manşet Müsahİbə və Açıqlamalar

Ana Vətən Partiyasının B Ə Y A N A T I

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətinin tarixi 19-cu əsrdən başlayır. 1813-1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə xalqımızın və ərazi bütövlüyümüzün parçalanmasının, soyqırıma məruz qalmasının əsası qoyuldu.
Əsrlər boyu himayədarlarının hərtərəfli köməyilə Azərbaycan ərazisində məskunlaşan ermənilər “Mifiq Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya, soyqırımlar həyata keçirtmişlər.
Xalqımıza qarşı törədilən ən dəhşətli soyqırım aktı 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri və Bakı ətrafı kəndlərdə, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində törədilmişdir.
1988-ci ildən 1993-cü ilə qədər erməni faşistlərinin azərbaycanlılara qarşı daha dəhşətli soyqırım kompaniyası başladı, xalqımız Bəşəri cinayət olan Xocalı faciəsi yaşandı, yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edildi və minlərlə vətəndaşımız vəhşicəsinə qətlə yetirildi.
Nəhayət, erməni vandalizminə və işğalına son qoymaq üçün Xilaskar və Müzəffər sərkərdə, Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyilə igid Silahlı Qüvvələrimiz öz missiyasını 44 günlük “Dəmir Yumruq” əməliyyatılə başa çatdırdı.
Dünya erməniliyinin Türk millətinə qarşı törətdikləri vandalizmin tarixi intiqamı alındı, saxta Ermənistan “dövləti”nə ağır, ölümcül zərbələr vuruldu, xalqımızın təhlükəsizliyi əbədi olaraq təmin olundu.
Ana Vətən Partiyası erməni barbarları tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyir, Dünya erməniliyinin vəhşiliklərini lənətləyir və xalqımızı bütün zamanlarda dövlətçiliyimiz ətrafında yumruq kimi birləşməyə səsləyir.
Ana Vətən Partiyasının
Mərkəzi Şurası
31 Mart 2021-ci il