manşet Müsahİbə və Açıqlamalar

04 İyun 2021- ci ildə Milli Məclisin deputatı Fəzail Ağamalının

CBC TV kanalına verdiyi müsahibəni təqdim edirik
Bizimlə telefon bağlantısında Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Fəzail Ağamalıdır.
– Fəzail müəllim xoş gördük Sizi.
– Salam. Xoş gördük. Axşamınız xeyir.
– Fəzail müəllim baxmayaraq ki, Qarabağda artıq biz bilirik ki,
müharibə bitib, lakin biz terror aktlarının mülki və günahsiz
insanların həlak olduğunun hələ də şahidiyik. Ümumiyyətlə, bu
vəziyyətdə necə davranmalıyıq. Və bu kimi hadisələrə, bu kimi hallara
dünya ictimaiyyəti, dünya birliyi necə reaksiya göstərməlidir?
– Bu fakt bir daha Ermənistan vandallığının, barbarlığının və
vəhşiliyinin ifadəsi kimi qiymətləndirilməlidir. Və bəlli olan odur
ki, Ermənistan – Azərbaycan və Rusiya prezidentilə bərabər bağlanmış
olan həmin bəyannamənin şərtlərinə əməl etmək niyyətində deyil. O,
bölgəyə sülhün gəlməsində maraqlı deyil və ən müxtəlif yollarla
Azərbaycana qarşı təxribatlarını, avantüralarını davam etdirməkdədir.
Son hadisə təbii ki, hər birimizdə dərin təəssüf doğurmur eyni zamanda
böyük qəzəb yaradır. Və Ermənistanın Azərbaycana qarşı barışmaz
düşmənçilik münasibətini ortaya qoyur. Həm də təəssüf doğuran odur ki,
narahatçılıq doğuran odur ki, Ermənistanın minalanmış ərazilərin
xəritəsinin verilməməsi ilə bağlı tutmuş olduğu mövqe Minsk Qrupunun
həmsədrləri tərəfindən və Beynəlxalq Təşkilatlar tərəfindən
qınanılmır. Ona qarşı sərt mövqe nümayiş etdirilmir. Makron Paşinyanı
qucaqlayıb bağrına basanda onu yersiz – haqsız müdafiə edəndə,
Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirəndə, içində əgər
insanlığa, bəşəriyyətə bağlı bir hiss varsa, o deməliydi ki, sən
istəyirsən ki, sülhün təhlükəsizliyin içərisində yaşayasan, bunu get
Azərbaycanla bərabər danışıqlarda eyni sülh mövqeyi nümayiş etdir,
minalanmış ərazilərin xəritəsini ver və özündə bir dövlət kimi yaşa və
bəşəriyyətə, insanlara da ziyan gətirmə. Və bunu etmir. Ermənilər də
öz himayədarlarına söykənərək bu cür vəhşliklərinə davam edirlər. Ona
görə də əlbətdə bizim bütün mənalarda Beynəlxalq təşkilatlara, ATƏT-in
Minsk Qrupunun həmsədrlərinə ciddi bəyanatlarla fikirlərimizi ifadə
etməliyik. Beynəlxalq təşkilatlara qəti mövqeyimizi ifadə etməliyik və
Ermənistanın bu mövqeyini qəti şəkildə, təbii ki, adekvat olaraq
cavabını verməklə pisləməliyik.
Və biz bir daha yəqin etməliyik ki, Ermənistan məğlub olmasına
baxmayaraq hələ də düşmənçilik mövqeyindən əl çəkməyib. Ona görə də
hərbiçilərimiz onların atmış olduğu bizə qarşı hər hansı bir addıma
daha qətiyyətlə cavab verməlidir.
Biz Xarici İşlər Nazirliyi səviyyəsində, siyasətçilər səviyəsində,
dövlət başçısı səviyyəsində hər kəs öz işini dediyi kimi, Silahlı
Qüvvələrimiz də bir daha özünün iradəsini ortalığa qoyub ermənilərə
ciddi necə deyərlər zərbələr vurmalıdır. Mən düşünürəm ki, bu
ərazilərə minaların yerləşdirilməsi son vaxtların bəlkədə bir hərəkəti
ola bilər.
– Fəzail müəllim, çox üzr istəyirəm sözünüzü kəsirəm. Sözünüzə
qüvvət. Bir neçə gün öncə biz bilirik ki, bir qrup erməni diversiya
qrupu məhz Kəlbəcər istiqamətində saxlanılmışdır.Yəni bu ola bilər ki,
elə bir neçə gün öncə bu diversiya qruplarının yəni erməni elə
təxribatının nəticəsidir.
