manşet Müsahİbə və Açıqlamalar

FƏZAİL AĞAMALI: “İLK NÖVBƏDƏ TİKİNTİ SEKTORUNDA İŞLƏRİN BƏRPASINA EHTİYAC VAR”

“Biz imkansız ailələrin hər zaman yanında olmalıyıq. Karantin qaydalarına əməl etməklə ayrı-ayrı müəssisələrin fəaliyyətinə imkan yaradılmalıdır”.
Deputat Fəzail Ağamlı bu fikirləri parlamentdəki büdcə müzakirələrində, hökumət üzvlərinə xitabən söylədi. Deputat əlavə etdi ki, bu istiqamətində addımların atılması həm dövlətin yükünü azalda, eyni zamanda psixoloji gərginliyi aradan qaldıra bilər.
F.Ağamalı dedi ki, ilk növbədə tikinti sektorunda işlərin bərpasına ehtiyac var. Həmçinin tikinti materiallarını istehsal edən müəssisələrdə də işlərin bərpası yaxşı olar. Deputat ardınca dedi ki, iri ticarət mərkəzlərinin də açılması zərurəti var.

Musavat.com” saytı
E.Paşasoy
05 Avqust 2020-ci il