Gündəm manşet Müsahİbə və Açıqlamalar Rəsmi Xəbərlər

Zati – Aliləri, Möhtərəm, Cənab Prezident!

Sizi Doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm can sağlığı, ailə səadəti, çətin və olduqca şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Bütün varlığınızla Azərbaycana bağlılığınız, xalqımıza fədəkar xidmətinizlə, Azərbaycanın müstəqil və hüququ dövlət olduğunu bütün siyasi arenalarda dünya ictimaiyyətinə sübut etməyinizlə, qətiyyətiniz və dəmir iradənizlə, yüksək intelekt və unikal bacarığınızla hər bir Azərbaycanlının qürur mənbəyi, sevimli və alternativsiz liderisiniz.
Möhtərəm, Cənab Prezident!
Sizin Dəmir Yumruğunuzla rəhbərlik etdiyiniz Müzəffər Ordumuz və vətənpərvər xalqımızla 44 günə xalqımızın 30 illik yurd həsrətinə son qoydunuz, erməni faşizmi üzərində tarixi qələbə qazandınız.
Siz zədələnən qürurumuzu və milli mənliyimiz millətimizə qaytaran fenomenal tarixi şəxsiyyətsiniz. Sizinlə fəxr edir, qürur duyuram.
Bir daha doğum gününüz mübarək!
Əbədi olaraq Ulu Tanrının pənahında olasınız. Amin!
Fəzail Ağamalı
Millət Vəkili,
Ana Vətən Partiyasının sədri
24 Dekabr 2020-ci il