Partiyanın Nizamnaməsi

NİZAMNAMƏ

  1. Ümumi müddəalar

Ana Vətən Partiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında” Qanuna müvafiq qurur.

Ana Vətən Partiyası Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü,-nüfuzlu beynəlxalq sübyektə çevril­məsi, Azərbaycanda sənaye cəmiyyətinin qurulması uğ­randa mübarizə aparan, onu dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarılmasına, soydaşlarımızın vahid bayraq altında cəmləşdirilməsinə, xalqımızın birliyinin yaradılmasına çalışan siyasi təşkilatdır.

AVP Azərbaycanın  bütövlüyünün təmin edilməsində beynəlxalq hüquq prinsiplərini rəhbər tutur. O, beynəl­xalq hüquq normalarına uyğun vətəndaş cəmiyyətinin yaradılmasını təmin edən güclü dövlətin formalaşması tərəfdarıdır.  AVP digər siyasi və ictimai təşkilatlarla məhz bu əsasda əməkdaşlıq edir.

AVP şovinizmin, milli qapalılığm və etnik separat­çılığın hər cür formasını rədd edir, demokratiyanın  hər hansı formada boğulmasına qarşı etiraz mövqeyi tutur.

Partiya proqram məqsədlərinə çatmaq üçün beynəl­xalq hüquq normaları çərçivəsində, partiyanın   Nizam­namə və Proqramı əsasında bütün demokratik mübarizə formalarından istifadə etməklə açıq fəaliyyət göstərir.

Onun fəaliyyəti demokratiya və intizamın üzvü surətdə əlaqələndirilməsinə əsaslanır.

AVP ideologiyasının əsasını Azərbaycaftçılıq, Döv­lətçilik və Vətənkeşlik prinsipləri təşkil edir.

 

  1. AVP üzvləri,

oııların hüquq və vəzifələri

  1. 1. AVP-nin Proqram və Nizamnaməsini qəbul edən, partiyanın qarşıya qoyduğu vəzifələrin həyata ke­çirilməsində fəal iştirak edən f8 yaşma çatmış hər bir Azərbaycan vətəndaşı AVP üzvü ola bilər.

Partiyaya qəbul fərdi və kollektivdir.

AVP üzvü başqa partiyanın üzvü ola bilməz.

Partiya üzvünün hüquqları:

  • partiyanın rəhbər orqanlarına seçmək və seçilmək;
  • partiyanın istənilən üzvünün və ya orqanlarının fəaliyyəti haqqında fikir söyləmək;
  • partiya mətbuatından öz fikrini ifadə üçün istifadə etmək;
  • qəbul ediləcək qərarlara düzəlişlər vermək, bu qə­rarların hazırlanmasında iştirak etmək;
  • partiya həyatı ilə bağlı məsələlər haqqında parti­yanın rəhbər orqanlarına şikayət vemıək, ərizəsinə ba­xılmasında şəxsən iştirak etmək, qəbul olunmuş qərar­lar onu qane etmədikdə daha səlahiyyətli orqanlara mü­raciət etmək;
  • yaradılmış bölmə və komissiyaların işində iştirak etmək;
  • partiyanın bütün orqanlarının tədbirlərində, yığın­caqlarında iştirak etmək;
  • partiyanın proqram sənədlərinin hazırlanmasında iştirak etmək.

II.3. Partiya  öz üzvlərini siyasi, hüquqi – mənəvi və zəruri hallarda maddi cəhətdən himayə edir.

II.4. AVP üzvünün vəzifələri:

  • partiyanın ideyalarını, proqram məqsədlərini təbliğ etmək, onların həyata keçirilməsinə çalışmaq;
  • partiyanın qəbul etdiyi qərarların sözsüz yerinə ye­tirilməsini təmin etmək;
  • tənqiddən düzgün nəticə çıxarmaq, əqidəli, obyek­tiv, səmimi olmaq, bu xüsusiyyətləri təbliğ etmək;
  • xalqın və partiyanın mənafeyini, şərəf və ləyaqə­tini uca tutmaq və bunlara xələl gətirə biləcək hər han­sı hərəkətə qarşı mübarizə aparmaq;
  • partiya sirrini saxlamaq;
  • partiyadaxili intizama riayət etmək;
  • partiya üzvü gəlirinin bir faizi miqdarında üzvlük haqqı verir. İşsizlər üzvlük haqqı verməkdən azaddırlar.

