Əziz bacı və qardaşlarım!
Müsəlman aləmində ən müqəddəs bayramlardan bir olan Qurban bayramı münasibətilə Azərbaycan Xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm.
Bu günlər ölkəmizin hər yerində Uca Tanrının adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı üçün dualar edilir.
Uca Tanrımız xalqımıza dövlətçiliyimiz və milli-mənəvi dəyərlərimiz ətrafında daha sıx həmrəylik qismət etsin. Amin!
Bayramınız mübarək!
Hörmətlə,
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət vəkili