manşet Müsahİbə və Açıqlamalar

Deputatlar hansı yazarları oxuyur? – “Özümü “intelligent” kimi göstərənlərdən deyiləm” – BİZİM SORĞU

“İnternet və televiziyalar kitaba marağı azaldıb” – bu fikir nə qədər məntiqli səslənsə də, mütaliəni sevənlər üçün bir az da bəhanə kimi görünür.

Çünki oxumaq istəyənlər, istər ənənəvi üsulla, istərsə də elektron kitablardan oxuyurlar.

Mediadan tanıdığımız siyasi ekspertlər, yerli yazıçılardan kimləri oxumağa üstünlük verir?

Cebhe.info bununla bağlı sorğu aparıb.

Deputat Fəzail Ağamalı bildirib ki, son zamanlarda onun diqqətini çəkən gənc yazarlar yoxdur:

“Açığı, son vaxtlar diqqətimi çəkən elə bir yazar olmayıb ki, əsərini oxuyum. Daha çox xoşladığım Anarın və İlyas Əfəndiyevin üslubudur. İstisna etmirəm ki, həqiqətən maraqlı əsərləri olan yazıçılarımız var. Ancaq bunun bilinməsi üçün hansısa təqdimat olunmalı və ya ayrı-ayrı saytlarda bununla bağlı yazılar getməlidir ki, bilək. Ayda bir neçə dəfə kitab mağazalarına gedirəm, satıcılardan soruşuram ki, bizim yazarlardan kimlərin kitabına tələbat çoxdur, onlar da buna cavab verə bilmirlər. Hətta istərdim televiziyalarımızda da insanları kitab oxumağa təşviq edən, maraq doğuran proqramlar, reklamlar olsun. Bunu canlandırmaq lazımdır”.