manşet Müsahİbə və Açıqlamalar

“Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi bir səhvdir

O, bu bəyanatla ədalətin, haqqın deyil, saxtakarlığın və qərəzin yanında olduğunu, onun müdafiəçisi olduğunu nümayiş etdirdi”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, qondarma “erməni soyqırımı” zaman-zaman anti-türk dairələrinin əlində Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi olub: “Təəssüf ki, bu, indi də davam etməkdədir. Keçən yüzilliyin 60-cı illərində düşünülmüş şəkildə sovet imperiyasının Türkiyəyə qarşı start verdiyi ideoloji və siyasi təzyiq vasitəsi kimi bu avantürist anlayış son illər qərb dövlətlərinin, o cümlədən ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq vasitəsindən başqa bir şey deyil”.
Partiya sədri bildirib ki, Bayden bu ifadəni işlətməklə öz avtobioqrafiyasına daha bir ləkəni vurmuş oldu: “Bəlli olduğu kimi o, Azərbaycana qarşı keçən əsrin 90-cı illərin əvvəllərində 907-ci düzəlişin müəlliflərindən biridir. Tam əminəm ki, bu və buna bənzər sərsəm ifadələr zərrə qədər qardaş Türkiyənin siyasi xəttinə və beynəlxalq nüfuzuna təsir göstərməyəcək. Azərbaycan da hər zaman öz qardaşının yanındadır və yanında olacaq”.
Report.az
24 Aprel 2021 – ci il