manşet Manşetüstü Müsahİbə və Açıqlamalar

Millət vəkili: Şəhid ailələrinin istəyi nəzərə alınmalıdır

Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, şəhid qəbirlərinin su basması ilə bağlı problemi aradan qaldırmaq üçün təcili addımlar atılmalıdır:
“Mənim məsələdən xəbərim var. Çox arzulayardım ki, onlar normal yerə köçürülsün və dəfn olunsun, narahatçılıq aradan qaldırılsın. Çünki onlar vətən uğrunda qan töküb, şəhid olublar. Düşünürəm ki, şəhidlərimizə də qayğı göstərilməlidir. Hansısa səbəbdən onlar orada dəfn edilib. Müxtəlif rəylər və səbəblər var. Ancaq bir halda ki, orada həqiqətən problem var, qəbirləri su basır, yerini dəyişmək lazımdır. Lap belə mümkün olsa, yeni salınan şəhidlər qəbiristanlığında dəfn ounsunlar. Düşünürəm ki, bunu etmək lazımdır”.