeşin qiyməti, nüfuzu, mövqeyi, şəxsi keyfiyyəti onun cəmiyyət qarşısındakı xidmət və fəaliyyəti ilə müəyyənləşir. Hər bir vətəndaş cəmiyyət qarşısında xidmət göstərməkdə azad və bərabərdir.

AVP-nin təşkilatı quruluşu

Partiyanın təşkilatı quruluşu Nizamnamə əsasında tənzimlənir. Partiyanın ali orqanı onun qurultayı və ya qurultay səlahiyyətli konfransıdır. 01 iyul 2013- cü ilədək Ana Vətən Partiyasının qurultay səlahiyyətli 2 konfransı və 5 qurultayı keçirilmişdir. Qurultaya nümayəndəlik normasını və keçirilmə tarixini Ali Məclis müəyyən edir. Qurultayda partiyanın Sədri, Ali Məclisi və Mərkəzi Nəzarət Təftiş Komissiyasi seçilir. Qurultaya nümayəndələr rayon təşkilatlarının konfransında seçilir. Həmçinin prezident seçkilərində partiyanın namizədi irəli sürülür. Partiyanın proqram və nizamnaməsinə dəyişikliklərin edilməsi də qurultayın müstəsna səlahiyyətindədir. İndiyədək partiyanın proqram və nizamnaməsi 4 redaksiyada təsdiq olunaraq qəbul edilmişdir.
Qurultaylararası dövrdə partiyanın fəaliyyətinə Ali Məclis rəhbərlik edir və qurultayların qərarlarını həyata keçirir. Ali Məclis rayon təşkilatlarının sədrlərindən və bu rəqəmin 3 də 1-i qədər müstəqil üzvdən təşkil olunur. Ali Məclisin səlahiyyətlərinə aşağıdakılar daxildir:
– Mərkəzi Şuranın say tərkibini müəyyən etmək və seçmək;
– Sədrin təqdimatına əsasən, sədrin müavinlərinin səlahiyyətlərini təsdiq etmək;
– Milli Məclisə və Bələdiyyələrə seçkilər zamanı partiyanın namizədlərini müəyyən etmək və s.
Partiyanın ümumi fəaliyyətinə Sədr rəhbərlik edir. Sədr partiyanın adından çıxış etmək səlahiyyəti olan tək şəxsdir. Onun səlahiyyətləri aşağıdakılardan ibarətdir:
– partiya fəaliyyətinə rəhbərlik edir;
– Mərkəzi Şuranın fəaliyyətinə rəhbərlik edir;
– AVP sədrinin müşavirlərini təyin və azad edir;
– partiyaya daxil olmuş müvafiq ərizə, arayış, şikayət və digər sənədlərə baxır və onların icrasını təmin edir;
– partiyanı təmsil edir, onun adından müqavilə və sazişlər imzalayır, bəyanatlar, sərəncamlar və göstərişlər verir;
– partiya və maliyyə sənədlərini imzalayır;
– Mərkəzi Aparatın rəhbərinin təyin olunması üçün Ali Məclisə təqdimatla müraciət edir;
– AVP sədri səlahiyyətlərini icra edə bilmədikdə Ali Məclisin qərarı ilə onun vəzifələrini müvəqqəti olaraq Ali Məclisin sədri həyata keçirir.
Ali Məclisin iclasları arasındakı dövrdə Partiyanın cari fəaliyyətinə Mərkəzi Şura rəhbərlik edir. Mərkəzi Şuranın tərkibi sədrdən, sədrin müavinlərindən, Ali Məclisin sədrindən, mətbu orqanın redaktorundan və digər Ali Məclis üzvlərindən formalaşdırılır. Mərkəzi Şuranın səlahiyyətlərinə aşağıdakılar daxildir:
– Qurultayın və Mərkəzi Şuranın qərarlarını həyata keçirir;
– konfrans, müşavirə, simpoziumlar keçirilməsini təşkil edir;- MNTK tərəfindən aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün tədbirlər hazırlayır və həyata keçirir;
– partiya üzvlərinin şikayət və ərizələrinə baxır;
– partiyanın müxtəlif komissiyalarını, işçi qruplarını yaradır və onların fəaliyyətini əlaqələndirir, öz struktur bölmələrinin hesabatını verir;
– respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı təkliflərini respublika dövlət və hakimiyyət orqanlarına təqdim edir;
– partiyanın ştat məsələlərini həll edir;
– Mərkəzi Şuranın iclaslarına sədrliyi AVP-nin sədri həyata keçirir.
Sədr müavinlərinin say tərkibi və fəaliyyət istiqamətləri mövcud
içtimai siyasi duruma uyğun olaraq dəyişə bilər. Hər bir sədr müavini konkret fəaliyyət istiqamətinə cavabdehdir və bu sahədəki partiyanın fəaliyyətini əlaqələndirir və təşkil edir.
Eyni zamanda sədrin müşavirləri də sədrin əmri ilə təyin olunurlar. Bu şəxslər mütəxəssislərdən ibarət olub müəyyən sahələr üzrə proqramların, layihələrin, partiya üçün normativ sənədlərin hazırlamasına görə məsuliyyət daşıyırlar.
Partiya fəaliyyətinin Nizamnaməyə və Qanunvericiliyə uyğunluğuna nəzarəti Mərkəzi Nəzarət Təftiş Komissiyasi həyata keçirir. MNTK qurultayda seçilir və onun qarşısında hesabat verir.
Partiyanın qərarlarının icrasını təmin etmək, təşkilatlanma, gündəlik təşviqat işlərini, mətbuatla, beynəlxalq təşkilatlarla və digər qurumlarla işin qurulması üçün icra aparatı – Mərkəzi Aparat yaradılır. Mərkəzi Aparatın işinə sədrin təqdimatı ilə Ali Məclis tərəfindən təyin olunan Aparatın rəhbəri rəhbərlik edir. Mərkəzi Aparatın şöbələri, onların tərkibi və ştat cədvəli Mərkəzi Şura tərəfindən təsdiq olunur. İşçilər isə sədrin əmri ilə işə qəbul olunurlar.
Yuxarıda qeyd olunan strukrurlar ali və mərkəzi orqanlar olub Partiyanın işinə yön verən və icra edən strukturlardırlar. Bunlarla yanaşı Partiyanın yerli təşkilatları və qurumları da vardır ki, bu da rayon (şəhər) təşkilatlarıdır. Rayon təşkilatları da mərkəzi struktura uyğun konfrans, məclis, şura, sədr müavinləri və özək kimi atributları özündə əks etdirən struktur formasına malikdirlər. Partiyanın ən ilkin və başlanğıc strukturu onun özəyidir. Özəklər ərazi prinsipi əsasında formalaşdırılır.
Partiyanın üzvlərinə üzvülük vəsiqəsi verilməsi prosesi davam edir. Təkcə 2013 -cü ilin mart ayından 2015-ci ilin noyabr ayınadək 3000-dən yuxarı vəsiqə verilmişdir.

