manşet Müsahİbə və Açıqlamalar

“MOSKVA AYDINLIQ GƏTİRMƏLİDİR, MÜNASİBƏTLƏRDƏ CİDDİ ÇATLAR YARANAR”

“Azərbyacan Prezidenti Hacıqabula səfəri zamanı AzTV-yə müsahibəsində rayonda həyata keçirilən iqtisadi layihələrin icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə reallaşacaq iqtisadi layihələr, həm də Azərbaycanı narahat edən “İsgəndər-M” raketi ilə bağlı yaranan məsələyə toxunaraq ciddi açıqlamalar verdi. Cənab Prezident açıq şəkildə mövcud vəziyyəti Azərbaycan xalqının diqqətinə çatdırdı. Ölkə başçısı doğru olaraq qeyd etdi ki, Azərbaycan Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İki dövlət arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Lakin Azərbaycan tərəfinin “İsgəndər-M” raketi ilə bağlı Rusiyanın verdiyi cavab qanedici deyil və dolayısı ilə bu cavabdan imtina etmək xarakteri daşıyır. Bu da əlbəttə ki, Rusiyanın Azərbaycana qarşı səmimi münasibət sərgiləmsənin göstəricisidir”.
Bunu “Ölkə.Az”a açıalamasında millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkilininin sözlərinə görə, Rusiya belə bir münasibət sərgiləməklə strateji əməkdaşlığın ruhuna uyğun olan münasibət ortaya qoymur.
“Rusiya tərəfinin “İsgəndər-M” raketi ilə bağlı aydınlıq gətirməsi daha məqsəduyğun olardı. Əgər Rusiya bu cavabı verməzsə, gec-tez Azərbaycan rəsmi şəkildə hansısa bir səviyyədə məsələyə tam aydınlıq gətirəcək. Azərbaycan tərəfi malik olduğu informasiyanı xalqı ilə bölüşəcək. Çünki “İsgəndər-M” raketi Rusiyanın daxili tələbatı üçün nəzərdə tutulub və onun ikinci bir ölkəyə satılması qadağandır. Prezidentin də dediyi kimi ya bu beynəlxalq hüququn tələbləri kobud surətdə pozularaq qeyri-qanuni və yaxud da qaçaq yolla Ermənistan verilib. O baxımdan da hər iki halda Rusiya istehsalı olan raketin erməni faşistlərinin əlinə keçməsi və ondan istifadə etməsi beynəlxalq səviyyəli hərbi cinayətdir. Rusiya bunun üstünü nə qədər ört-basdır etməyə çalışsa da, bu, Kremlin imicinə olduqca ağır zərbə olacaq”, – millət vəkili qeyd edib.
Rusiya mediasının guya “İsgəndər-M” raketlərinin Türkiyə və Azərbaycan Suriyadan gətirərək Şuşaya qoyması və daha sonra Hərbi Qənimətlər Parkında sərgiləməsi ilə bağlı fikirlərə aydınlıq gətirən millət vəkili bildirib ki, bu çox böyük məsuliyyətsiz yanaşmadır: “Azərbaycanla Türkiyə kimi niyyətində ciddi dövlətlərə qarşı bu cür yanaşa idiotizm, avantüradır. Bunun başqa adı yoxdur. Bu çox böyük təəssüf doğurur. Rəsmi Moskvanın məsələyə aydınlıq gətirməməsi Azərbaycanla Rusiya arasında münasibətlərə gələcəkdə ciddi çatlar yarada bilər”.
“Ölkə.az” saytı
Mürtəza
21 Aprel 2021-ci il