Sədr müavinləri

Təşkilat Məsələləri üzrə müavin

Ağamalı Elçin Fəzail oğlu 10 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
1981-ci ildə orta məktəbin birinci sinifinə getmiş və 1991-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə tarix fənni üzrə olimpiadanın respublika birincisi olmuşdur.
Tələbəlik illərində gənclər hərəkatında və Ana Vətən Partiyasının təşkilatlanmasında fəal iştirak edib.
1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.
1996 – 1999-cu illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Beynəlxalq hüquq məsələləri üzrə mütəxəssis vəzifəsində işləyib.
2001 – 2005-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində mütəxəssis, baş mütəxəssis vəzifələrində işləyib.
2002 – 2005 ci illərdə Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsində ikinci təhsili alıb.
2005-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
2005-ci ildən Ana Vətən Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəridir.
Ailəlidir. 3 övladı var.
Ağamalı Aytac
Ağamalı Tural
Ağamalı Toğrul