Gündəm manşet Xeber lenti Xəbərlər

Polad Həşimov təkcə bir ailənin, bir kəndin, bir rayonun deyil, bütün Azərbaycanın, ordumuzun və dövlətimizin ən unudulmaz itkilərindən biridir.

Erməni vandallarının İyul ayının 12 – də Azərbaycanın Tovuz rayonu istiqamətində törətdikləri təxribat və yeni işğal niyyətləri qəhrəman və igid ordumuz, əsgər və zabitlərimiz tərəfindən alındı və ermənilərə ağır, ciddi sarsıdıcı zərbələr vuruldu. Təəssüflər olsun ki, Şəhidlər də verdik. Torpaq və vətən uğrunda döyüşlərdə 12 nəfər igid övladlarımız Şəhid oldu, onlar Şəhidlik zirvəsinə yüksəldilər. Onlardan biri də hər bir Azərbaycanlının ürəyində əbədi yer tutan Generalımız Polad Həşimov oldu.
Bu gün onu bizdən ayıran qırxıncı gün tamam olur. Tanrı mənə imkan və şans verdi ki, Generalımızın doğma ocağında qırx mərasimində iştrak etdim. Onun və digər Şəhidlərimizin ruhlarına dualar etdim, Allahdan onlara bir daha rəhmət dilədim və yaxınlarına baş sağlığı verib uşaqlıq dostu və bacanağı Azadla Vəndam kəndinin mərkəzində Şəhidlər abidəsində onun şəkli önündə dayanaraq bir daha onun ruhuna dualar oxudum.
Polad Həşimov təkcə bir ailənin, bir kəndin, bir rayonun deyil, bütün Azərbaycanın, ordumuzun və dövlətimizin ən unudulmaz itkilərindən biridir.
Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyirəm. Allah rəhmət eləsin. Amin