Ana Vətən Partiyasının simvolları haqqında

Bütün siyasi partiyalarda olduğu kimi, Ana Vətən Partiyası da yalnız ona məxsus olan, onu digər siyasi təşkilatlardan fərqləndirən simvollara malikdir.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirmək vətənkeşlərin ümdə vəzifəsidir. AVP- nin əsas simvolu Azərbaycan Respublikasının xəritəsi üzərində iri planda qanadlarını gərmiş qartal təsviridir. Xəritə Azərbaycan dövlətinin müstəqillik rəmzi olan milli bayrağına uyğun olaraq göy, qırmızı, yaşıl rənglərlə verilmişdir. Azərbaycan xəritəsinin İran və Ermənistan sərhədləri boyunca en kəsiyinin qabarıq şəkildə verilməsi Azərbaycan torpaqlarının kəsilib-doğranmış taleyindən xəbər verir.
AVP-nin simvolundakı qartal təsviri Ana Vətənin yurdun hər qarışı uğrunda qanadını gərmiş vətənpərvər övladlarının ümumiləşdirilmiş obrazıdır. Qartal əzəmət, mübarizlik, əyilməzlik, mərdlik, güc, qüvvət və qalibiyyət rəmzidir. Qartalın vətəni uca dağlar və sərt qayalardır. Ucalıqlarda uçmaq qartalın səciyyəvi cəhətidir.
AVP qartalı özünün simvolu seçərkən bir sıra başqa mülahizələri də əsas götürmüşdür. Bunlardan biri həyata, dünyaya, vətənə qartal gözü ilə baxmaq istəyidir. Məlumdur ki, qartal baxışı uzağı görmək, ucalıqdan görmək və təmiz, aydın görmək baxımından fərqlənir. Qartal dünyaya həmişə uca qayalardan və aydın səmadan baxıb. Ona görə də o, vətəni hissə-hissə, parça-parça, kəsik- kəsik deyil, bütöv və tam görür. Azərbaycanın tarixi və bu günki ərazi bütövlüyü uğranda mübarizəni qarşısına proqram məqsədi qoyan AVP üçün simvolun bu məzmunu xüsusilə önəmlidir. Simvolun yuxarı hissəsində “Ana Vətən Partiyası”sözləri, aşağı hissəsində partiyanın təsis edildiyi ili nişan verən “1990” rəqəmləri yazılmışdır.
Ana Vətən Partiyasının bayrağı partiyanın simvolu həkk olunmuş ağ rəngli bayraqdır.
Ağ rəng partiyanın bayrağı üçün təsadüfən seçilməyib. Bu rəng bütövlükdə Azərbaycan xalqının tarixi etnik kökləri, mifik dünyagörüşü, inam və inancları ilə bağlıdır.
Mifik təfəkkürümüzdə ağ rəngin saysız-hesabsız elementləri günümüzə qədər gəlib çıxmışdır. Tarixin sonrakı mərhələlərində mifik təfəkkürdən bədii ədəbiyyata keçiddən sonra da ağ rəng özünün ilkin-əzəli məzmununu saxlamış, folklorumuzda ağ rənglə bağlı çoxlu elementlər özünə yer tapmışdır. Ağ günün Tanrı köməyinin rəmzi kimi nağıllarımızda ağ paltarlı, ağ atlı igidlərin xilaskar roluna istənilən qədər misal gətirmək olar. Ağ geyimli, ağ saqqallı, üzündən nur-işıq yağan nuram qocaların nağıl və dastanlarımızda qəhrəmanın ən çətin anlarında zühür edib çıxış yolu göstərməsi dediklərimizə söykənəcək verir.
Ağ saçlı anaların müqəddəs tutulması, “Ana haqqı-Tanrı haqqıdır” kimi qiymətləndirilməsi də ağ rəngin yaradıcı törəyici məzmunu ilə bağlıdır.
Qədim Azərbaycan fəlsəfi fikrində gündüzlə gecənin, işıqla qaranlığın, ağ ilə qaranın əbədi mübarizəsi və bu mübarizədə gündüzün gecəyə, işığın qaranlığa qələbə çalmasına inam motivi də ağ rəngin əzəli və əbədi olmasının təzahürü kimi meydana çıxır. Azərbaycan xalqının nadir ədəbi abidələrindən olan “Kitabi-Dədə Qorqud” da tez-tez rast gəldiyimiz ağ atlı igidlər, ağ çadır, ağ ev kimi ifadələr ağ rəngin oğuz ellərinin müqəddəs rəngləri sırasında durduğunu təsdiq edir.
Partiyanın simvolu onun məram və məqsədləri uğrunda mübarizə aparan bütün Ana Vətənçilər üçün müqəddəsdir. Ana Vətən Partiyası özünün proqramında və fərqlənmə nişanlarında əksini tapan yüksək ideallarının həyata keçirilməsi yolunda bütün Azərbaycan xalqını birləşdirəcəyinə və müstəqil Azərbaycan dövlətini azad, xoşbəxt gələcəyə aparacağına tamamilə inanır və buna əmindir.
Siyasi bloklarda Ana Vətən Partiyasının iştirakı

