Gündəm manşet Xəbərlər

Sizi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bizi daha böyük qələbələrə aparan milli həmrəylik günümüz mübarək!

Dövlətçiliyimizin bütün sahələrində olduğu kimi, dilimizin, mədəniyyətimizin, adət – ənənələrimizin, tariximizin yaddaşlarda yaşadılması və gələcək nəsillərə ötürülməsi, Dünya Azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi siyasəti bu gün möhtərəm Cənab Prezidentimiz İlham Əliyev və birinci Xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilməkdədi. Bütün bunlar Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızda böyük fərəh və qürur hissi yaradır.
Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz yola salmaqda olduğumuz 2020 – ci ili Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk etdirdi. 200 il himayədarlarının hərtərəfli köməyilə üzərimizə gələn, tarixi torpaqlarımızı işğal edib saxta dövlət yaradan, 30 il əzəli torpaqlarımız olan Qarabağ və onun ətrafındakı ərazilərimizi işğal altında saxlayan erməni faşizmi üzərində Cənab Prezidentimiz Dəmir yumruğu ilə 44 günə möhtəşəm qələbə qazandı, qurduğu müzəffər ordu ilə, formalaşdırdığı vətənpərvər cəmiyyətlə, sevgi, inam, etibar qazandığı xalqımızla.
Əziz soydaşlarımız!
Sizi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bizi daha böyük qələbələrə aparan milli həmrəylik günümüz mübarək!
Fəzail Ağamalı,
Millət Vəkili
Ana Vətən Partiyasının sədri.
31 Dekabr 2020 – ci il.