– Bəli, mən buna daha çox söykənirəm, bu ehtimalı daha çox mötəbər
hesab edirəm. Çünki həmin ərazilər bildiyiniz kimi marşuturlar müəyyən
olunanda icazəli, nəzəri alsaq ki, xüsusi proqram, verliş hazırlayan
bizim çox dəyərli Allah rəhmət eləsin. Ruhları şad olsun.
Jurnalistlərimizin getmiş olduğu marşurut əvvəlcədən bilinir ki, bura
artıq mina deyil, bura yoldur. Burdan hərəkətlər olunur. Bir neçə gün
bundan qabaq və yaxud gecənin bir vaxtında hansısa bir formada ora
yenidən minalanıb.
Deməli, bu bir daha göstərir ki, Ermənistan Azərbaycana qarşı
düşmənçiliyindən əl çəkməyibdir, üstəlik də bu beynəlxalq təşkilatlara
Ermənistanı müdafiə edən qüvvələrə, dairələrə ciddi şəkildə
çatdırılmalıdır və ondan sonra bizim igid əsgər və zabitlərimiz,
qəhrəman sərhədçilərimiz, ermənilərə qarşı sərt tədbirlər görəndə
Makron kimi düşüncəsiz və qərəzli adamlar bizə qarşı hər hansı bir
bəyantla çixiş etməsin. Ona görə mənə elə gəlir ki, biz Ermənistanı
diz çökdürənə qədər, onu Azərbaycanın ərazisini tanımağa məcbur edənə
qədər, sərhədlərimizi möhkəmləndirənə qədər son dərəcə ayıq-sayıq
olmalıyıq və ermənilərdən bu düşmənçiliyi hər zaman gözləməliyik.
Mən düşünürəm ki, bundan sonra da bu düşmənçilik gedəcək. Baxın, Ara
Abramyan nə açıqlama verib? Bilmirəm, oxumusunuz və ya oxumamısınız.
Guya ki, Azərbaycan bu eyforiyanın içərisindədir. Lakin zaman gələcək
Ermənistan öz intiqamını alacaq, darmadağın edəcək və s.
Budur onların Rusiyadakı o disapora rəhbəri – kifayət qədər böyük
maliyyəsi olan və 44 günlük müharibə dövründə bütün pulu ilə
Ermənistana qeyri-qanuni silah daşıtdıran insan. Budur onlar! Budur
onların mahiyyəti. Onun indiki hakimiyyətindən tutmuş, hakimiyyətə
gəlmək istəyən revanşist qüvvələrin hamısı, erməni cəmiyyəti
bütövlükdə lənətlənmiş, zəhərlənmiş düşüncəli, ruhu anti-türk olan
toplum bizə qarşı düşmənçiliyindən əl çəkməyəcək. Biz bunu yaddan
çıxarmalı deyilik.
– Fəzail müəllim, düz qeyd etdiniz. Biz artıq son zamanlar da görürük
müharibədən sonrakı erməni ictimaiyyətində anti-Azərbaycana qarşı
fobiya hökm sürür. Siz ondan öncə qeyd etdiniz ki, böyük güclər
Ermənistanın tərəfindədir- Fransanı, Minsk Qrupunu qeyd etdiniz. Amma
biz görürük ki, yenə də böyük güclər sözdə də olsa sülh
tərəfdarıdırlar. Amma müharibə dövründə də, hazırda da Ermənistan yenə
də təkrarlanan öz təxribatçı əməllərindən əl çəkmir. Baxmayaraq ki,
Ermənistan-Azərbaycan arasında bütün hərbi əməliyyatlara son qoyulmuş,
2020-ci il 10 noyabr tarixli birgə bəyanatın imzalandığı vaxtdan
etibarən Azərbaycan dəfələrlə Ermənistanın minalanmış ərazilərin
xəritələrini verməyi tələb edib. Lakin, Ermənistan bundan imtina edir.
Bəs niyə dünya birliyi Ermənistana təzyiq göstərmir? Yəni əgər sözdə
onlar sülh tərəfdarıdırlarsa, regionda minalanmış əraziləri verməklə,
regionda stabillik, sabitlik, sülh yaranacaq axı?