Ana Vətən Partiyası öz fəaliyyəti zamanı dəfələrlə həmfikir partiyalarla bir blokda fəaliyyət göstərmənin təşəbbüskarı və təşkilatçısı olmuşdur. İlk belə təşəbbüs 1994-cü ildə irəli sürülmüşdür. Altı siyasi partiyanın 23 aprel 1994- cü ildə «Mərkəzçi Siyasi Partiyaların Əlaqələndirmə Şurası»nın yaradılması haqqında Bəyannamə»nin elan olması ilə təşkilat fəalliyyətə başlamışdır. AVP-nin ofisində elan olunan bu təşkilat vətəndaş həmrəyliyinin, ölkədəki siyasi sabitliyin qorunması, xarici düşmənlərə qarsı vahid bir xətt yürütmək kimi vəzifələri qarşıya qoymuşdu. 1996 – cı ilədək fəaliyyət göstərən blok Azərbaycanın taleyüklü problemləri ilə bağlı təkliflərlə çıxış etmiş, siyasi proseslərə fəal münasibət bildirmişdir.
İkinci belə bir təşəbbüs Ana Vətən Partiyası tərəfindən 1997-ciildə irəli sürülmüş və həmin ilin mart ayının 29-da Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Məşvərət Məclisinin yaradılması haqqında Bəyannamənin qəbul olunması ilə reallığa çevrilmişdir.
Yeni Azərbaycan Partiyası da daxil olmaqla yeddi siyasi partiyanı özündə birləşdirən Məşvərət Məclisi Azərbaycanın prezidenti ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasi kursu müdafiə etmək və bu yolda birgə mübarizə aparmaq məqsədilə səyləri birləşdirməyi təməl prinsipi elan etdi. Sonradan daha beş partiya Məşvərət Məclisinə qoşuldu.
Göründüyü kimi, Ana Vətən Partiyası siyasi proseslərin arxasınca sürünən təşkilat olmamış, əksinə, onun önündə gedən partiyalardan biri kimi siyasi mühitə yön vermişdir.

Digər siyasi partiyaların və ictiamai təşkilatların
Ana Vətən Partiyasına birləşməsi haqqında

Siyasi proseslərdə tutduğu fəal və vətənpərvər mövqeyi sayəsində Ana Vətən Partiyası insanları özünə cəlb etməklə yanaşı bəzi siyasi partiya və ictimai təşkilatların da arasında rəğbət qazanmışdır.
AVP-yə rəğbətini gizlətməyən və sonunda bunu birləşmə addımı ilə
gerçəkləşdirən ilk siyasi təşkilat Vətən Ocağı Partiyası oldu. Partiya məclisinin 9 fevral 1993-cü il tarixli iclasında Ana Vətən Partiyasına birləşmək haqqında qərar qəbul edildi.
Partiya rəhbərliyinin müraciətində göstərildiyinə görə, Vətən Ocağı Partiyasının 920 nəfər üzvü var idi. Buna baxmayaraq Partiya ölkədə gedən siyasi proseslərdə passiv mövqe nümayiş etdirir və proseslərin, belə demək mümkünsə, arxasınca sürünürdü. Durumunu müzakirə edən partiya rəhbərliyi çıxış yolunu fəal siyasi mövqe nümayiş etdirən, siyasi proseslərə klançılıq və korporativ prizmadan yanaşmayan Ana Vətən Partiyasına birləşməkdə gördü. Əsasən Nizami Gəncəvi fəlsəfəsindən qaynaqlanan bu partiya AVP-yə yazılı müraciət etdi. AVP Ali Məclisinin 13 fevral 1993-cü il tarixli iclasında müraciətə baxıldı və bir sıra Ali Məclis üzvlərinin ehtiyatlı münasibətinə baxmayaraq müsbət qərar qəbul olundu. Birləşmənin nəticəsi olaraq Vətən Ocağı Partiyasının sədri başda olmaqla bir necə nəfər AVP-nin Ali Məclisində təmsil olundular.
1993-ci ildə keçirilən Prezident seçkilərində Ana Vətən Partiyası olduqca ağır olan siyasi durumda namizəd irəli sürmədi və öz üzvlərinə seçkilərdə Heydər Əliyevə səs vermək kimi sərbəst seçim imkanı verdi. Bu mövqe partiya rəhbərliyinə daxil olan keçmiş Vətən Ocağı Partiyasının funksionerlərini təmin etmədi. Onlar seçkilərdə vaxtı ilə Vətən Ocağı Partiyasının rəhbərliyində təmsil olunmuş şəxslərdən birinin namizədliyinin İrəli sürülməsi təklifi ilə çıxış etdilər. Təklifin keçməməsi durumunda keçmiş Vətən Ocağı Partiyasının funksionerləri Ana Vətən Partiyasından çıxdıqlarını və Vətən Ocağı Partiyasını bərpa etdiklərini bəyan etdilər. Öz siyasi gələcəklərini məhz Ana Vətən Partiyasında görən keçmiş Vətən Ocağı Partiyasının sıravi üzvləri onların bu qərarı ilə razılaşmayaraq AVP-dəki fəaliyyətlərini davam etdirdilər. Yenidən elan olunan Vətən Ocağı Partiyası özünün azsaylı sosial bazasını itirərək Azərbaycanın siyasi arenasından getmək zərurəti ilə barışmalı oldu.
Ana Vətən Partiyasının tərkibinə daxil olmaq haqqında qərar qəbul edən təşkilatlardan biri də «Şəbi Hicran» təşkilatı olmuşdur. Təşkilatınrəhbər orqanı olan Xuralın 10 aprel 1994-cü il tarixli iclasında Ana Vətən Partiyasının tərkibinə daxil olmaq haqqında qərar qəbul etmişdir. İclasın yekununda Ana Vətən Partiyasına müraciət qəbul olunmuş və qərarın nəzərə alınması xahiş olumuşdur.
Müraciət Ana Vətən Partiyasında baxılaraq müsbət həll olunmuşdur. Partiya sıralarına qəbul olunmuş «Şəbi Hicran» təşkilatının üzvləri keçən illər
ərzində Partiya quruculuğunda öz tövhələrini vermişdirlər.