II.5. Partiyanın Nizamnaməsini pozan üzvlərinə partiya cəzası – xəbərdarlıq, töhmət və şiddətli töhmət verilir.

Partiya üzvü üçün ən ağır cəza partiya sıralarından xaric edilməkdir. Partiyadan xaric olunmuş üzvlər 20 gün ərzində MNTK-ya müraciət edə bilərlər. MNTK 1 ay müddətində şikayətçinin ərizəsinə cavab verməlidir.

II.6. AVP üzvlərinə partiya bileti verilir.

 

                                                                   III.  AVP-nin rəhbər orqanları

III. 1. AVP-nin ali orqanı beş ildə bir dəfədən gec ol­mayaraq AVP-nin Ali Məclisi tərəfindən çağırılan qu­rultay və qurultay səlahiyyətli konfransdır.

Qurultaya (konfransa) nümayəndəlik normasım, se­çilmə qaydalarını və qurultayın (konfransın) gündəliyi­ni Ali Məclis müəyyən edir. Qurultaya (konfransa) se­çilmiş nümayəndələrin üçdə ikisi iştirak etdikdə qurul­tay (konfrans) səlahiyyətlidir.

III.2. Qurultay (konfrans):

  • AVP-nin Proqram və Nizamnaməsini qəbul edir, onlara əlavələr və dəyişikliklər edir;
  • AVP sədrinin və MNTK-nm hesabatını dinləyir;
  • AVP sədrini, MNTK-m seçir, Ali Məclis üzvləri­nin səlahiyyətlərini təsdiq edir;
  • partiyanın Proqram və Nizamnaməsindən irəli gə­lən digər məsələləri həll edir;
  • partiyanın maliyyə hesabatım dinləyir.

III.3. Qurultay (konfrans) Nizamnamə və Proqramı üçdə iki, digər məsələləri isə sadə səs çoxluğu ilə qə­bul edir.

III.4. AVP sədrinin, Ali Məclis üzvlərinin yandan ço­xunun və MNTK-nm tələbi ilə fövqəladə qurultay (konf­rans) çağınla bilər. Fövqəladə qurultay (konfrans) əvvəl­ki qurultay (konfrans) nümayəndələri tərkibində çağırılır.

III.5. Qurultaylar (konfranslar) arası dövrdə partiya­nın fəaliyyətinə AVP Ali Məclisi rəhbərlik edir və qu­rultayın (konfransın) qərarlarının həyata keçirilməsini təmin edir.

III.6. AVP Ali Məclisi:

  • Rayon (şəhər), vilayət təşkilatlarının sədrləri AVP Ali Məclisinin üzvləridir;

özünə sədr, sədr müavini, katib və tərkibinin üçdə biri qədər müstəqil üzvlər seçir;

  • Mərkəzi Şuranm say tərkibini müəyyən edir, onun tərkibini seçir və hesabatım dinləyir,
  • AVP sədrinin təqdimatı ilə müavinləri təsdiq və azad edir;
  • MŞ-nin təqdimatı ilə partiyanın mətbuat orqanları­nın redaktorlarını təsdiq edir və onların hesabatlarını dinləyir;
  • partiyadaxili fəaliyyəti tənzimləyən əsasnamələri, təlimatları və digər sənədləri hazırlayır ve təsdiq edir;
  • partiyanın hakimiyyətdə təmsil olunması və seçki­lərdə iştirakını işləyib hazırlayır və həyata keçirir;

daimi komissiyaları və işçi orqanları təşkil edir, onların hesabatını dinləyir;

  • Rayon (şəhər) təşkilatlarının, Vilayət Təşkilatının və Rayon (şəhər) Şuralarının fəaliyyətini dayandıra bi­lər;
  • üç ayda bir dəfədən gec olmayaraq öz iclaslarını çağırır.

III.7. Ali Məclisin fövqəladə iclası AVP sədrinin, MŞ-nin, Ali Məclis sədrinin və MNTK-nm tələbi ilə çağırıla bilər.

