manşet Manşetüstü Partiya Xəbərləri

İyul ayının 16-da Türkiyənin kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər şəhid olub

Demokrat.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu hadisə ilə Türkiyəyə başsağlığı verib.

Başsağlığında deyilir:

“İyul ayının 16-da qardaş Türkiyənin Van şahərində kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin Artos dağına çırpılmsı nəticəsində baş verən qəza zamanı 7 nəfər şəhid olub.

Baş verən hadisədən dərin sarsıldığımı bildirir, vəfat edən Türk qardaşlarımıza Tanrıdan rəhmət diləyir, şəhidlərin ailələrinə, Türk xalqına dərin hüzünlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

18 İyul 2020-ci il