Ana Vətən Partiyasının Dağlıq Qarabağ müharibəsində iştirakı

Ana Vətən Partiyası Dağlıq Qarabağ müharibəsində seyirci mövqedən çıxış etməmiş, əksinə öz imkanları daxilində bu müharibədə ön yerlərdə dayanmışdır. Partiyanın sədri Fəzail Ağamalı başda olmaqla onun bir çox üzvləri ön cəbhədə döyüşlərdə iştirak etmişlər. Ana Vətən Partiyası Yevlax rayon təşkilatının sədri Cahangir bəy və daha onlarla vətənkeş şəhidlik zirvəsinə yüksəlmişdirlər.
F.Ağamalı 1989-cu ilin axırı, 1990-cı ilin əvvəllərində Xanlar (indiki Göygöl) rayonunda gedən döyüş əməliyyatlarına rəhbərlik etmişdi. Məhz onun rəhbərliyi altında könüllülərdən ibarət Azərbaycan dəstələri Göygöl rayonunun Kamo və Azad kəndlərini ermənilərdən azad etmiş, Çaykənddə toplanmış erməni qüvvələrinə sarsıdıcı zərbə vurmuşlar.
1990-cı ildə Ermənistan ərazisində qalmış yeganə azərbaycanlı kəndi olan Nüvədi heç zaman Ana Vətən Partiyasının diqqətindən kənarda qalmamışdır. Partiya üzvlərinin topladığı maddi vəsait hesabına alınan hərbi
geyim və sursatlar Nüvədi kəndini qoruyan əsgərlərə göndərilirdi.
Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ən ümdə problemi hesab edən Ana Vətən Partiyası bu mövzuda heç bir güzəştin mümkün olmadığını öz əməli fəaliyyəti ilə sübuta yetirib. Belə ki, çətin duruma düşməkdə olan Ermənistana humanitar yardım göndərilməsi adı altında silah – sursat daşınmasına imkan verən Türkiyə üzərindən hava xəttinin açılması barədə Türkiyə hökumətinin qərarı Ana Vətən Partiyası tərəfindən pislənilmişdir. Buna etiraz olaraq Türkiyə Səfirliyinin qarşısında 1993-cü ildə pilcet keçirilmiş və Ana Vətən Pariyasının etiraz bəyanatı səfirə təqdim edilmişdir. Az sonra Türkiyə ilə Ermənistan sərhədləri bağlanmışdır.
Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsi və onların təmin olunmasında qismən iştirak etmək Ana Vətən Partiyasının önəm verdiyi məsələlərdəndir. Belə ki 1993-1994 – cü illərdə Ana Vətən Partiyasının nümayəndələri dəfələrlə döyüş bölgələrində- Füzulidə və Cəbrayılda olmuş, partiya üzvlərinin topladıqları ərzaq məhsulları və tibbi ləvazimatları əsgərlərə çatdırmışdılar. Bu səfərlər zamanı ruh yüksəkliyini artırmaq üçün hərbiçilər qarşısında konsert proqramları təşkil olunurdu.
Özünün çoxsaylı bəyanatlarında Ana Vətən Partiyası üzvləri, müharibənin başlayacağı təqdirdə siyasi fəaliyyəti dayandırıb səngərdə olacaqlarını cəmiyyətə çatdırıblar.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla bağlı
Ana Vətən Partiyasının fəaliyyəti