III.8.AVP sədri:

  • partiya fəaliyyətinə rəhbərlik edir;
  • MŞ-nin fəaliyyətinə rəhbərlik edir;
  • AVP sədrinin müşavirlərini təyin və azad edir;
  • partiyaya daxil olmuş müvafiq ərizə, arayış, şikayət və digər sənədlərə baxır və onların icrasını təmin edir;
  • partiyam təmsil edir, onun adından müqavilə və sa­zişlər imzalayır, bəyanatlar, sərəncamlar və göstərişlər verir;
  • partiya və maliyyə sənədlərini imzalayır;
  • AVP Sədr Aparatının rəhbərinin təyin olunması üçün Ali Məclisə təqdimatla müraciət edir.
  • AVP sədri səlahiyyətlərini icra edə bilmədikdə Ali Məclisin qərarı ilə onun vəzifələrini müvəqqəti olaraq Məclisin sədri həyata keçirir.

III.9. AVP sədrinin müavinlərinin səlahiyyəti parti­yanın Ali Məclisində qəbul olunan Əsasnamə ilə müəy­yənləşir. Müavinlər:

  • AVP sədrinin təqdimatı ilə Ali Məclis tərəfindən təyin və azad edilir;
  • funksional təyinatına uyğun olaraq müvafiq sahə­lərə rəhbərlik edir, partiyanın fəaliyyətinə dair tələb olunan sənədləri hazırlayıb MŞ və Ali Məclisin müza­kirəsinə təqdim edir;
  • rəhbərlik etdiyi sahə ilə bağlı qərarların icrasını tə­min edir.

III.10. AVP sədrinin müşavirləri:

  • müvafiq istiqamətlər üzrə AVP-nin proqram, kon­sepsiya, təkliflər paketini və digər sənədlərini hazırlayır.
  • müşavirlər icra orqanı sisteminə daxildir.

III.11. Məclislər arası müddətdə partiyanın fəaliyyə­tinə rəhbərlik etmək üçün Mərkəzi Şura yaradılır.

–  Mərkəzi Şura kollegial orqan olub, iş bölgüsü əsa­sında fəaliyyət göstərir. Qərarlar səsvermə yolu ilə Mərkəzi Şura üzvlərinin yarısından çoxunun səsi ilə qəbul olunur. İcra aparatına daxil olan şəxslərin Mərkə­zi Şuraya üzvlüyü və tərkibinin ümumi sayı 13-dən ar­tıq ola bilməz.

III.12. AVP sədri, sədrin müavinləri, Ali Məclisin sədri, mətbuat orqanının baş redaktoru vəzifələrinə gö­rə Mərkəzi Şuranın üzvləridir.

III.13. Mərkəzi Şura:

  • qurultayın və Ali Məclisin qərarlarını həyata keçirir;
  • konfrans, müşavirə, simpoziumlar keçirilməsini təşkil edir;
  • MNTK tərəfindən aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün tədbirlər hazırlayır və həyata keçirir;
  • partiya üzvlərinin şikayət və ərizələrinə baxır;
  • partiyanın müxtəlif komissiyalarım, işçi qruplarını yaradır və onlarııı fəaliyyətini əlaqələndirir, öz struktur bölmələrinin hesabatım verir;
  • respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı təkliflərini respublika dövlət və hakimiyyət or­qanlarına təqdim ödir;
  • partiyanın ştat məsələlərini həll edir;

–    Mərkəzi Şuranın iclaslarına sədrliyi AVP-nin rəh­bəri həyata keçirir.

III.14. AVP-nin Sədr Aparatı partiyanın icra orqa­nıdır. Sədr Aparatı:

  • Sədr Aparatının rəhbəri AVP sədrinin təqdimatı ilə Ali Məclisdə təsdiq olunur.
  • Mərkəzi Şura və Ali Məclis qarşısında hesabat verir;
  • partiya sədri və ali orqanlar tərəfindən qəbul olun­muş qərarları yerinə yetirir;
  • partiyanın ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmək məqsədilə mühüm sənədlərin, konsepsiya və proqramların hazırlanmasına cavabdehlik daşıyır;

–   partiyanın arxivinin formalaşmasına və siyasi fəa­liyyətinin stenoqramlaşdırılmasına birbaşa məsuldur.

