Gündəm Müsahİbə və Açıqlamalar Partiya Xəbərləri Xəbərlər

İgid oğullar, düşmən üzərində qısas günümüzə çox az qalıb!

İyul ayının 12 – də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumuna cavab olaraq zərbə endirilib.

Döyüş nəticəsində Ordumuzun hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, Baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Torpaqlarımızın müdafiəsi uğrunda şəhadətə qovuşmuş qəhrəman oğullarımıza Uca Tanrıdan rəhmət, ailəsinə, əzizlərinə, yaxınlarına, xalqımıza səbr diləyirəm.

İgid oğullar, düşmən üzərində qısas günümüzə çox az qalıb!

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət Vəkili