– Tamamilə, doğru deyirsiniz. Baxın, dünyanın güc mərkəzləri eyni
zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri vermiş olduqları bəyanat və
açıqlamalarda Ermənistanın minalanmış ərazilərinin xəritəsini verməklə
bağlı ona çağırış etmirlər. Və onların bəyanatlarında, açıqlamalarında
bu xüsusi bənd kimi keçmir. Biz bunların içərisində özünü daha
təmkinli, daha bir az necə deyərlər özünü arbitır kimi aparmağa
çalışan Rusiyadır. Mənə elə gəlir ki, Rusiya özünün imkanlarından
istifadə edib, Ermənistanı məcbur etməlidir ki, o, xəritələr
Azərbaycana verilsin ki, bu kimi hallar baş verməsin.
Mənim gümanım belədir ki, əgər bu cür hallar davam edərsə, buna
qətiyyən şübhəm yoxdur. Ermənistan bunun əvəzini ödəməli olacaqdır.
Ola bilsin ki, 2020-ci il 10 noyabr, eyni zamanda 2021-ci ilin yanvar
bəyannamələrinin şərtləri də Ermənistanın günahı ucbatından, revanşist
düşüncələri ucbatından pozulmuş olsun. Və onun həyata keçirilməsi
problemli bir məsələyə çevrilsin. Çünki Ermənistan ən müxtəlif
yollarla həmin bəyanatın müddəalarının həyata keçirilməsinə maneəçilik
törətməyə çalışır. İndi baxın Paşinyan Fransada hansı bəyanatlarla
çıxış edir. Və yaxud da ki, bu gün parlament seçkilərində iştirak
edən, özünü deputat kimi namizədliyini irəli sürən revanşist qüvvələr
– bütün hamısı tək Ter Petrosyandan başqa ağıllı mövqe o sərgiləyir,
o nümayiş etdirir. Düşünür ki, bunların yolu fəlakətdir Ermənistan
üçün.
Hamısı Azərbaycana qarşı düşmənçilik mövqeyindədir. Tamamilə düz
dediniz ki, Azərbaycana fobiya və bütövlükdə bizə qarşı
pataloji-fizioloji-psixoloji düşmənçilik mövqeyi hələ də qalmaqdadır.
Ona görə mənə elə gəlir ki, bəlkədə gələcəkdə Ermənistan-Azərbaycan
arasında bufer zonası yaranmalıdır ki, bufer zonasını bunlar keçə
bilməsinlər. Həm də bu bufer zonası Ermənistanın ərazisində olsun.
Buna çalışmaq lazımdır. Çünki bunlar gecə-gündüz, dağdan-daşdan
keçirlər ən müxtəlif yollarla o minaların biri 7 kq, biri 5 kilodur,
özləri kimi uzunqulağa yükləyib gətirirlər ora, sonra da bizim
insanlara fəlakətlər yaşadırlar. Bu gələcəkdə də gedə bilər. İnanın.
Elə təsirli tədbirlər görmək lazımdır ki, Ermənistan bir də bu cür
addımlar ata bilməsin. İstəsə belə ata bilməsin.
– Fəzail müəllim, Sizcə bu Ermənistanın təxribatlarının, diversiya
qruplarının məqsədi nədən ibarətdir? Aydın məsələdir ki, yolları
minalamaqla güclü bir orduya ciddi bir zərər yetirmək olmaz. Yəni
məqsəd insanlar arasında panika yaratmaqdır. Ya nə?
– Bunlar bilirlər ki, Azərbaycan xalqı bu cür epizodlarla panikaya
düşməyəcəklər. Çünki 44 günlük müharibə zamanı onlar baxın Gəncəyə
xaincəsinə neçə dəfə raketlər atdılar. Deməli, dinc insanları qətlə
yetirdilər, eyni şəkildə Tərtər, necə deyərlər İkinci Dünya
Müharibəsinin Stalinqradına çevrildi. Bərdə də eyni şəkildə,
kəndlərimiz. Və biz panikaya düşmədik. Əksinə, bizə təzyiq olduqca,
biz daha iradəli, daha qətiyyətli, düşmənə qarşı daha barışmaz olduqca
cəmiyyət xalq olaraq, dövlətimizin ətrafında daha ciddi şəkildə
birləşdik, manolit olduq. Və bu bizim qələbəmizi təmin edən vacib
şərtlərdən biri oldu. Bu panika deyil. Bu sadəcə olaraq ermənilərin
xislətidir. Bu ermənilərin xainliyidir. Bu ermənilərin mahiyyətindən
doğan eybəcərlikdir, anti-bəşəri hərəkətlərdir, qeyri-insani
addımlardır. Bu onların mahiyyətindən doğandır xanım.
