manşet Müsahİbə və Açıqlamalar

“Azərbaycanda koronavirus testlərinin qiyməti digər ölkələrə nisbətən bahadır

Bu səbəbdən bəzi vətəndaşlar müəyyən simptomlar hiss etsələr də, test etdirə bilmirlər. Nəticədə potensial virus daşıyıcısı insanlar arasında sərbəst şəkildə gəzərək, digərlərini də yoluxdurur”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O, ölkəyə koronavirus testlərinin gətirilməsində rəqabət mühütinin yaradılmasına ehtiyac olduğunu bildirib:
Milli Məclisdə də bu məsələni müzakirə üçün qaldırmışdıq. Ölkəyə testlərin gətirilməsi artırılarsa, rəqabət mühüti formalaşar və nəticədə qiymətlər də nisbətən aşağı olar. Qiymətlərin aşağı olması testlərin daha əlçatan olmasına gətirib çıxarar. Hazırda gün ərzində təxminən 15-20 min test aparılır ki, bu da çox azdır. Düşünürəm ki, gün ərzində 100 min test keçirilməlidir ki, biz hazırki vəziyyəti düzgün dəyərləndirə, analiz edə bilək. Ola bilsin ki, test sayını özləri aşağı edir. Bu zaman da belə bir fikir yaranır ki, vəziyyət nəzarət altındadır, yoluxma o qədər də çox deyil. Bütün bunların qarşısını almaq üçün mütləq test qiymətlərini aşağı salmaq lazımdır”.
“Redaktor.az” saytı
Mahir Xəttab
24 Dekabr 2020-ci il