III.15. Partiyanın bütün üzvlərinin, eyni zamanda Mərkəzi Şura, Ali Məclis, Sədr Aparatı, redaksiya və digər struktur bölmələrinin əməli fəaliyyətinin partiya­nın Proqram və Nizamnaməsinə uyğun olmasım təmin etmək məqsədilə partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası yaradılır.

III.16. Partiyanın MNTK-sı:

  • qurultay qarşısında məsuliyyət daşıyır;
  • zəruri hallarda öz iclaslarını keçirir. İlk iclasında sədri seçir;
  • rayon (şəhər) NTK-mn fəaliyyətinə rəhbərlik edir;
  • partiyanın üzvlük haqqının və digər maliyyə və­saitlərinin toplanması və xərclənməsinə nəzarət edir;
  • partiyanın Nizamnaməsinin yerinə yetirilməsinə nəzarət edir;
  • partiya Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir;

partiyanın istənilən üzvündən Mərkəzi Şuradan, Ali Məclisdən və digər struktur bölmələrindən yoxla­nılmaq üçün istənilən sənədi tələb edə bilər;

–  partiyanın bütün iclaslarında iştirak etmək hüququ­na malikdir.

III.17. MNTK-nın fövqəladə iclasları MNTK sədri­nin, MNTK üzvlərinin yarıdan çoxunun tələbi ilə çağrıla bilər.

  1. Partiyanın təşkilat quruluşu

IV.1. Partiya Azərbaycan Respublikasının ərazi-inzi­bati bölgüsü nəzərə alınmaqla qurulur. Onun əsasını kənd, qəsəbə və şəhərlərdə yaradılmış özəklər təşkil edir. Özək 3 nəfər partiya üzvü olan məhəllə, kənd, qə- səbə və şəhərlərdə yaradıla bilər.

IV.2. Partiyanın özəkləri AVP Rayon (şəhər) Təşki­latlarında birləşirlər.

IV.3. AVP sıralarına qəbul olunmaq istəyənlər ərizə ilə rayon təşkilatlarına müraciət edir və ən azı bir par­tiya üzvünün zəmanəti və özəyin təqdimatı ilə Rayon (şəhər) Təşkilatı Şurasının iclasında səs çoxluğu ilə üzvlüyə qəbul olunurlar.

IV.4. Partiyanın Rayon (şəhər) Təşkilatı:

  • AVP Ali Məclisində təsdiq olunduqdan sonra fəa­liyyətə başlayır;

partiya üzvlərinin siyasi səviyyəsinin artırılmasına hərtərəfli köməklik göstərir, onların bilik və bacarıqla­rının qiymətləndirilməsini təmin edir.

IV.5. Partiyanın Rayon (şəhər) Təşkilatının ali orqa­nı özəklərdən seçilmiş nümayəndələrin ildə 1 dəfədən gec olmayaraq keçirdiyi konfransdır. Konfransın nüma­yəndəlik normasım rayon (şəhər) Məclisi müəyyən edir.

IV.6. Rayon (şəhər) Təşkilatının konfransı:

  • Rayon (şəhər) Təşkilatının konfransında təşkilatın Məclisinin say tərkibi müəyyən olunur, Məclis üzvləri, Rayon (şəhər) Təşkilatının sədri, Nəzarət-Təftiş fCo- missiyası seçilir və onların hesabatları dinlənilir, parti­yanın qurultay və ya konfransına nümayəndələr seçilir;
  • fövqəladə konfrans Rayon (şəhər) Təşkilatı Məc­lisi üzvlərinin yarıdan çoxunun, rayon (şəhər) təşkilatı sədrinin, NTK-nın, rayon (şəhər) şurasının tələbi ilə çağrıla bilər.

IV.7. Rayon (şəhər) Təşkilatının məclisi:

  • Rayon (şəhər) Şurasının say tərkibini müəyyən edir, üzvlərini seçir və hesabatını dinləyir;
  • Rayon Təşkilatı sədrinin təqdimatı ilə müavinləri seçir;
  • Rayon (şəhər) Təşkilatının fəaliyyət istiqamətləri­ni, təlimat və tövsiyələrini hazırlayır;
  • müvafiq sahələr üzrə işçi qruplar yaradır və onla­rın hesabatını dinləyir;

–   partiyanın Nizamnamə və Proqram müddəalarını pozan hər hansı özəyini buraxmaq və partiya üzvünə Nizamnamədə nəzərdə tutulmuş cəza tədbirləri müəy­yən etmək səlahiyyətinə malikdir.