Ana Vətən Partiyası tarixən parçalanmış Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın taleyi barədə hər zaman düşünmüş, onların haqlarının daima müdafiəçisi olmuşdur.
Ermənistandan zorakılıqla tarixi torpaqlarımızdan çıxarılan azərbaycanlıların qayğısna qalan F.Ağamalı onların evlə təmin olunması və yerləşdirilməsi işində fəal iştirak etmişdir. Qərbi Azərbaycan torpaqları olan İrəvandan, Zəngəzurdan, Göycədən zorla çıxarılan çox sayda azərbaycanlı ailəsi məhz F. Ağamalının səyləri sayəsində evlə təmin olunmuşdurlar.
Cənubi Azərbaycanda gedən milli oyanış hərakatını diqqətlə izləyən Ana Vətən Partiyası orada yaşayan soydaşlarımızın öz dilində təhsil ala bilməməsinə, dilimizdə qəzet və jurnalların çapına imkan verilməməsinə və s. qarşı daim öz etiraz səsini ucaltmışdır. Ana Vətən Partiyasının tutduğu bu mövqe və fəaliyyəti Cənubi Azərbaycan oyanış hərəkatının diqqətindən yayınmamış və onların ehtiramına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, 1990-cı illərdəki oyanış hərəkatını liderlərindən Çöhrəqanı Azərbaycana gəlişi zamanı Ana Vətən Partiyasını ziyarət etmiş və göstərilmiş dəstəyə görə öz təşəkkürünü bildirmişdir. Güney Azərbaycanla bağlı bütün çağırışlarda yer alan partiya bütöv Azərbaycan amalına sadiqliyini davam etdirməkdədir.
Gürcüstanda yaşayan soydaşlarımız da Ana Vətən Partiyasının hər zaman Diqqət mərkəzində olmuşdur. Partiyanın 3 iyun 1995-ci ildə keçirilən II Qurultayında Gürcüstanda yaşayan soydaşlarımızın sıxışdırılması ilə bağlı bəyanat qəbul olunmuşdur. Bəyanatda Ana Vətən Partiyası Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın mənəvi-fiziki qayğısına qalmağı və onların qətiyyətlə qorunmasını özünün ən mühüm vəzifələrindən biri kimi irəli sürdü. Ana Vətən Partiyası fəalliyəti ilə Bütöv Azərbaycan uğrunda mübarizəni özünü strateji vəzifələri kimi sübut etmişdir.

Ana Vətən Partiyasının beynəlxalq fəaliyyəti

Qloballaşan dünyamızda Dağlıq Qarabağ kimi problemimizin olduğu bir zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq etmədən partiya fəaliyyətini təsəvvür etmək mümkün deyildir. Partiyamızın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm yer ayrılır. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in Bakı ofisinin keçirdiyi tədbirlərin və seminarların, demək olar ki, əksəriyyətinə Ana Vətən Partiyası dəvət olunur. Bu cür seminar, konfrans, görüş və digər tədbirlər Partiyamızın nümayəndələrinə mövqeyimizi ifadə etmək baxımından böyük imkanlar yaradır.
Ölkəmizdə akreditə olunmuş səfirliklərin nümayəndələri mütamadi olaraq Azərbaycanın siyasi həyatında əhəmiyyətli yer tutan Ana Vətən Partiyasını ziyarət edir, ölkələrimiz arasında əməkdaşlığın artırılmasına dair müzakirələr aparırlar.
Eyni zamanda siyasi partiyaların regional beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, Ana Vətən Partiyası Asiya ölkələri siyasi partiyalarının beynəlxalq təşkilatının üzvüdür. Asiya ölkələri ilə yanaşı Cənubi Amerika və Okeaniya ölkələri siyasi partiyaları da bu təşkilatın işində fəal iştirak edirlər. Təşkilatın üzvü olan Ana Vətən Partiyasının nümayəndələri onun Kambocanın paytaxtı Pnompendə keçirilən VI, Bakı şəhərində keçirilən VII konfrasmda fəal iştirak etmiş və Azərbaycan reallıqlarını və Dağlıq Qarabağ həqiqətlərini digər ölkələrin nümayəndələrinin diqqətinə çatdırmışlar.
Çox sayda beynəlxalq tədbirlərə dəvət alan ana vətənçilər hər zaman Azərbaycan həqiqətlərinin carçısı olmuşlar. Xocalı soyqırımının dünyaya çatdırılması və bu qətliamın soyqırım kimi qəbul edilməsi yönündə gedən proseslərə Ana Vətən Partiyası da biganə qalmamış və təbliğat işlərinə fəal qoşulmuşdur. Belə ki, 2012-ci ildə Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının dünyaya duyurulması üçün keçirilən yürüşdə partiyanı Fəzail Ağamalı başda olmaqla Saatlı, Siyəzən, Cəbrayıl və Ağdam rayon təşkilatlarının sədrlərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlament fəaliyyəti də hər zaman partiya mövqeyini ifadə etmək üçün bir tribuna olmuşdur. Buna görə də istər MDB-nin Parlament Assambleyasının dövlət quruculuğu və yerli özünüidarə komitəsinin sədr müavini kimi, istərsə də dəvət olunduğu beynəlxalq tədbirlərdə Fəzail Ağamalı hər zaman korporativ maraqları deyil, məhz Azərbaycan həqiqətlərini ifadə etmiş və ölkəmizin bütün sahələrdə
Təsadüfi deyildir ki, fəal fəaliyyətinin nəticəsi kimi Fəzail Ağamalıya ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşı adı verilmiş, MDB-nin PA-nin xüsusi ordeni ilə təltif edilmişdir.