Sadəcə olaraq barışa bilmirlər, istəyirlər ziyan vursunlar. Bilirlər
ki, qələbə çala bilməyəcəklər, məğlub olublar. Bilirlər ki, Azərbaycan
öz istəyinə nail oldu, işğal olunmuş bütün torpaqlarımızı azad etdi.
İndi Xankəndi ətrafında, Ağdərədə, Xocalıda, Xocavəndin bəzi
yerlərində olan torpaqlarımız, artıq onların hamısı da Azərbaycanın
inzibati ərazisinə çevriləcəkdir. Həmdə orda bayrağımız
dalğalanacaqdır və buna qətiyyən şübhə yoxdur. Onlar dərk edirlər,
bilirlər Azərbaycanın gücünü, imkanlarını. Sadəcə olaraq onlar
xaindirlər. Bunlar iblisdirlər. Ona görə də ziyan vurmaq istəyirlər.
Ona görə də ziyan vurmaq istəyənlər, sərhədimizi keçənlər dərhal
güllələnməlidir.
Mən ona görə də çox hörmətli, şəxiyyətinə böyük hörmət bəslədiyim
Sərhəd Qoşunlarının Komandanı, General Elçin Quliyevə müraciət edirəm
ki, əsgərlərinə əmr versin ki, keçdilər vur-öldür. İmkan vermə keçsin
içəri. Eyni zamanda deməli, həmin ərazilərdə disloksiya olan harda
erməninin Azərbaycan torpağında silahlı adamını gördüsə məhv edilsin.
Heç bir əsir götürməyə, girov götürməyə, necə deyərlər onların ağ
bayraq qaldırılmasına imkan verilməsin. Çünki, onların əlində, üstündə
silah varsa, o, silah bizi öldürmək üçündür ki, o gəzdirir.
Deməli, onun çantasında gətirdiyi uzunqulaqda mina varsa dərhal o
birmənalı məhv edilməlidir.
– Fəzail müəllim, məncə ermənilər onu da anlamalıdırlar ki,
törətdikləri bu kimi əməllərlə tək Azərbaycan əhalisinin həyatına qəsd
etmirlər, həmçinin bilirik ki, Qarabağda ermənilər də yaşayır. Bu bir
rellıqdır. Həmçinin də ermənilərin həyatını da təhlükə altına alırlar.
Öz millətlərinin həyatlarını təhlükə altına alırlar.
– Bu onlar üçün o qədər insani hisslər kimi müqəddəs deyil. Siz
dedikləriniz, normal insanların yanaşmasında, öz millətinin soyuna,
kökünə, mənsub olduğu xalqa istəkdən, məhəbbətdən irəli gələn
yanaşmalardır. Onlarda bu şey yoxdur. Bir daha təkrar edirəm xanım mən
onların içərisində vaxtı ikən yaşayıb, orta məktəbi orda qurtarmış bir
insanam. Bunlar körpəlikdən anti-Türk, anti-Azərbaycan
əhval-ruhiyyəsində böyüdülürlər. Bunların anası bunlara lay-lay
deyəndə türk sənin düşmənindir, deyərək onu böyüdür. Onlar bizə
azərbaycanlı deyil, türk deyirlər. Beləliklə, körpə uşaq gözünü
açandan böyüyənə qədər Azərbaycana, bizə qarşı, türkə qarşı düşmən
mövqeyində formalaşır. Psixoloji cəhətdən, ruhən, bu gün ağlı kəsən
ermənilərin hamısı bu cürdür. Bundan sonra da bu cür olacaq, olmayacaq
mən deyə bilmərəm. Ancaq mənə belə gəlir ki, bundan sonrakı nəsillərdə
hər zaman 44 günlük müharibədə onların acı məğlubiyyəti, onların bizə
qarşı olan nifrətini daha da artırıbdır. Və daha kəskin notlarla öz
övladlarını bizə qarşı tərbiyələndirəcəklər, formalaşdıracaqlar. Və
onların düşüncələrində Azərbaycana, ümumiyyətlə türk millətinə
düşmənçilik səngiməyəcək, yox olmayacaq, beləcə lazım gələndə
onların, ağlı kəsəni də, kəsməyəni də başqasını düşünmədən bizə qarşı
düşmənçiliyini istənilən səviyyədə, istənilən vəziyyətdə həyata
keçirirlər.
Qətiyyən buna şübhəniz olmasın. Bu qənaətdəyəm ki, Sizin kimi dəyərli
jurnalistlər, radio, televiziya bu ermənilərin xislətini, bu
ermənilərin mahiyyətini illərdən bəri 200 ildən üzü bəri gələn və
genetik bir xəstəliyə çevrilən düşmənçiliyini göz önünə gətirməlidir.
