manşet Sədr müşaviri

Günay Ağamalı Humanitar və Kommunikasiya məsələləri üzrə müşavir

Günay Fəzail qızı Ağamalı-1983-cü il fevral ayının 11-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Bakı şəhəri, N.Nərimanov rayonu, 36 saylı orta məktəbə getmiş, 2000-ci ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə Qərb Universitetinin Dilşünaslıq fakultəsinin ingilis dili ixtisasına daxil olmuş, 2004-cü ildə həmin Universitetin İngilis dili – Tərcümə ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq üzrə magistr pilləsinə daxil olmuş, 2006-cı ildə həmin Universitetin İngilis dili üzrə tərcümə ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ilin Oktyabr ayında Azərbaycan Dillər Universiteti Yunesko kafedrasına mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. 2009-cu ilin Mart ayından Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmalar Mərkəzinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 2011-ci ildə “BUTA” körpələr evi – uşaq bağçasında müdir əvəzi işləmişdir. 2012-ci ilin Noyabr ayında Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmalar Mərkəzində tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. 2012-ci ilin Noyabr ayında “BUTA” körpələr evi – uşaq bağçasına müdir vəzifəsinə qəbul olunmuşdur. Hal – hazıradək bu vəzifədə çalışır. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidənhazırlanma Təhsili üzrə praktik psixoloq ixtisasını almışdır. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş və “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji keyfiyyətləri” mövzusunda dissertasiyanı müdafiə şurasına təqdim etmişdir.. 2014-cü ildən Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvüdür. 2014-cü ildə Ümumrusiya Peşəkar Psixoterapiya Liqası tərəfindən Konsultantlıq üzrə akreditasiya olunmuşdur. 2014-cü ildə Ümumrusiya Peşəkar Psixoterapiya Liqası tərəfindən Konsultant sertifikatını almışdır. 2015-ci il 7-10 İyulda Milanda keçirilən Psixologiya üzrə Avropa Konqresində Azərbaycanı təmsil edən qrupda olmuşdur. 2018-ci ildə “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyini təsis etmişdir. Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri mövzusunda onlarla elmi məqalənin və tezislərin müəllifidir. Müxtəlif nominasiyalar, fəxri fərmanlara layiq görülmüşdür. Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviridir. 3 övlad anasıdır. Qızı – Həsənova Nigar Azər qızı 11 Fevral 2005-ci ildə Bakı şəhərində anadan olub. Qızı – Həsənova Leyla Azər qızı 04 Sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Oğlu – Həsənov Ruslan Azər oğlu 24 İyul 2009-cu ildə Bakı şəhərində anadan olub.