Ana Vətən Partiyasının Prezident seçkilərində iştirakı

1992-ci ildə müstəqil Azərbaycanda keçirilən ilk prezident seçkiləri ərəfəsində ölkədəki siyasi durum olduqca ağır vəziyyətdə idi. Bir tərəfdən Moskvaya sədaqətlə xidmət edən Ayaz Mütəllibov Qarabağ müharibəsində uğurlara nail ola bilmir, digər tərəfdən isə hakimiyyətə gəlmək istəyən AXC döyüş bölgələrindəki özünümüdafiə dəstələrini hakimiyyətə qarşı isitifadə etməyə çalışırdı. Müharibədə Azərbaycanın mövqeləri zəifləyir, xalqın iqtisadı və sosial durumu getdikcə pisləşirdi. Bu cür gərgin sosial – iqtisadı və hərbi vəziyyətin hökm sürdüyü bir vaxtda vəziyyəti analiz edən partiya rəhbərliyi seçkilərə qatılmamaq qərarına gəldi və bitərəflik nümayiş etdirdi. Bu qərarın ana xəttini siyasi intriqalarda iştirak etməmək təşkil edirdi.
1992- cü ildə keçirilən Prezident seçkisində ölkənin nicatını H.Əliyevdə görən Ana Vətən Partiyası onun namizədliyini müdafiə edir və partiya üzvlərinin Heydər Əliyevə səs verməyə çağırır.
1993- 1998-ci ilin Prezident seçkilərində Ana Vətən Partiyası Heydər Əliyevin namizədliyini irəli sürür və partiyanın funksionerləri istər H.Əliyevin seçki qərargahında, istərsə də təşviqat qruplarında fəal iştirak edirlər.
1994- 1998-ci ildə Fəzail Ağamalı seçkiləri müşahidə edəcək çoxsaylı partiya və ictimai təşkilatları özündə birləşdirən Demokratik Seçki Mərkəzini yaradır. DSM-i böyük bir hərəkata çevirən F.Ağamalı seçkilərin demokratik keçirilməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı bacarır.
1995- 2003-cü ildə keçirilən IV Qurultayında Ana Vətən Partiyası həm H.Əliyevin həm də İ.Əliyevin prezidentliyə namizədliklərini irəli sürməklə nə qədər uzaqgörən bir qərar verildiyini nümaiş etdirmiş oldu.
Öz siyasi baxışlarına sadiqlik nümayiş etdirən AVP 2008-ci və 2013-cü illərdə keçirilən Prezident seçkilərində bir daha İ.Əliyevin namizədliyini irəli sürmüşdür.

Ana Vətən Partiyasının Parlament seçkilərində iştirakı

Partiya fəaliyyətinin ən mühüm atributlarından biri keçirilən parlament seçkilərində iştirakdır. Seçkilərdə əldə olunmuş nəticələr həmin partiyaya xalqın birbaşa münasibətinin göstəricisidir. 70 il davam edən tək partiyalı sistemin yenicə dağıldığı dövrdə partiyaların hələ tam formalaşmadığı 1995-ci II seçkilərinin Ana Vətən Partiyasının tarixində mühüm rolu vardır. Həmin illər Ana Vətən Partiyasının idealogiyasım və siyasi kursunu qəbul etmiş böyük ziyalı potensialı onun ətrafında toplanmışdı. Heç bir seçki təc¬rübəsi olmayan, seçki texnalogiyalarmı əxz etməmiş ana vətənçilər böyük ruh yüksəkliyi ilə seçkilərə qatıldılar və çoxmandatlı seçki sistemi üzrə kifayət qədər güclü siyahı ortaya qoyuldu. 1995-ci ildə keçirilən seçkilərdə Ana Vətən Partiyasının çoxmandatlı seçki sistemi üzrə namizədləri aşağıdakı şəxslərdən ibarət olmuşdur:
1. Ağamalı Fəzail Rəhim oğlu – AVP-nin sədri, tarix elmləri namizədi
2. Bayramov Azər Məhərrəm oğlu – Şərqşünas
3. Əliyev Tofiq Məhmməd oğlu – Fəlsəfə elmlər namizədi
4. Qurbanov Afət Məhəmməd oğlu – Azərbaycan EA müxbir üzvü, professor
5. Babayev Mövlan Cavad oğlu – AVP Ali Məclisinin üzvü
6. Həsənov Yusif Həsən oğlu – İqtisad elmləri namizədi
7. Məmmədov Zakir Cabbar oğlu – Fəlsəfə elmləri doktoru
8. Allahverdiyev Məhərrəm Ələkbər oğlu – Hüquqşünas
9. Bağırov Yusif Cavad oğlu – Filologiya elmləri namizədi
10. Yusifov Yusif Qocaoğlu – Filologiya elmləri namizədi
11. Novruzov Salam Əliağa oğlu – İqtisadçı
12. Quliyev Etibar Cəfər oğlu – İnşaat mühəndisi
13. Bayramov Bəxtiyar Səttər oğlun – “Ana Vətən” Qəzetinin baş redaktoru
14. Səfərov Mikayıl Səfər oğlu – Həkim
15. Əlləzova Maya Əlləz qızı – İqtisadçı
16. Kərimov Akif Məmməd oğlu – Hüquqşünas
17. Hadıyev İbrahim Ağagül oğlu – AVP MHKT-nm sədri
18.Vəliyev Şamil Qiyas oğlu – Filologiya elmləri namizədi
19. Məmmədov Ələkbər Əsəd oğlu – Kimya elmləri namizədi
20. Səfərov Yaşar Abutalıb oğlu – ADMİU-nun dosenti
21. İsrafilov Vaqif İsmayıl oğlu – Filologiya elmləri namizədi
22. Nəzərov Mehralı Avıd oğlu – AZ.İMY-nun dosenti
23. Heydərov İlyas İsmayıl oğlu – Tarix elmləri namizədi
24. Məmmədov Rəfael Səlim oğlu – AVP Ali Məclisinin üzvü
25. Verdiyev Şahin Əlimərdan oğlu – Əmtəəşünas
Eyni zamanda birmandatlı seçki dairələrindən partiya Milli Məclisə namizədlər göstərmişdi. Seçki prosesini idarə etmək üçün Seçkilərə Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdı. Partiyanın bütün strukturlarını və üzvlərini səfərbər edən Təşkilat Komitəsi müxtəlif təşviqat və texniki qruplar yaratmışdı. Seçkilərin təşviqat mərhələsində Ana Vətən Partiyası Azərbaycan üçün bir çox yeniliklərə imza atmışdı.
Aparılmış işlərin nəticəsi kimi Ana Vətən Partiyası 1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə çoxmandatlı seçki sistemi üzrə 140000 nəfərdən çox seçiçinin səsini almışdır ki, bu da seçicilərin 3,9% səsi demək idi. Təəssüf ki, bu səs parlamentdə təmsil olunmaq üçün kifayət etmədi və Ana Vətən Partiyası seçkilərin birinci mərhələsində Parlamentdən kənarda qaldı.
1996-ci ildə birmandatlı seçki dairələrindən keçirilən təkrar seçkilərdə Fəzail Ağamalı Sumqayıtdan namizədliyini verərək seçkiləri udmuş və parlamentdə təmsil olunmuşdur.
2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Ana Vətən Partiyası taktiki gediş edərək mövcud potensialı parçalamamaq qərarına gəldi və deputat seçilmək imkanları böyük olan üzvlərini təkmandatlı seçki dairələrindən namizədliklərini irəli sürmək haqqında qərar qəbul etdi. Seçkinin nəticələri qəbul olunmuş qərarın nə qədər düzgün olduğunu göstərdi. Seçkilərdə Ana Vətən Partiyası Milli Məclisə iki nəfərin seçilməsinə nail olur. Bunlar Fəzail Ağamalı və Zahid Oruc idi.
Qeyd olunan uğur 2005 və 2010-cu il seçkilərində də təkrar olunur.
2010-cu ilin seçkilərində 40 000 nəfərə yaxın Azərbaycan vətəndaşının səsənini toplayan Ana Vətən Partiyası 3-cü nəticəni göstərmiş oldu. Deputatların sayına görə AVP Milli Məclisdə 3-cü partiyadır.
Əldə olunmuş uğur Partiya nümayəndəsinin Mərkəzi Seçki Komissiyasinda təmsil olunmasına şərait yaratmış oldu. Eyni zamanda Ana Vətən Partiyasının yüzlərlə üzvü Dairə və Məntəqə seçki komissiyalarında təmsil olunur.
Qürurla demək olar ki, Ana Vətən Partiyasi Milli Məclisdə təmsil olunan ən fəal qruplardan birinə sahibdir.
2015-ci ildə partiya qeydiyyata alınan 13 namizədlə seçki marafonuna qoşuldu. Gərgin mübarizə şəraitində keçən seçkilərdə Fəzail Ağamalı seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq 5-ci dəfə Milli Məclisin deputatı seçildi.
Ana Vətən Partiyasının Bələdiyyə seçkilərində iştirakı

