manşet Müsahİbə və Açıqlamalar

Fəzail Ağamalı: “Bu sənəd “iki dövlət bir millət” konsepsiyasına söykənir”

Fəzail Ağamalı: “Bu sənəd “iki dövlət bir millət” konsepsiyasına söykənir”
“Türkiyə və Azərbaycan arasındakı bu sənəd ulu öndər tərəfindən əsası qoyulmuş “iki dövlət bir millət” konsepsiyasına söykənir”. “Olaylar” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlametin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Deputat 2020-ci ilin dünyaya bəla gətirdiyini vurğulayıb: “Buna baxmayaraq, biz ötən ildə ciddi uğura imza atdıq.Torpaqlarımizin bir hissəsini işğaldan azad etdik. Münaqişəyə nöqtə qoyduq. ATƏT-in edə bilmədiyini özümüz etdik”.
Fəzail Ağamalı Türkiyə ilə Azərbaycan arasında bağlanan anlaşma memorandumunun ciddi sənəd olduğunu deyib: “İki dövlətin uzun zamandan bəri davam edən əlaqələri və informasiya müharibəsində imkanlarimizi inkişaf etdirmək potensiali verir. Türkiyə mediası həm arxa, həm də ön cəbhədə yanımızda idi. Təkcə türk oxuculari üçün deyil, dünya üçün də həqiqətləri nümayiş etdirirdi. Bu sənəddə qarşıya qoyulan işləri ratifikasiya edəcəyik. 6 millətin bir dövlətə çevrilməsi prosesi gedir”.
Olaylar.Az
01 Fevral 2021