manşet Müsahİbə və Açıqlamalar

Bu gün, 24 noyabr ölkəmizin ictimai-siyasi həyatında önəmli bir yerə və sözə sahib Ana Vətən Partiyasının siyasətimizə doğulduğu təqvimdir

“Hərb meydanından qalib çıxan, sabahın daha güclü Azərbaycanı üçün eyni duruşa yenə davam edəcəyik”


Bu gün, 24 noyabr ölkəmizin ictimai-siyasi həyatında önəmli bir yerə və sözə sahib Ana Vətən Partiyasının siyasətimizə doğulduğu təqvimdir. Bəli, məhz 24 noyabr 1990 – cı ildə gələcək müstəqil Azərbaycanın siyasi həyatının müxtəlif dönəmlərində öz sözünü deyəcək, sonrakı dönəmlərdə rəqib və ya tərəfdaş, müxtəlif siyasi düşüncələrə sahib aydınlar, siyasətçilər tərəfindən Ana Vətən Partiyası dövlət və dövlətçiliyə sədaqətli bir partiyadır kimi fikirlə şərəfləndiriləcək bir siyasi təşkilatın 30 illik yubileyidir.
Şəxsim olaraq yeniyetmelik çağlarımdan sempatizanı olduğum, sonra isə sıralarında təmsil olunduğum bu təşkilatın və onun lideri Fəzail Ağamalının gənc Respublikanın gənc vətəndaşının gələcək düşüncələrində dövlət, millət, dövlətçilik kimi məvhumları qavramasında nə kimi önəmli bir yerə sahib olduğunu etiraf etmək mənim üçün danılmaz bir həqiqətdir.
Qeyd etmək yerinə düşər ki, bu 30 illik siyasi keçmişdə, partiya tarixində ölkə əhəmiyyətli müxtəlif içərikli mövzularda fərqli görüşlərə sahib opponentlər tərəfindən, zaman göstərdi ki, Ana Vətən Partiyası, onun sədri Fəzail Ağamalı bu məsələdə haqlı idi… və.s bu səpkili fikirləri eşitmək, rəqiblərimizin həqiqətlərimizi qəbul etməsinə şahidlik etmək mənim üçün ayrıca bir qürur tablosudur.
Düşüncələrimizdə, fikirlərimizdə eyni əzimlə, eyni inadla yenə də israrçıyıq. Ona görə ki, bu bir dövlətçilik məsələsidir. Çünki, bu bir müstəqillik, var olmaq, yaşamaq, haqq ədalət məsələsidir.
Şəxsi və partiya maraqlarında mənfəətçilik etmədik. Bu xalqın, bu dövlətin ən güclünü haqq etdiyinə inandıq, inandırdıq. Bu günün aktual mövzusu “44 günlük müharibə və qələbə” də düşüncələrimizdə nə qədər haqlı olduğumuza bir daha əmin olduq. Hərb meydanından qalib çıxan Azərbaycan üçün, sabahın daha güclü Azərbaycanı üçün eyni duruşa yenə davam edəcəyik. Həqiqətin sırasında saf tutmağa, ədalətin olduğu yerdə dayanmağa, gücümüzə güc qatacaq ƏN GÜCLÜNÜN yanında yer almaq. Budur Ana Vətənin davası. Davan müqəddəs, uğurların bol, ömrün uzun olsun ANA VƏTƏN!
Rəşadət Yaqublu
AVP Ali Məclisinin sədri