Gündəm manşet Partiya Xəbərləri Xeber lenti Xəbərlər

Doğum gününüz mübarək dəyərli Liderimiz!

Bu gün 19 yaşından Azərbaycanın müstəqilliyi uğrunda çalışan, vuruşan və bütün çətinliklərə baxmayaraq, Vətənimizin istiqlalını özünün başlıca həyat amalı seçən və varlığı ilə milli dövlətçiliyimizə bağlı olan, şərəfli həyat yolu keçən, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun və dövlətçilik konsepsiyasının həyata keçirilməsində nümunəvi sədaqət nümayiş etdirən, 25 il Millət Vəkili kimi xalqımızı ləyaqətlə təmsil edən, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının doğum günüdür.
Doğum gününüz mübarək dəyərli Liderimiz!
Üstün xüsusiyyətləri özündə cəmləşdirən, xalqına, dövlətinə, körpəsindən başlamış ağsaqqalına qədər hər bir Azərbaycan vərtəndaşına, soyuna böyük rəğbət, məhəbbət, sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail Ağamalı Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə və həmin problemlərin həlli yolunda ən müxtəlif platformalarda ardıcıl fəaliyyətini ortaya qoymuşdur.
Bütün Anavətənçilər partiyamızın sədri Fəzail Ağamalıdan dövlətçiliyimizə və xalqımıza, onun istiqlalına sədaqətindən nümunə götürmüş, dövlətçiliyimizə bir vətəndaş sədaqəti ilə xidmət etmişdir və xidmət etməkdədir.
Fəzail Ağamalı Ulu Öndərimizin 2000 – ci ilin əvvəllərində səhətində yaranmış problemlərin doğurmuş olduğu çətinliklərdən yararlanmaq istəyən və istiqlalımızla, milli dövlətçiliyimizlə bağlı olmayan ayrı – ayrı dövlətlərin maraqlarına xidmət edən bəzi anti – milli ünsürlərin siyasi hakimiyyətə gəlməsinin qarşısını almağa xidmət edən çıxışları hər birimizin yaddaşındadır. Məhz Ulu Öndərimizdən sonra müstəqilliyimizin davamlı olması, Ulu Öndərimizin qurmuş olduğu dövlətin əsaslarını, təməlinin daha da möhkəmlədib, inkişafımızın daha yüksək səviyyəyə qaldıra biləcək yeganə siyasətçinin İlham Əliyevin olduğu qənaətini birmənalı şəkildə ictimai rəyə gətirən ilk və partiya sədri olmuşdur. Və biz Anavətənçilər həmin mürəkkəb, son dərəcə ziqzaqlı siyasi proseslərin getdiyi zaman kəsiyində Ulu Öndərimizin qurmuş olduğu dövlətin davamlı olması, onun bu və ya digər dövlətlərin təsiri altına düşməməsi üçün sədrimizin çağrışına səs vermişik, onunla bərabər olmuşuq və atdığımız bu addımın nə dərəcədə böyük həqiqətləri özündə ehtiva etdiyini bu gün hər bir Azərbaycan vətəndaşı görməkdə və həyatlarında bütün bunları hiss etməkdədir. Budur bizim Liderimizin başqalarından fərqləndirən vacib və fərqli siyasi keyfiyyətləri.
“Amalımız Azad, Qüdrətli, Bütöv və Demokratik Azərbaycandır!” devizi bizim dəyişməz, prinsipial mövqeyimiz və andımızdır.
Biz insani keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli sədrimizi, müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı, sevimli ata və baba və hər kəsə nümunə olan sədrimiz Fəzail Ağamalını doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.
Cənab Sədr bir daha doğum gününüz mübarək!
Dərin sayqılarla Anavətənçilər.
26 Avqust 2020 – ci il