Gündəm manşet Partiya Xəbərləri Xeber lenti

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6 – da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6 – da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı “Siyasi dialoqun zərurəti: movcud vəziyyət və perespektivlər” movzusu üzərində məruzə çıxışı edib.
“İlk olaraq, konfrans iştırakçılarını salamlayır, dialoqun çox səmərəli və əhəmiyyətli keçdiyini və onun gedişindən çox məmnun olduğumu bildirir, hörmətli Ədalət Vəliyevin və konfrans iştirakşılarının dəyərli fikirlərilə tam bölüşürəm.
Ölkə prezidenti Cənab İlham Əliyev 2018 – ci ildə Azərbaycan Xalqının yüksək etimadını qazanıb, yenidən dövlət başçısı seçildikdən sonra, seçki ərəfəsində və inaqurasiyada söyləmiş olduğu fikirlərə söykənərək Azərbaycanda geniş xarakter daşıyan siyasi, hüquqi, iqtisadi və sosial islahatlara start verdi. Bu islahatlar heç şübhəsiz ki, Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartmaq məqsədi daşıyır. Etiraf etmək lazımdır ki, cənab Prezident ötən zaman kəsiyində həyata keçirdiyi islahatlarla ciddi hədəflərə nail olmaqdadı. Bu islahatların içərisində əhəmiyyətli rol oynayan iqtidarla siyasi partiyalar, vətəndaş cəmiyyəti və bu gün cəmiyyətdə kifayət qədər fəal rol oynayan qadınlarla dialoq xüsusi yer tutur. Qeyd etmək istərdim ki, Prezident Adminstrasiyasında aparılan struktur dəyişikliyi və bizimlə bu gün “Siyasi dialoqda qadınların rolu” mövzusunda müzakirələr aparan Ədalət Vəliyevin iştirakı və ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq bu baxımdan atdığı uğurlu addımlar heç şübhəsiz ki, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin möhkəmlənməsinə ciddi töhvələr verməkdədi. Biz bunun konkret nəticələrini istər ermənilərin Tovuz istiqamətindəki təxribatı zamanı, istərsə də 44 günlük Vətən Müharibəsində gördük. Xalqımızın, onun bütün təbəqələrinin Müzəffər, Xilaskar prezidentimiz və qəhrəman ordumuzla bərabər olmağı, düşmən üzərində əldə etdiyimiz qələbəni şərtləndirən mühüm amillərdən biridir. Həyata keçirilən islahatlar, siyasi dialoqun aktual şəkildə gündəmdə olması və sistemli şəkildə onun həyata keçirilməsi cəmiyyətimizin immunitetini gücləndirir, xalqla və xalqın bütün təbəqələri ilə iqtidar arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasında həlledici rol oynayır. Beləliklə, biz dialoq vasitəsilə ən çətin vəzifələrin öhdəsindən gəlir, ortaya çıxan bu və ya digər fərqli fikirlər müzakirə olunaraq ortaq mövqelər əldə edir, dövlətimiz və milli maraqlarımız naminə ciddi naliyyətlərə imza atırıq.
Cəmiyyətimizin əhəmiyyətli hissəsindən biri olan qadınlar bu gün Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində, ictimai və siyasi prosesslərdə fəal rol oynamaqdadırlar. Təsadüfi deyil ki, hər birimizin böyük sayqı və rəğbət bəslədiyimiz Mehriban Xanım Əliyeva Birinci Vitse – Prezident kimi yüksək və məsuliyyətli vəzifəni çox uğurla həyata keçirməkdədir. Çox yaxşı haldır ki, qadınlarımıza böyük etimad göstərilərək, onlar nəinki icra strukturlarında yüksək vəzifə daşıyırlar, eyni zamanda Milli Məclisdə də təmsil olunurlar. Milli Məclisin sədrliyinə Sahibə xanım Qafarovanın seçilməsi qadınlara göstərilən böyük etimadın ən ciddi nümunələrindən biridir. Milli Məclisdə 22 qadın Qanunvericilik hakimiyyətində təmsil olunur, bununla bərabər Prezident Administrasiyasında, Nazirlər Kabinetində, İcra strukturlarında yüksək vəzifə daşıyan qadınlarımız, həm də siyasi partiyalarda, vətəndaş cəmiyyəti sektorunda, təhsil və səhiyyə sistemində kifayət qədər təmsil olunmaqda, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət göstərməkdədilər. Bütün bunlara, biz xanımlara göstərdiyi yüksək diqqətə və etimada görə Zati-Aliləri cənab prezident İlham Əliyevə minnətdarlığımı bildirir və məmnuniyyətlə prezidentimizi əmin etmək istəyirəm ki, Azərbaycan xanımlarının mütləq əksəriyyəti onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyir.
Bütövlükdə bu dialoqu yüksək qiymətləndirir və mənə bu dialoqda iştiraka şərait yaratdığına görə Prezident Administrasiyasına, şəxsən Ədalət müəllim, Sizə və müxtəlif səpkili dialoqların təşkilində böyük əmək sərf edən peşəkar əməkdaşlarınızın hər birinə dərin təşəkkürlərimi bildirirəm.
Dəyərli xanımların hər birini qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi çatdırıram.
Diqqətinizə görə təşəkkür edirəm.”