Sədr müavinləri

Hüquq Məsələləri üzrə müavin

Hacızadə Yalçın Akif oğlu 28 may 1979-cu ildə Biləsuvar rayonunda anadan olub. 1985-1995-ci illərdə Biləsuvar şəhər Kəmaləddin Ağayev adına orta məktəbdə, 1996-2000-ci illərdə Bakı Biznes Universitetində “hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2005-2007-ci ilərdə Türkiyə Respublikasının Akdeniz Universitetində “dövlət və bələdiyyə idarəetməsi” bölümündə magistr təhsili alıb. 2000-2001-ci illərdə Sərhəd Qoşunlarında hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə “İnam” hüquq xidmətində hüquqşünas kimi başlayaraq, Türkiyə Respublikasının “Dəniz İnşaat” şirkətində hüquqşünas, Avropa Yenidən Qurma və İnkişaf Bankının Bakı ofisində hüquqşünas, “Cənub” Regional Televiziya şirkətində direktorun hüquqi və kommersiya məsələləri üzrə köməkçi, “ANS” Şirkətlər Qrupuna daxil olan şirkətlərdə və “ANS” TV-də hüquq xidmətinin rəisi vəzifələrində işləmişdir. 2015-ci ildə Ana Vətən Partiyasının Ali Məclisinin üzvü, 2019-cu ildən Partiya Sədrinin müavini təyin edilmişdir. Ailəlidir, bir övladı var