IV.8. Rayon (şəhər) Təşkilatının sədri:

  • Rayon (şəhər) Təşkilatının fəaliyyətinə rəhbərlik edir və partiyanın rəhbər orqanlarına hesabat verir;
  • Rayon (şəhər) ərazisində keçirilən tədbirlərdə par­tiyanı təmsil edir;

– Sədr Aparatının fəaliyyətinə rəhbərlik edir.

IV.9. Rayon (şəhər) şurası:

– Məclislərarası dövrdə rayon (şəhər) təşkilatının fəaliyyətinə rəhbərlik edir və müvafiq tədbirlər görür.

IV.10. Rayon (şəhər) NTK-sı partiyanın Rayon (şə­hər) Təşkilatlarının fəaliyyətinin AVP Proqram və Ni­zamnaməsinə uyğun olmasına və maliyyə məsələlərinə nəzarət edir.

  • partiyanın Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir.
  1. 11. Partiyanın özəkləri:

özəklərin ali orqanı onun üzvlərinin ümumi yığın­cağıdır. Ümumi yığıncaq 1 il müddətində özək təşkila­tının sədrini seçir;

  • Sədr özəklə partiyanın Rayon (şəhər) Təşkilatı arasında əlaqəni təmin edir;
  • özəklər partiyanın proqram məqsədlərinin həyata keçirilməsini yerlərdə təşkil edir, rəhbər orqanlarının qərarlarını yerinə yetirir, partiya üzvlərinin hərtərəfli inkişafına kömək edir;
  • rəhbər orqanların qərarları özəklər və hər bir par­tiya üzvü üçün məcburi olmaqla, onu müdafiə etmək hüququ verilir. Təklif olunan platformalar müzakirə za­manı azlıqda qaldıqda və təkliflərdə israr olunduğu hal­da həmin platforma rəhbər orqanlarda müzakirəyə qo­yula bilər. Müzakirənin nəticəsi haqda özəklərə məlu­mat verilir.
  1. 12. AVP tərəfdarları:
  • partiyanın ideoloji prinsiplərinə lıörmət bəsləyən, onun siyasi xəttini müdafiə edən və əməli fəaliyyətin­də onların həyata keçirilməsinə çalışan hər bir Azər­baycan vətəndaşı AVP tərəfdarı hesab olunur;
  • AVP tərəfdarları yaşadıqları və ya işlədikləri əra­zilərdə fəaliyyət göstərən Rayon (şəhər) Təşkilatların­da qeydiyyata durarlar;
  • AVP tərəfdarları partiyanın komissiya və işçi qrup­larına cəlb oluna, onun tədbirlərində iştirak edə və öz təklifləri ilə çıxış edə bilərlər.

 

  1. AVP Naxçivan Vilayət Təşkilatı

 

V.l. Naxçıvan Vilayət Təşkilatının ali orqanı ildə bir dəfədən gec olmayaraq keçirilən konfransdır. Kon­fransın nümayəndəlik normasını AVP Vilayət Təşkila­tının Məclisi təyin edir.

V.2. Naxçıvan Vilayət Təşkilatının konfransı:

– Naxçıvan Vilayət Təşkilatının məclisinin say tər­kibini müəyyən edir, seçir və hesabatını dinləyir;

– Naxçıvan Vilayət Təşkilatı NTK-m seçir və hesa­batını dinləyir;

–  partiyanın Proqram və Nizamnaməsindən irəli gə­lən digər məsələləri həll edir.

V.3. AVP Naxçıvan Vilayət Təşkilatının fövqəladə konfransı sədrin, Məclis üzvlərinin yandan çoxunun və NTK-mn tələbi ilə çağrıla bilər.

V.4. Konfranslararası müddətdə Naxçıvan Vilayət Təşkilatının fəaliyyətinə Naxçıvan Vilayət Təşkilatının Məclisi rəhbərlik edir və konfransın qərarlarının həya­ta keçirilməsini təmin edir.

