manşet Müsahİbə və Açıqlamalar

Türk ordusunun Qarabağda harda olacağı açıqlandı – Fəzail Ağamalı ilə “Canlı debat”

Vətən uğrunda savaşımız davam edir. Azərbaycan davası nəsillərdən nəsillərə ötürülür. Son dəqiqə xəbərlərindən biri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türk ordusu ilə bağlı dedikləridir. Nazir türk əsgərinin Qarabağda harda dayanacağı, harda təmsil olunacağını açıqladı və bu məsələyə Azərbaycanın qərar verəcəyini dedi. Bu ciddi mesaj kimə ünvanlanmışdı?
Qarabağda atəş səsləri: Azərbaycan Ordusu antiterror əməliyyatlarını davam etdirir.
Azərbaycan silahlı qüvvələri, o cümlədən də digər qurumlarımız işğaldan azad edilən torpaqlarda təmizləmə və anti-terror əməliyyatları başladıb. Xüsusi ilə də Hadrut, Xocavənd, Şuşa rayonlarının inzibati ərazilərində, meşə və dağlarda gizlənmiş erməni terrorçuları ərazidən çıxarılır, bölgə təmizlənir. Bu proses Ermənistanı yenidən qarışdırıb. Rusiya sülhməramlılarına güvənərək, uduzduqları müharibənin revanşı yerinə planlaşdırdıqları gülünc ”partizan hərəkatı” Ermənistan hərbi elitasının və Dağlıq Qarabağdakı oyuncaq xuntanın öz başında çatladı. ”Partizan” yerinə meşəyə doldurduqları erməni silahlıları soyuqdan göyərmiş halda, sosial mediada yayılan çoxsaylı videolarda ”Qarabağ Azirbidjan”, deyirlər və yalvarıcı nəzərlərlə kameraların obyektivlərini yalayırlar. Ermənistan silahlı qüvvələrinin ikinci dəfə rəzil olmaları prosesini izləməkdəyik. Artıq Paşinyan da, Araik Aryutunyan da istefaları barədə danışır, buna hazırlaşırlar. Müharibəni uduzdular, revanş isə sadəcə, alınmadı. Ermənistana bağlı silahlı quldurlar silahları təhvil verərək, sürü ilə Qarabağı tərk edirlər. Onların böyük bir hissəsini Rusiya sülhməramlıları mühasirədən çıxardıb. Kifayət qədər böyük bir bölümü isə qaçıb, aradan çıxıblar. Yoxdurlar! Bütün Ermənistan və Qarabağdakı quldur rejimi onları axtarır. Onlarsa yoxdur. Söhbət 170 civarlnda silahlı quldurdan gedir. Görünür, bölgədən qaçıb, Ermənistanda gozlənirlər ki, kimsə bunları yenidən orduya cəlb edə bilməsin. Başqa versiyalar, iddialar da var. Lakin Azərbaycan Ordusu və digər rəsmilər aşıqlama verməyincə bu iddiaları səsləndirmək iztəməzdik.
Rusiya ilə münasibətlər – bu, yalnız Azərbaycanamı lazımdır? Rusiya sülhməramlılarının bölgədəki son davranışları Rusiya prezidenti V. Putinin 44 günlük müharibə zamanı tutduğu tərəfsiz mövqeyə və bu mövqe sayəsində Azərbaycanda qazandığı yüksək reytinqə zərər verir. Son 28 ildə ilk dəfə idi ki, Bakıda xalq kütlələri tərəfindən Rusiya bayraqları da küçələrdə dalğalandırılırdı. Buna etiraz edənlər də vardı; lakin dəstəkləyənlər, təqdir edənlər, haqq verənlər də çox oldu. Rusiya Azərbaycandakı imicini düzəltmək yolunda böyük bir nəticə əldə etmişdi. Son bir həftədə o nəticə ciddi zədə alıb. Bu, Rusiyanı, onun ideoloqlarını heçmi narahat etmir? Azərbaycan bütün etnik-dini topluluqların, konfessiyaların rahat yaşadığı ölkədir. Burada bütün dinlərin ibadətgahları var. Xüsusən də ruslar Azərbaycanda öz evlərindədirlər. Ermənistanda bir ədəd də olsa rus kəndi, rus məhəlləsi yoxdur, rus məktəb və mədəniyyəti yox kimidir, Rusiya və ruslara üsyan püskürən, söyüş söyən insanlar hazırda İrəvanın küçə və meydanlarında nifrin qusurlar…Azərbaycanda isə tam tərsinədir. Paytaxt Bakıda, Sumqayıt və Gəncədə, İsmayıllıda 100 minlərlə ruslar yaşayır, rus kəndləri, rus mədəniyyəti, rus məktəbləri ən yüksək səviyyədə təmsil olunur. Qarışıq nigahlar, Rusiya ilə əlaqələr… Bir sözlə, Rusiya daha çox Azərbaycandadır, nəinki Ermənistanda. Lakin nədənsə, iş siyasi münasibətətlərə gələndə, Rusiya hər zaman rus dostu Azərbaycanın deyil, rus düşməni Ermənistanın yanında olur. Niyə? 1-ci Pyotrdan qalan bu anormal yanaşma niyə hələ də aktualdır və Rusiya siyasi-mədəni elitasından səslənən sağılam çağırışlara rəğmən davam edir.
Türkiyə silahlı qüvvələri Azərbaycanda! Öncə minaaxtaranlar olsa da, fakt baş verdi! Türk Ordusu Azərbaycana daha 136 sapyor göndərdi – bundan əvvəl də göndərmişdi. Sapyorlar hazırda əsasən hansı bölgələrmizdə çalışır? Qardaş ölkənin Müdafiə Nazirliyi Azərbaycanda sapyor hazırlayacaq mərkəzin yaradılacağını bildirmişdi. Bu mərkəz qurulubmu və problemin kardinal həllini nə dərəcədə sürətləndirəcək? Bir peşəkar sapyor nə qədər vaxta hazırlanır?