manşet Rəsmi Xəbərlər Xəbərlər

ulu öndər Heydər Əliyevin anım günüdür.

12 Dekabr Azərbaycan xalqının taleyüklü məsələlərin həllində müstəsna xidməti olan ümummilli lider, ulu öndər Heydər Əliyevin anım günüdür.
Tarixi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyev taleyin qisməti ilə 12 Dekabr 2003 – cü ildə öz sevimli xalqından cismən ayrılmışdır.
Misilsiz əməlləri ilə xalqın sevgisini qazanan Ulu Öndər Heydər Əliyev illər ötsədə qədir bilən Azərbaycan Xalqının qəlbində unudulmaz lider olaraq yaşayacaqdır.
Ümummilli liderimizə Ulu Tanrıdan rəhmət diləyirəm.
Fəzail Ağamalı,
Millət Vəkili
Ana Vətən Partiyasının sədri
12 Dekabr 2020 – ci il