1999-cu ildə yerli özünü idarə qurumu olan bələdiyyələrə keçirilən ilk seçkilərə ciddi hazırlaşan AVP bu imtahandan da uğurla çıxmışdır. 2000-dən artıq namizədlə seçkilərdə iştirak edən partiya 170 bələdiyyə üzvü yerini qazanmağa nail olur. İlk təcrübəni dəyərlərindən partiya rəhbərliyi bu nəticəni uğurlu hesab etmişdir
2004-ci ilin bələdiyyə seçkilərindən nəticə çıxaran partiya 2009-cu ildə bələdiyyə seçkilərinə ciddi hazırlaşmağa başladı. Bütün potensialını səfərbər edən Ana Vətən Partiyası 2009-cu ilin bələdiyyə seçkilərində 215 bələdiyyə üzvü ilə siyasi partiyalar arasında 2-ci nəticəni əldə etdi. Bu nəticə xalqın içərisində Ana Vətən Partiyasına olan rəğbətin və düzgün siyasi kursun göstəricisidir. Bu gün istər sıravi bələdiyyə üzvü kimi, istərsə də bələdiyyə sədri kimi məsul vəzifəni icra edən ana vətənçilər xalqın onlara verdiyi etimadı doğurultmaqdadırlar.
2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində daha ciddi uğurlara imza atan Ana Vətən Partiyası 210 nəfər Bələdiyyə üzvü ilə siyasi partiyalar arasında 2-ci yerini qoruyub saxlaya bildi.

“Ana Vətən” qəzeti haqqında

Partiyaların həyatında mətbuatın rolu çox böyükdür. Mətbuat vasitələri partiyaların təbliği, məramlarının xalqa çatdırılması aspektində əhəmiyyətli rol oynayırlar.
Bu həqiqəti qəbul edən Ana Vətən Partiyası öz mətbu orqanını təsis etməkhaqqında qərar qəbul etmiş və 1992-ci ildə “Ana Vətən” qəzetini çıxarmağa nail olmuşdur. Mətbu orqanın adı ilə bağlı gedən uzun müzakirələr zamanı müxtəlif adlar təklif olunsa da “Ana Vətən” adı həyata vəsiqə qazanmışdır.
Qəzet fasilələrlə 2000 – ci ilədək çap olunmuşdur. Onlayn informasiya vasitələrinin inkişafı həftəlik çıxan partiya mətbu orqanlarına marağın azalmasına səbəb oldu. Sadəcə partiya fikirlərini özündə əks etdirən qəzetlər populyarlıqlarını itirməyə başladılar.
Mövcud vəziyyəti analiz edən partiya rəhbərliyi böyük xərc hesabına başa gələn, lakin ciddi dividentlər gətirməyən qəzetin çapını dayandırma
barədə qərar qəbul etdi. Onun əvəzində partiyanın internet saytı yaradıldı və partiya həyatı ilə bağlı məlumatlar, müsahibələr, ölkədə gedən siyasi proseslərə partiyanın münasibəti orada öz əksini tapmağa başladı: (www.avp.az).Eyni zamanda sosial şəbəkələrin inkişafını dəyərləndirən Ana Vətən Partiyası Facebook sosial şəbəkəsində öz səhifəsini açmışdır: https ://www. facebook. com/AnaVatanPartiyasi.