Və qarşısına erməni çıxanda bilməlidir ki, ondan buna ziyan dəyəcək.
Hökmən ziyan dəyəcək! Çünki o, bu cürdür. O, bu cür tərbiyələnib, bu
cür xüsusiyyətə malikdir.
Onların özləri söyləmədi ki, Köçəryandır səhv etmirəmsə, söylədi ki,
türklərlə ermənilər genetik düşməndirlər. Budur, bu gün bunu bir
siyasətçi deyibsə, deməli, bütün erməni xalqının düşüncələrini ifadə
edib. Ona görə onlar üçün fərqi yoxdur ki, Mıkırtış, Aykanuş hansı bir
səviyyədədir. Kin-küdurət içində, xain, yaramaz bir toplum verməlidir.
– Bəli Fəzail müəllim, düşünürəm ki, erməni xalqı özü indi
ayılmalıdır, başa düşməlidir ki, onsuz da Ermənistan siyasi-iqtisadi
böhran içində boğulur və müharibə ilə irəli getmək mümkün deyildir.
– Amma bu bizim xeyirxah, humanist mövqeyimizdir. Mən də təbii ki,
istəyərdim belə olsun. Təəssüf olsun belə olmayacaq. Belə olmayacaq
çünki ermənilərdə bir daha təkrar edirəm bizlərə qarşı pataloji nifrət
var. Pataloji nifrət hansı bir şəkildə, istənilən bir yerdə, istənilən
bir anda özünü bu və ya digər şəkildə ifadə edir. Mən bunun dəfələrcə
şahidi olmuşam. Tək olanda onlar tülkü kimi quyruqlarını buluyurlar,
yanlarında dörd nəfər, beş nəfər oldusa və ya sən təksənsə, iki
nəfərsənsə görürlər ki, qüvvələr nisbəti fərqlidir, dönürlər
şirə-pələngə. Elə bir toplumdurlar. Onların içində yaşayan bilir onlar
kimdilər. Ona görə bizim faciəmiz ondadır ki, vaxtilə, Rus İmperiyası
bu pərən-pərən olunmuş bu etnosu ordan-burdan toplayaraq gətirib bizim
tarixi torpaqlarımızda ona dövlət yaratdı. İndi bizim qonşumuza
çevrildi. Bu əslində Rus İmperiyasının faciəsidir. Bu gün onu yenə də
saxlayan Rusiyadır. Ermənistan dövləti Rusiyanın layihəsidir. 18-ci
əsrdən başlayaraq bu günə qədər hakimiyyət dəyişsə də, sütun dəyişsə
də, format dəyişsə də lakin bu layihə mahiyyətcə dəyişilmir. Və
Ermənistan Rusiyanın layihəsi olaraq nə qədər Rusiyaya üstlənsə
Ermənistan dövləti yaranacaq. Bu gün Rusiya zəiflədisə, imkan tapmadı
ki, Ermənistanı bu və ya digər şəkildə himayə etsin, inandırıram sizi,
tam məsuliyyətlə deyirəm. Ermənistan dövləti Qum Eyfel qülləsi kimi
dağılacaq, dərhal dağılacaq, çünki əsasları yoxdur onun. Yeganə
xalqdır ki, o, Qafqazda aborigen deyil. Qafqazda ləzgisindən tutmuş,
talışına qədər, Mahaçqaladan tutmuş, Astaraya qədər bütün xalqlar
Azərbaycanda və Qafqazda aborigendirlər, ermənilərdən başqa.
Gürcülərdə aborgindirlər, ermənilərdən başqa. Onlar gəlmədilər. Onlar
qondarma bir dövlət yaratdı bizim tarixi torpaqlarımızda. Bunların
orda kökü yoxdur. Əgər kök yoxdursa, ağacın kökü olmadığı, o,
istənilən ciddi bir küləkdən yıxıldığı kimi bunlar da bu dövlətdə
ciddi ictimai-siyasi və tarixi təbəllüdatlardan, katakilizimlərdən
sonra və ya onun gedişində hökmən yıxılacaqlar. Bir daha təkrar edirəm
ki, çünki bunun kökü yoxdur. Əsası yodur. Təməli yoxdur bu torpaqda.
– Təşəkkür edirik, Fəzail müəllim, sizə çox sağ olun vaxt ayırdınız
CBC TV kanalı üçün.
– Təşəkkür edirəm. Sağ olun.