V.5. Naxçıvan Vilayət Təşkilatının Məclisi:

– özünə sədr, sədr müavini və katib seçir;

– Naxçıvan Vilayət Təşkilatı sədrinin təqdimatı ilə təşkilat sədrinin müavinlərini seçir və hesabatını dinlə­yir;

– daimi komissiyaları və işçi orqanları təşkil edir və onların hesabatım dinləyir;

– iki ayda bir dəfədən gec olmayaraq iclaslarını ça­ğırır.

V.6. AVP Naxçıvan Vilayət Təşkilatının sədri:

– partiyanın vilayətdə fəaliyyətinə rəhbərlik, edir;

daxil olmuş müvafiq ərizə, şikayət, arayış və digər sənədlərin müzakirə və icrasını təmin edir;

  • partiyanı MR-də təmsil edir;

–    təşkilatın Sədr Aparıtınm fəaliyyətinə rəhbərlik edir.

V.7. Məclislərarası müddətdə partiyanın MR ərazi­sində fəaliyyətinə rəhbərlik etmək üçün AVP Naxçıvan Vilayət Təşkilatının Şurası yaradılır. Şuranın say tərki­bi Məclis tərəfindən müəyyən edilir.

V.8. Naxçıvan Vilayət Təşkilatının Şurası:

təşkilatın konfrans və Məclisinin qərarlarını həya­ta keçirir;

  • konfrans, müşavirə, simpoziumlar keçirilməsini təşkil edir, NTK tərəfindən aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün tədbirlər görür;
  • yaranmış vəziyyətlə əlaqədar olaraq bəyanat və müraciətlərlə çıxış edir;

nəzərdə tutulan ştat məsələlərini həll edir.

V.9. AVP Naxçıvan Vilayət Təşkilatının NTK-sı:

–  konfrans qarşısında məsuliyyət daşıyır;

–    üç aydan bir dəfədən gec olmayaraq öz iclaslarını keçirir, ilk iclasında özünə sədr müavini seçir;

–  daxil olmuş ərizə və şikayətlərə baxır;

–  partiyanın Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir.

V.10. Partiyanın Naxçıvan Vilayət Təşkilatı, Proq­ram və Nizamnaməyə uyğun fəaliyyət göstərməsini tə­min etmək üçün Nəzarət-Təftiş Komissiyası yaradılır.

V.11. AVP Naxçıvan Vilayət Təşkilatının Nəzarət- Təftiş Komissiyası:

–   konfrans qarşısında məsuliyyət daşıyır;

–   üç ayda bir dəfədən gec olmayaraq öz iclaslarını keçirir, ilk iclasında özünə sədr seçir;

–    daxil olmuş ərizə və şikayətlərə baxır;

–    partiyanın Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir.

  1. Partiyanın simvolu və bayrağı

VI.1. AVP-nin simvolu – Azərbaycan Respublikası­nın xəritəsi üzərində qanadlarını açmış qartal təsviridir.

VI.2. AVP-nin bayrağı üzərində partiyanın simvolu həkk olunmuş ağ ipək parçadandır.

VI.3. AVP-nin simvolunun və bayrağının Əsasnamə­si qurultay tərəfindən təsdiq olunur.

VII. Partiyanın maddi vəsaiti

VII.l. Partiyanın vəsaiti bankda ayrıca saxlanılır. Bu vəsait aşağıdakı mənbələrdən yaranır:

  • partiya üzvlərinin üzvlük haqqından;
  • təşkilat və ayrı-ayrı şəxslərin yardımlarından;
  • partiyanın rəmzlərinin, çap məhsullarının satışın­dan, mədəni kütləvi tədbirlərdən və qanunla qadağan olunmayan digər vəsaitlərdən əldə edilən gəlirdən.

VII.2. Partiyanın pul vəsaiti nəzərdə tutulan təsərrü­fat, təşkilat və digər məqsədlərə xərclənir.

VIII. Partiyanın hüquqi statusu

VIII.l. Partiya hüquqi şəxsdir. Partiyanın adı yazıl­mış dairəvi möhürü və ştampı, özünün simvolu və bay­rağı, digər rekvizitləri, banklarda hesablaşma hesabları vardır.

VIII.2. Partiyanın əmlakına binalar, nəqliyyat vasitə­ləri və onun fəaliyyəti üçün zəruri olan digər vasitələr daxil ola bilər.

VIII.3. Partiyanın öz mətbuat orqanları və digər küt­ləvi informasiya vasitələri vardır.