manşet Partiya Xəbərləri

Koronavirusa qarşı maariflənmə davam edəcəkdi

Millət Vəkili Fəzail Ağamalının təşəbbüsü ilə Salyan – Neftçala rayonlarında maariflənmə davam etdirilir. 24 İyun 2020 – ci il tarixdə Fəzail Ağamalının köməkçisi Xidmət Orucov Neftçala rayonunun Şorkənd, Beştalı, Cəngən, Qaraqaşlı, Bala Surra, Ərəbqardaşbəyli, Asaği Surra kəndlərində zəruri səbəbdən bayıra çıxan insanlara Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyələrini – sosial məsafənin qorunması, maskadan istifadə və gigiyena qaydalarına riayətin vacibliyini diqqətə çatdırmış, onlara maska və əlcək paylanmışdır. Neftçala rayon kəndlərində aparılan maariflənmədən bəzi görüntüləri sizlərə təqdim edirik.
Koronavirusa qarşı maariflənmə davam edəcəkdir.