Sədr müavinləri

Siyasi Məsələlər üzrə müavin

Arzuman Abdulkərimov Səyid oğlu – 5 sentyabr 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Gənc yaşlarından Milli Azadlıq Hərəkatında və ictimai-siyasi proseslərdə aktiv rol oynayıb. Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. 2005-ci ildə 107 saylı Qazax DSK-dan deputatlığa namizəd olub. Yeni Azərbaycan Partiyasına üzv olub. İctimai fəal şəxs olaraq ictimai-siyasi proseslərdə aktiv iştirak edib. 2015-ci ildə Hilal təşkilatını, 2017-ci ildə Yeni Kanal internet televiziyasını təsis edib. Azərbaycan dövlətinin əleyhinə yönələn xarici və daxili siyasi kampaniyalara qarşı daim aktiv mövqe sərgiləyib. Azərbaycanı bir sıra beynəlxalq və yerli konfranslarda təmsil edib. Ailəlidir, iki övladı var.