Ana Vətən Partiyasının Qadınlar Şurası

Qadınlar hər zaman Ana Vətən Partiyasının fəaliyyətində önəmli yer tutmuşdular. Öz fəaliyyətlərini əlaqələndirmək və daha da geniş ləndirmək məqsədi ilə 1997-ci ildə Ana Vətən Partiyasının Qadınlar Şurası yaradılmışdır. Partiyanın üzvü olan qadınları öz ətrafında birləşdirən Şura keçən dövr ərzində bir çox uğurlu layihələrə imza atmış, qadınların siyasi proseslərdə daha fəal iştirakına şərait yaratmışdır.
İstər Ali Məclisin üzvləri, istərsə də rayon təşkilatlarının sədrləri və rayon təşkilatlarının rəhbərliyində təmsil olunan partiya funksionerləri kimi qadın üzvlərimiz öz fəallıqları ilə seçilirlər. Partiyanın Mərkəzi Aparatında çalışan, həmçinin beynəlxalq tədbirlərdə Ana Vətən Partiyasını təmsil edən xanım üzvlərimizin prinsipiallığı hər kəsə örnək ola bilər.
Bu gün fəxrlə demək olar ki, Ana Vətən Partiyasında qadınlar vətənkeş ideyalarının həyata keçirilməsi üçün vahid komanda kimi fəaliyyət göstərir və ümumi partiya işlərinə öz töhfələrini verirlər.

Ana Vətən Partiyasının gənclər təşkilatı

Cəmiyyətin ən fəal təbəqəsi gənclərdir. Ana Vətən Partiyasının üzvü olan gənclər ölkədə gedən siyasi proseslərdə iştirak etməklə yanaşı gənclik hərəkatında da fəal iştirak etmiş və bu məqsədlə müxtəlif təşkilatlar yaratmışlar.
İlk belə təşəbbüs 1991 -ci ildə yaradılan «Boz Qurd» gənclər təşkilatı olub.
Öz ətrafında Bakı şəhərində yerləşən universitetlərin bir qrup tələbələrini birləşdirən təşkilat istər partiya həyatında, istərsə də ölkədə gedən ictimai- siyasi proseslərdə fəal iştirak edirdi. 1993-cü ildən təşkilatın fəaliyyəti zəifləməyə başladı və tədricən siyasi arenadan çəkildi.
Növbəti belə bir təşəbbüs Gənc Ana Vətənçilər Assambleyası oldu. Uzun müddət uğurla fəaliyyət göstərən təşkilat Azərbaycanın gənclər təşkilatları içərisində nüfuz və söz sahibinə çevrilməyi bacardı. Gənclər təşkilatının Milli Şurasında fəal iştirak edən təşkilat beynəlxalq əlaqələrini dəgenişləndirmiş, türkdilli dövlətlərin gənclər təşkilatları ilə sıx əlaqələr qurmağa nail olmuşdu. GAVA idman və mədəniyyət sahələrində keçirdiyi bir çox uğurlu layihələrə görə dəfələrlə İdman və Gənclər Nazirliyinin sertifikatları ilə təltif olunmuşdur.
GAVA-mn bir çox fəalları partiyanın Mərkəzi Aparatında və partiya rəhbərliyində irəli çəkilərək Azərbyacan Cəmiyyətinə təqdim olunmuşdurlar. 2009-cu ildə partiyada gedən müzakirələrdən sonra GAVA-nı bir təşkilat kimi buraxmaq və partiyanın gənc üzvlərini Ana Vətən Partiyasının Gənclər Təşkilatı ətrafında birləşdirmək haqqında qərar qəbul olundu.
Bu gün Partiyanın üzvü olan gənclər ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edir, mübariz xarakterləri ilə gəncliyə nümunə göstərirlər.

Fəaliyyətin digər sahələri
Ana Vətən Partiyası cəmiyyətin sosial-iqtisadi həyatında çoxşaxəli humanitar və sosial yönümlü fəaliyyəti ilə fərqlənməkdədir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Ana Vətən Patriyasının sədri Fəzail Ağamalı deputat seçildiyi seçki dairəsində yaşayan əhalinin sosial problemlərinin həll olunmasında fəal iştirak edir. F.Ağamalı istər Milli Məclisin tribunasından, istərsə də icra strukturlarının rəhbərləri ilə görüşlərində seçildiyi regionun problemlərini qaldırmış və bir çox hallarda onların ortadan qaldırılmasına nail olmuşdur.
Kimsəsiz uşaqlar F.Ağamalmın hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycanın müxtəlif regionlarında yerləşən uşaq evləri həm F.Ağamalı, həm də onun birbaşa tapşırığı ilə digər partiya fünksionerləri tərəfindən daima ziyarət edilmişdir.
Ölkələrinə hər zaman nüfuz qazandıran peşə sahiblərindən biri də idmançılardır. Məhz onların uğurları nəticəsində ölkələrin bayraqları yüksəklərə qaldırılır. Buna görə idmançılar hər zaman Ana Vətən Partiyasının və onun sədri F.Ağamalmm diqqətində olmuşdur. Uğurlar əldə etmiş gənc idmançılarla yanaşı veteran idmançılar da diqqətdən kənarda qalmamışdırlar. Vaxtaşırı veteran idmançılarla görüşən F.Ağamalı onlara Azərbaycana qazandırdıqları uğurlara görə təşəkkürünü bildirmişdir.
Qeyd olunanlar sosial yönümlü fəaliyyətin kiçik bir hissəsidir və bu siyahını xeyli uzatmaq ola